«Sabirabad konserv» ATSC, 25 mart 1998-ci ildə yaradılıb. Konserv məhsulları, satışı və qanunla qadağan olunmamış digər fəaliyyət növləri. Hazırda müəssisə təbii nar şirəsi, narşərab, nar ekstraktı, tomat pastası, müxtəlif turşular buraxılır. Məhsul daxili bazarda satılır və Rusiya, Ukrayna, Belarus respublikalarına ixrac edilir.
«RDR» firması, 5 may 1997-ci ildə yaradılıb. Firma ekoloji cəhətdən təmiz müxtəlif təbii şirələr, kompotlar, mürəbbə, cem, povidla, quru meyvə və tərəvəz kürüsü istehsal edir. Məhsul əsasən Rusiya, Ukrayna, Belarusa ixrac edilir.
«Nur-M» firması 6 sentyabr 1999-cu ildə yaradılıb. Konservləşdirilmiş tərəvəz, habelə biskvit və makaron istehsalı. Müəssisə tomat pastası, vermişel, tərəvəz konservləri istehsalı üzrə ixtisaslaşıb. Azərbaycandan kənarda-Ukrayna, Gürcüstan və Rusiyada müəssisənin məhsullarına tələbat vardır.
Dostları ilə paylaş: |