3.2. Biznesin inkişafında xüsusi iqtisadi zonaların rolu.
Dünya iqtisadiyyatının inkişafi dövrlər üzrə tarixi inkişaf mərhələlərindən keçmişdir. Bu inkişaf prosesində dünya səviyyəsində müxtəlif xarakterli islahatlar, tədbirlər həyata keçirilmiş, iqtisadiyyatın inkişaf müxanizmləri təkmilləşdirilmiş,yeni – yeni strategiyalar hazırlanaraq tətbiq olunmuş, son nəticədə iqtişadiyyatın qloballaşması və beynılmiləlləşməsi prosesi baş vermiş, ölkələr arasında iqtişadi əlaqələr genişlənmişdir. Belə proseslərdən biri də xüsusi iqtisadi zonaların yaradılması hesab olunur.
Xüsusi İqtisadi Zona dedikdə – xüsusi rejim şəraitində biznes fəaliyyətinin həyata keçirildiyi ölkə ərazisinin bir hissəsi başa düşülür. Bu zonada biznes fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət göstərirlər.
Müasir dövrdə xüsusi iqtisadi zonalar beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir, yerli və xarici kapitalın birləşməsi və təmərküzləşməsi sayəsində, daha mütərəqqi biznes strategiyalarının tətbiqi nəticəsində yeni məhsul bazarlarına çıxış imkanlarını artırır, daha mütərəqqi ticarət metodlarının tətbiqinə, əmtəələrin irəlilədilməsinə şərait yaradır.
Xüsusi iqtisadi zonalar biznes fəaliyyətinin idarə olunmasının ərazi prinsipi üzrə təşkilinin yeni formalarından biri olmaqla dünya iqtisadi sistemində mühüm yer tutur. Bu beynəlxalq ticatət forması yarandığı dövrdən bu günə kimiartıq özünə həyat vəsiqəsi qazanmış, mütərəqqi ticarət forması kimi formalaşmağa və inkişaf etməyə başlamışdır.
Xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti üzrə dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkə ərazisində onun mövcud olması həmin ölkənin iqtisadiyyatına yalnız müsbət təsir göstərir, iqtisadi inteqrasiya proseslərinin güclənməsi sayəsində ölkə iqtisadiyyatının daha sürətli inkişafı təmin edilir.
Son dövrdə xüsusi iqtisadi zonaların yaradılması məsələsi dünya ölkələrinin, beynəlxalq iqtisadi təşkilatların daha çox diqqətini cəlb edir. Belə zonaların yaradılması ölkələrin dünya iqtisadi sisteminə inteqrasiyasını, müəssisə və təşkilatların beynəlxalq iqtisadi əlaqələrini gücləndirməklə yanaşı, eyni zamanda, onların dünya iqtisadi sistemindən asılılığını gücləndirir,
Dünya iqtisadi əlaqələr sistemində xüsusi iqtisadi zonalar xarici ticarət dövriyyəsinin artırılması, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi amili kimi çıxış edir, eyni zamanda inteqrasiya proseslərinin təşkilati formalarından birinə çevrilir.
Xüsusi iqtisadi zonalar - yerli və xarici müəssisələrin biznes fəaliyyəti üçün də əlverişli şərait yaradır. Xüsusi iqtisadi zona yalnız xüsusi ayrılmış bir coğrafi ərazi deyil, eyni zamanda, müəssisələrin beynəlxalq biznes fəaliyyətini xüsusi güzəştlər və stimullar sistemi şəraitində həyata keçirdikləri məkandır.
Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri bazar iqtisadiyyatının inkişaf prinsiplərinə uyğun olaraq formalaşır. Onların fəaliyyət göstərməsi xarici iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır. Məlumdur ki, xüsusi iqtisadi zonalar birdən-birə yaranmamışdır. Onların meydana gəlməsində iqtisadi, sosial, siyasi və bu kimi digər amillərin təsirləri olmuşdur.
Xüsusi iqtisadi zonaların yaradılmasının tarixi zəruriliyi əsasən aşağıdakı amillərlə izah olunur:
- ticarət dövriyyəsinin artırılması, alqı – satqı proseslərinin sürətləndirilməsi, ticarət tərəfdaşlarının maraqlarının təmin edilməsi;
- sərhəd və gömrük maneələrinin aradan qaldırılması, bürokratik nəzarət və dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması;
- investisiya və sərmayələrin yatırılmasına stimulların gücləndirilməsi, qoyulan kapitalın rentabellik səviyyəsinin artırılması;
- ixrac yönümlü istehsalın həvəsləndirilməsi və xarici ticarət tərəfdaşlarının maraqlarının qorunması;
- ölkənin istehlak bazarında qıtlıq olan istehlak mallarının istehsalının stimullaşdırılması;
- məşğulluğun gücləndirilməsi, iş yerlərinin açılması, ixtisaslı kadrların hazırlanması;
- infrastrukturun maddi-texniki bazasının genişləndirilməsi, yeni layihələrin gerçəkləşdirilməsi və sair ( 29).
Xüsusi iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir.
Xüsusi iqtisadi zonaların yaradılmasında digər məqsəd bütövlükdə və ya ayrı-ayrı ərazilərdə dövlətin iqtisadi inkişafında, sosial, regional və elmi-texniki sahələrdə zəruri inkişafa nail olunmasından ibarətdir.
Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri 3 qrupa ayrılır :
Dostları ilə paylaş: |