«Şəmkir Şərab-1» ATSC, 1998-ci ildən fəaliyyətə başlamışdır. Bu şərablar Azərbaycanın dilbər güşəsi olan Şəmkir və İsmayıllı rayonları ərazisində dağətəyi zonada yerləşdirilmiş Mədrəsə, Tavkveri, Bayanşirə və Rkasiteli üzüm sortlarından hazırlanmışdır. «Şəmkir ağ süfrə şərabı», «Şəmkir-qırmızı kəmşirin süfrə şərabı», «Fitnə-qırmızı kəmşirin süfrə şərabı», «Şəmkir-qırmızı süfrə şərabı», «Ömər-Xəyyam-qırmızı kəmturş süfrə şərabı», məhsulları Alman texnologiyasına əsasən hazırlanır. Kompaniyanın məhsulları Avropanın əksər ölkələrinə, Rusiyaya və s. ixrac olunur.
«Miri Pak» sənaye və ticarət şirkəti, 1996-cı ildə yaradılıb. «Miri Pak» Azərbaycanda ilk özəlləşdirilmiş zavodlardan biridir. Abşeron yarımadasının əlverişli iqlim şəraitində yetişdirilmiş məhsullar təbii şirələrin, kompotların, mürəbbə, cem və povidlaların, sousların keyfiyyətini təmin edir. Şirkət öz məhsullarını Rusiyaya, Ukraynaya, Moldovaya, Belarusa, Baltikyanı ölkələrə, qismən Avropa, İsrail, Kanada və ABŞ-a ixrac edir.
Dostları ilə paylaş: |