2. Xüsusi gömrük zonaları. Xüsusi iqtisadi zonaların sadə forması kimi, xüsusi gömrük zonaları əsasən gömrük sərhədlərində böyük anbarlar formasında yaradılır. Azad gömrük ərazisi hesab olunan belə ərazilərdə ixrac üçün nəzərdə tutulan mallar üzrə bir sıra əməliyyatlar, o cümlədən, malların qablaşdırılması, qorunması, emalı və s. həyata keçirilir. Belə zonalarda mallara gömrük rüsumları tətbiq edilmir. Dünyanın bir çox ölkələri xüsusi iqtisadi zonaların bu formasından istifadə edirlər.
3. Xüsusi ticarət-sənaye zonaları.Güzəştli ticarət rejimi tətbiq olunan belə zonalarda sərmayə qoyuluşu əsasən məhsul istehsalı və ticarət fəaliyyətinə yönəldilir, Xüsusi ticarət-sənaye zonalarının fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, burada istehsal edilən, satışı və ixrac əməliyyatları həyata keçirilən məhsullara yüksək güzəştlər tətbiq rdilir Bu da öz növbəsində həmin zonalarda fəaliyyət göstərilməsində müəssisələrin marağını artırır. Təsadüfi deyildir ki, belə zonalar xüsusi iqtisadi zonaların digər formalarına nisbətən daha geniş tətbiq olunurlar. Milli gömrük ərazisi çərçivəsində və beynəlxalq limanların yaxınlığında yaradılan belə zonaları bəzən ixracyönümlü sənaye zonaları da adlandırırlar. Bu zonaya istifadə üçün gətirilən avadanlıqlara, xammal və materiallara gömrük nəzarəti tətbiq edilmir.