MüSTƏQİl elmi-praktik independent scientific and hüquq məRKƏZİ practical legal centre

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 20.05 Kb.
tarix09.07.2018
ölçüsü20.05 Kb.


MÜSTƏQİL ELMİ-PRAKTİK INDEPENDENT SCIENTIFIC AND

HÜQUQ MƏRKƏZİ PRACTICAL LEGAL CENTRE




Ünvan: Bakı şəhəri, Möhsün Sənani 7B Address: 7B Mohsun Sanani Street, Baku

Telefon: (+994 12) 596 47 13 Telephone: (+994 12) 596 47 13

Faks: (+994 12) 441 39 57 Fax: (+994 12) 441 39 57

E-mail: isplc_org@yahoo.com E-mail: isplc_org@yahoo.com

Bakı şəhəri 08 yanvar 2007-ci il

PRESS-RELİZ
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ölkədə vətəndaş cəmiyyətinin güclənməsi, insan hüquqlarının müdafiəsi sahəsində çox ciddi sənəd kimi qəbul edilir. Sərəncam təkcə dövlət orqanlarının bu sahədəki vəzifələrini müəyyən etmir, eyni zamanda, QHT-lərin insan hüquqlarının müdafiəsi sahəsində rolunun artması və iştirak dairəsinin genişlənməsi üçün geniş imkanlar açır.
Sərəncamdan irəli gələn vəzifələri müəyyən etmək, dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında münasibətlərin qurulması mexanizmini hazırlamaq, QHT-lərin insan hüquqlarının müdafiəsində rolunu gücləndirmək üçün bir qrup QHT fəalı Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin ofisində müzakirə aparmışlar.
Yığıncağı açan MEPHM-nin prezidenti Aydın Kərimov Milli Fəaliyyət Planının demokratik, hüquq dövləti qurmaq istəyən cəmiyyətdə rolundan, hüquqi və siyasi əhəmiyyətindən danışdı, insan hüquqlarının qorunmasında dövlət orqanları və ictimai sektorun birgə fəaliyyətinin zəruriliyini, belə müzakirələrin aparılmasının vacibliyini qeyd etdi. Göstərdi ki, Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmışdır. Ölkəmizdə bu sahədə geniş fəaliyyət göstərilir. Ancaq bu beynəlxalq sənədlərin toplu halında dərc edilib yayılmasına böyük ehtiyac var. Xüsusən də nəzərə alsaq ki, bir çox beynəlxalq sənədlər ölkəmizdə hüquq normaları statusunda istifadə edilməlidir, onda bu işin əhəmiyyəti daha aydın görünür.
Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərova Sərəncamın və Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycanın beynəlxalq demokratik imicinin formalaşmasında, ölkə daxilində insan hüquqlarının qorunmasında əhəmiyyətindən, Ermənistanın təcavüzünə məruz qalmış minlərlə insanın hüquqlarının pozulmasından, xüsusilə, qadın və uşaqların hüquqlarının müdafiəsinə ehtiyacın olduğundan danışdı. Təklif etdi ki, bu sənədlə bağlı müzakirələr hər yerdə, hər rayonda, tədris müəssisəsində, QHT-lərin yığıncaqlarında və s. keçirilsin. O, qadınlara qarşı zorakılığın azaldılması və insan alverinin qarşısının alınması sahəsində beynəlxalq təşkilatların, dövlət orqanlarının və QHT-lərin gördüyü işləri qeyd etdi.
“Praqma” Mərkəzinin rəhbəri Taleh Şahsuvarlı insan hüquqları ilə bağlı “PR Mərkəzi”nin yaradılmasının aktuallığını önə çəkdi. Bununla bağlı öz konkret təkliflərini bildirdi.
“Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyinin İsveç üzrə həmsədri Bəhram Atabəyli bu sənədin ciddi beynəlxalq rezonans doğurduğunu qeyd etdi, Avropada, xüsusən də, Skandinaviya ölkələrində insan hüquqlarının qorunması təcrübəsindən danışdı. Bu sahədə qabaqcıl Avropa ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın mexanizmlərini, bu işdə xaricdə olan Azərbaycan diasporasının imkanlarından istifadə etməyi təklif etdi.
Bu təşkilatın icraçı direktoru Rasim Şərifli ekologiyanın qorunması üçün Planda göstərilən müddəaları şərh etdi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu sahədə əməkdaşlıqla bağlı təkliflər hazırladıqlarını bildirdi.
BMT QAK-ın Bakı ofisinin Hüquqşünaslar Şəbəkəsinin əməkdaşı Leyli Quliyeva qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsində bu sənədin rolundan danışdı, qaçqın qadınların hüquqlarının izahı ilə bağlı ayrıca kitabın rus, ingilis və ərəb dillərində hazırlanmasının zəruriliyini, bu sahədə AR Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə hər cür əməkdaşlığa hazır olduqlarını bildirdi.
Müstəqil Hüquq Mərkəzinin sədri Nigar Filiyeva sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən, bu Sərəncamdan sonra daha geniş fəaliyyət göstərmək imkanlarından danışdı. Bu yaxınlarda AR Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi ilə bağladıqları müqavilənin QHT-dövlət orqanları əməkdaşlığının gözəl nümunəsi olduğunu qeyd etdi. Beynəlxalq təşkilatlarla, AR İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlar Konfederasiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə müxtəlif sahələr üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.
Azərbaycan Maarifşi Xeyirxah Xanımlar İctimai Birliyinin sədri Hacı Kubra Babayeva yoxsul, kimsəsiz, köməksiz, xəstə insanların hüquqlarının qorunmasında, onların yaşayış minimumunun təmin edilməsində QHT-lərin iştirakının zəif olduğundan, bu sahədə olan nöqsanlardan danışdı, ünvanlı sosial yardımın verilməsində QHT-lərin və bələdiyyələrin rolunun artırılmasını təklif etdi.
“Sən Tək Deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyinin sədri Şəlalə Səlimova bu təklifin tərəfdarı olduğunu, əlillərin hüquqlarının müdafiəsi üçün bu Sərəncamın geniş imkanlar açdığını göstərdi, əlil QHT-lərinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq İdarəsi və Sosial Müdafiə Fondu ilə əməkdaşlığı üçün konkret təkliflər irəli sürdü.
“Səma və Eko” Elmi-Praktik İctimai Birliyinin sədr müavini Əliağa Şahmalıyev ekoloji təmiz bioyanacağın alınması, yeni iş yerlərinin açılması və floranın infrastrukturunun təkmilləşdirilməsi üçün alimlərimizin QHT-lərlə birgə geniş fəaliyyət göstərmək imkanlarından danışdı. İstehlakçı hüquqlarının qorunmasının vacibliyini bildirdi.
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev gənclərin insan hüquqları sahəsində maarifləndirilməsi ilə bağlı konkret plan hazırladıqlarını, AR Gənclər və İdman Nazirliyi, Ədliyyə, Daxili İşlər, Təhsil Nazirlikləri ilə əməkdaşlıq potensialından, bu işin təşkili mexanizmindən danışdı.
Saatlı rayonunda fəaliyyət göstərən Regional İnkişafa Yardım İctimai Birliyinin sədri Qədim regionlarda insan hüquqları ilə bağlı işin zəif təşkil edildiyindən, dövlət məmurlarının, o cümlədən polislərin bu hüquqları yaxşı bilməməsini bildirdi. QHT-lərin fəaliyyəti üçün regionlarda daha çox ehtiyacın və fəaliyyət sahəsinin olduğunu göstərdi. Qeyd olundu ki, hər bir məktəbdə, hər bir kənddə, hər bir icmada insan hüquqları ilə bağlı təlimlər keçirilməli, regional təlimçilər hazırlanmalı, zonalar üzrə regional təlim mərkəzləri yaradılmalıdır.
Yığıncaq iştirakçıları belə müzakirələrin daha geniş dairədə, Milli QHT Forumunun aylıq yığıncaqlarında, Ombudsman yanında Ekspertlər Şurasında, ayrı-ayrı Nazirliklərin və o sahəyə uyğun QHT-lərin birgə toplantılarında və s. keçirilməsini məqsədəuyğun hesab etdilər.

MEPHM-nin Mətbuat Xidməti



Civil Society Project of United States Agency of International development is a 5-year initiative being implemented by Counterpart International in partnership with Urbane Institute and International Center for Not-for-Profit Law.



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə