§3 “AZADLIQ” qəzeti
Öncəki qəzetlərdən bir qədər fərqlənir. Partiya, müxalifət qəzeti olması hadisələri başqa aspektdən işıqlandırmasına səbəb olur. Elə Avropa Şurası və Azərbaycan münasibətlərinə də fərqli baxış bucağından nəzər yetirmək maraqlı olardı.
Bu qəzetin Avropa Şurasına qəbul olduğumuz tarix ərəfəsində dərc ediyi yazılar çox maraqlı idi. Onlardan bəzilərinə baxaq.
“Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzins:
Təkrar seçki Azərbaycanın AŞ-yə qəbulunda mühüm rol oynayacaq”(35) Hər bir irəliləyiş bu məqamda bizim üçün vacib idi və çünki AŞ-yə qəbul olunmamızı asanlaşdırırdı. Bzerzinski bildirirdi ki, “Güman edirəm ki, yanvarın 7-də parlamentə təkrar seçkidə demokratiya qalib gələcək və bununla da müsbət irəliləyişlər əldə olunacaq” Bzerzinskinin müxalifətlə bağlı fikirləri də olub. Xüsusilə, müxalifətin seçkiləri boykot etməsi maraqlıdır.
“Müxalifət Azərbaycanın AŞ-yə qəbulunu istəyirsə, nə üçün parlamentin işində iştirak etmir?”
Bununla bağlı suallara cavab vermək əvəzinə, nümayəndə özü də sual verdi. Görünür bu fikir ayrı-seçkiliyinin belə bir vaxtda da davam etməsi AŞ-na təəccüblü gəlirdi.
Azərbaycan Avropa Şurasına qəbul olduqdan sonra, “Azadlıq” qəzeti dərhal öz fikrini bildirməyi unutmur. Bu barədə Elxan Şahin oğlunun müəllifi olduğu geniş bir yazı dərc olunur.
“Nəhayət, Azərbaycan Avropa Şurasına üzv oldu...Bundan belə, AŞPA-nın sessiyalarına qatılan azərbaycanlı deputatlar Avropa daxili problemlərin fəal iştirakçısına çevriləcəklər. Amma əksi də gözləniləndir. Artıq demokratik dəyərləri hər şeydən
Dostları ilə paylaş: |