Müstəqillik Azərbaycanın qarşısında yeni cığırlar açdı. Bu "ikinci nəfəs" idi. Ölkə bundan istifadə etməli, beynəlxalq aləmdə özünü təsdiqləməli idi. Çünki müstəqillik özü ilə birgə daha böyük məsuliyyət gətirdi


Demokratik dövlət quruculuğu işini davam etdirmək



Yüklə 82,37 Kb.
səhifə7/14
tarix02.02.2022
ölçüsü82,37 Kb.
#114120
1   2   3   4   5   6   7   8   9   10   ...   14
2. Demokratik dövlət quruculuğu işini davam etdirmək...

3. ...islahatları davam etdirmək üçün konkret öhdəliklərin yerinə yetirilməsi....”(10)

Təbii ki, bu yazının müəllifinin – Bəxtiyar Əliyevin fikirləridir. Onun təyin etdiyi məqsədlər hamı üçün keçərli olmaya bilər. Lakin fərqli düşüncəli insanların bununla bağlı yeni fikirlərinin olması normaldır.

Avropa Şurasının Ermənistan Azərbaycan münasibətlərinə şərh verməsi daim maraqla qarşılanmışdır. Lakin Azərbaycan fikirlərdə konkretlik tələb edir. “Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə siyasi qiymət verməlidir” yazısının başlığı bu baxımdan tələbə bənzəyir. Yazıda söhbət prezident İlham Əliyevin qurumun Azərbaycan üzrə məruzəçisi Terri Devisi qəbul etməsindən gedir. Təbii ki, müzakirə olunan əsas məsələ Dağlıq Qarabağ münaqişəsi idi. Sonda Terri Devisin sözlərinə diqqət yetirək:

... indi də çalışacağam ki, obyektiv məruzə hazırlayım...Ən əsası odur ki, biz səylərimizi məsələnin tezliklə həllinə yönəldək və bununla da Cənubi Qafqaz regionunda yaşayan bütün xalqların daha yaxşı gələcəyini təmin etməkdir.” (17)

Sözsüz ki, hamı regionda sabitliyin yaradılması üçün bu məsələnin həllinin vacibliyini dərk edirdi.

“Azərbaycan” qəzetində Avropa Şurası və Azərbaycan münasibətləri İlham Əliyevlə də tez-tez müzakirə olunurdu. Bu barədə söhbətlər dərc olunurdu. Belə müsahibələrdə əsasən İlham Əliyevin başçılığı ilə ölkəni təmsil edən nümayəndə heyətinin gördüyü işlərdən, İlham Əliyevin özünün münasibətlərin inkişafı istiqamətində atdığı addımlardan, Avropa Şurası ilə bağlı prioritet məsələlərdən bəhs olunur. Eyni zamanda “Azərbaycan” qəzetinin dövlət qəzeti olması ilə əlaqəlidir ki, bu qəzetdə Avropa Şurası ilə bağlı rəsmi sənədlər də çap olunurdu. Bu da öz növbəsində oxucuya münasibətləri addım-addım izləməyə yardımçı olur.

Avropa Şurası və Azərbaycan münasibətlərinin “Azərbaycan” qəzetində əks olunmasının ümumi mənzərəsinə baxdıqda isə görürük ki, qəzetin mövzuya münasibəti neytraldır. Bu da yəqin ki, dövlət qəzeti olmasında irəli gəlir. Bir məqamda var ki, qəzetdə bu mövzu ilə bağlı pozitiv atmosfer hökm sürür. Lakin baş verənlərdən ətraflı məlumat almaq olar. Çünki hər addım qəzet səhifələrində əks olunur. Mənfi cəhətlərdən biri odur ki, təhlil və tənqidi materiallara az yer verilir. Çünki belə materiallar olmadan oxucu Avropa Şurası ilə münasibətlərdəki əskikləri görə bilməz.


Yüklə 82,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin