Müştəri Məmnuniyyəti Nədir? Nə üçün Önəmlidir?


Oxuyaq görək bir müəssisənin müştərisi kimdir?



Yüklə 0,55 Mb.
səhifə3/7
tarix01.01.2022
ölçüsü0,55 Mb.
#106707
1   2   3   4   5   6   7
Müştəri Məmnuniyyəti Nədir

Oxuyaq görək bir müəssisənin müştərisi kimdir?

Bu suala verilən cavablar bunlardır.
— Müştəri işimiz üçün bir vasitə deyil işimizin məqsədidir. Xidmət və ya məhsulu sataraq biz ona deyil, bizə belə bir fürsəti yaratdığı üçün, o bizə yaxşılıq etdiyini qəbul etməliyik.

— Müştəri, müəssisənin məhsul və ya xidmətlərin son istifadəçisidir.

— Müştəri, müəssisədəki ən əhəmiyyətli adamdır.

— Müştəri, qarşılıq gözləyən istək və ehtiyacları olan adamdır.

Müəssisənin vəzifəsi də həm özünə həm də müştərilərinə fayda təmin edəcək şəkildə xidmət etməkdir.
Bu sözlərimi həmişə qeyd etmişəm və yenədə edirəm. Müştəriyə hörmət, etibar, ədalət, düzgünlük və dürüstlüklə yanaşılmalıdır.

Çünki bütün xərcləri, işçilərin ödənişlərini ödəyən və biznes investisiyaları maliyyələşdirən də müştərilərdir. Buna görə müştəri, bütün maraq və diqqəti, təqdir və təşəkkürü haqq edən insandır!



Müştəri məmnuniyyəti üçün nələr edilməlidir?


Müştəri məmnuniyyəti şirkətinizin bu günü və gələcəyi üçün ən önəmli ünsürlərdən biri olaraq təklif etdiyiniz bütün xidmət, ya da məhsulun keyfiyyəti qədər dəyərlidir.

Hər gün bazarda ən böyük oyuncu olduqları və ölkədə tapılmayan məhsulu yalnız onlar gətirdikləri üçün müştərisinə hörmət göstərmək ehtiyacı duymayan şirkətlərlə qarşılaşırıq.

Bu şirkətlər əsasən günü sonunda önəmli müştərilərini itirirlər. Başqa bir tərəfdən müştərisinə necə rəftar etməli olduğunun fərqində olmayanlar doğru addımı atmadıqları üçün itirən tərəf olmağa məhkum olur.

Xüsusilə, ikinci kateqoriyaya daxil olan şirkətlərin, müştəri məmnuniyyətini edəcək bəzi təsirli müştəri xidmətləri texnikalarını öyrənməsində fayda var.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin