Müştəri Xidmətləri üzrə Icraçı
vəzifəsi haqqında məlumat
10 avqust 2007
Vəzifənin adı: C`est Bon Müştəri Xidmətləri üzrə Icraçı
İyerarxiya daxili: Müştəri Xidmətləri üzrə Koordinatoruna
İş yeri: Bakı, Azərbaycan
Müqavilənin müddəti: Uzun müddətli
İş rejimi: 1-ci növbə üçün
Bazar ertəsi – Şənbə: saat 09:00-18:00
Bazar: İstirahət
2-ci növbə üçün
Bazar ertəsi – Şənbə: saat 11:00-20:00
Bazar: İstirahət
3-cü növbə üçün
Bazar ertəsi – Şənbə: saat 12:00-20:00
Şənbə: İstirahət
Bazar: 10:00 – 20:00
Məvacib: 1800 -2400 AZN (illik) + bonuslar + gələcək biznesdə pay
İşin təhvil verilməsi: 10 (on) bank günü öncə
Vəzifənin məqsədi: C`est Bon şirkətinin fəaliyyətini və məhsullarını inkişaf etdirmək və xidmətlərini yüksək səviyyədə
müştərilərə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında ən müştəri xidmətləri üzrə ən yüksək səviyyəli bir şirkət kimi tanınsın. Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər. C`est Bon şirkətinin satışını ayda 10% artırmaq.
Vacib məlumat: C`est Bon şirkətinin biznesi 4 əsas prinsiplər üzərində qurulub və fəaliyyət göstərir. Bunlardan biri də “Müştərilərə yüksək səviyyəli xidmətlər” prinsipidir. Bu prinsip bütün işçilərdən bunları tələb edir: Qülümsəmək, Nəzakətlik, Hörmət, Ətraflı məlumat və məsləhət. C`est Bon şirkətin hər bir işçiləri təmin etməlidilər ki, bütün müştərilər bizim xidmətlərdən məmnun qalsın.
Vəzifələr:
-
Müştərilər ilə səmimi olmaq;
-
Müştərilərə qarşı qülümsəmək, nəzakətli olmaq, hörmət etmək və ətraflı məlumat və məsləhət vermək;
-
Müştərilərin telefon, SMS, fax, email və veb ilə etdiyi sifarişləri qəbul etmək və onları yerinə yetirmək üçün aşpaza və Müştəri Xidmətləri üzrə Koordinatora çatdırmaq;
-
Müştərilərlə əlaqədar gündəlik işləri həyata keçirmək: telefon zəngləri və faksları qəbul etmək, telefon zənglərinə cavab vermək;
-
Müştərilərə şirkət haqqında məlumat vermək və onları maraqlandıran digər sullara aydınlıq gətirmək;
-
Müştərilərə menyu haqqında və istifadə olunan ərzaq və texnologiyalar haqqında bütün suallara aydın və dolğun cavab vermək;
-
Müştərilərin yemək seçimində onlara yardım etmək;
-
Korporotiv və ya digər fiziki şəxslərin tədbirləri üçün menyu formalaşmasında yaxında köməklik etmək, dolğun və professional konsultasiya vermək;
-
Sifarışləri kompüterdə xüsusi proqram təminatınını istifadə edərək bütün qrafaları dolduraraq qeydiyyat etmək;
-
Hər ayın sonu müştərilərə jurnal və digər bonusların verilməsi üçün siyahını tutmaq və jurnalları qeydiyyat etmək;
-
Müştərilərə mövcud olan bütün bonuslar, endirimlər və aparılan kampaniyala haqqında dolöun məlumat vermək;
-
Qəbul olunmuş sifarişlər üçün qəbzlər yazmaq;
-
Müştərilərdən alınan pulu qəbul etmək və “Pulların Təhvili üzrə Qeydiyyat Forması”nda qeyd etmək;
-
Aylıq ödəyən müştərilərin hər ayın sonunda qəbzlərini ayrı-ayrı çap etmək, gəbzdə müştərilərə göndərmək və aylıq alınan pulları kassaya mədaxil etmək;
-
Bayram günlərində müştərilərimiz sifariş edən zamanı onları təbrik etmək;
-
Sifariş gecikdiyi vaxtı müştəriyə səbəbini və sifarişin çatdırılma vaxtını düzgün demək;
-
Hər hansl bir problemlə bağlı C`est Bon şirkəti həmin gün öz xidmətlərini göstərmirsə, müştərilərdən üzr istəmək və işləməmək səbəbini onlara çatdırmaq;
-
Müştərilərin təklif və narazılıqlarını xüsusi formada qeydiyyat etmək və onları idarə etmək;
-
Alınan təklif və narazılıqları Müştəri xidmətləri üzrə koordinatora çatdırmaq. Nəticəsini həmin müştərilərə ətraflı məlumat vermək;
-
Növbə Menecerin digər tapşırıqlarını vəzifə çərçivəsində həyata keçirdmək;
-
Müştərilər ilə danışaraq ancaq korporotiv sözlərdən istifadəsini təmin etmək. Məsələn: “C`est Bon şirkətindən sifariş etdiyiniz üçün Sizə öz dərin minnətdarığımızı bildiririk”;
-
C`est Bon şirkətinin “Əməliyyat Prosedur” larına riayət etmək və orada duran bütün vəifələrə nail olmaq;
-
C`est Bon şirkətinin bütün korporativ prosedur və siyasətə riayət və hörmət etmək;
-
C`est Bon şirkətinin biznes məqsədlərinə nail olmaq;
-
C`est Bon şirkətinin qarşısında duran problemləri vaxtında və uğurla aradan qaldırmaq;
-
Bilik və bacarığını daimi artırmaq. Bu sahədə lazım olan resursları və imkanları cəlb etmək;
-
İşçilər üçün treyninqlərdə iştirak etmək;
-
Hər səhər 10 dəqiqəlik iclasda iştirak etmək və günün planını, işdə olan nöqsanları, işlə bağlı yeni məlumatları müzakirə etmək;
-
Müştəri xidmətləri işinin prosedurların və qaydalarına hər ay fikir vemək, reviziya etmək və lazım gələrsə dəyişiklər və əlavələr etmək;
Fəaliyyətin qiymətləndirmə kriteriyaları:
-
Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər;
-
C`est Bon şirkətinin satışını ayda 10% artırmaq.
-
Müştərilər xidmətlə bağlı şikayyətləri 0-a bərabərdir;;
-
Loyal müştərilərin sayı 60% çoxdur;
-
Işçilər arasında mehribançılık və hörmət mövcuddur;
-
Müştəri xidmətləri sahəsində bütün işlər səmərəli təşkil olunub;
-
İş vaxtı təyin olunmuş digər kriteriyalar;
Namizəd üçün zəruri keyfiyyətlər:
-
Müştəri xidmətləri üzrə tərcübə
-
Azərbaycan və Rus (üstünlük veriləcək) dilləri bacarığı
-
Bakı şəhərini, biznes və hökümət təşkilatların yerləşməsini yaxşı bilmək
-
Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmə bacarığı
-
Üzərinə məsuliyyət götürmə bacarığı
-
Gərgin anlarda qərar qəbul etmə bacarığı
-
Yüksək məsuliyyətlilik
-
Ünsiyyətcillik və komandada işləmə bacarığı
-
Kompüterdən istifadə bacarıqı: Windows, MS Excel, Word, MS Access, Internet, MS Outlook
Məvacib və digər faydalar:
-
İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq
-
Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;
-
Il ərzində 21 gün və rəsmi məzuniyyət;
-
İş yüksək səviyyədə avadanlıqla təchiz olunub
-
Professional inkişaf üçün imkanlar
-
Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar
-
Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);
-
C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.
Müraciət etmək:
Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana 22 avqust 2007, saat 16:00 –dan sonra müraciət etsinlər:
Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (Skazka şirniyyət evin yanı) yerləşir.
Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01
Email: cestbonazerbaijan@yahoo.com
Namizədlər özləri haqqında CV-ni cestbonazerbaijan@yahoo.com ünvanına göndərə billərlər.
C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.
Dostları ilə paylaş: |