كتب الله ذلك كتابا عليكم "Kətəbəllahu zalikə kitabən ələykum."78 “Əhəllə ləkum ma vəraə zalikum” cümləsində “ma” hissəsinin işlənməsi və kişi cinsində olan əvəzlikdən istifadə olunması göstərir ki, “uhillə” sözü qadınların halal olması mənasında deyil. Çünki “ma” hissəsi insan üçün işlədilmir. Və “zalikə”sözü də kişi cinsi üçündür. Bütün bunlardan məlum olur ki, həmin on altı şeydən başqa halal olan əməl şəhvətə aid olan, cinsi əlaqə və ya bu kimi işlərdir. Bu həmin
حرمت علیمک امهاتکم - ayəsində nəzərdə tutulan əməldir.
“İn təbtəğu biəmvalikum muhsininə ğəyrə musafihin” cümləsi “Uhillə ləkum ma vəraə zalikum” cümləsinin ətf bəyanı (izahı) və ya onun bədəlidir (əvəzidir). “Muhsinin” sözündə burada “iffətli qadınlar” nəzərdə tutulmuşdur. “Səfəh” isə “zina” mənasındadır. “Ğəyrə musafihin”, yəni iffətli və pak qadınlar.
Ayənin mənası budur ki, öz mal-dövlətinizdən istifadə edin və iffətli qadınlarla evlənin. Mal-dövlət ona görə vurğulanır ki, hər iki evlənmə növündə mehriyəni ödəmək üçün maddi imkan lazımdır.
فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه
Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:
“Bih” sözündə zəmir “Uhillə ləkum ma vəraə zalikum” cümləsində nəzərdə tutulan əmələ qayıdır. Bu da “şəhvani kam alma” və yaxud bu mənanı çatdıran hər hansı sözdən ibarətdir. Nəticədə “ma” sözü saxlamaq üçün işlənərək “hər zaman” mənasında olacaqdır. Car və məcrur olan “minhunnə” də “istəmtətum” cümləsinə aiddir. Beləcə ayənin mənası budur ki, hər zaman qadınlardan kam alsanız onların haqlarını özlərinə ödəməyiniz vacibdir.
Habelə “Ma” sözünü mosul kimi və “İstəmtətum” cümləsini onun siləsi kimi də nəzərdə tutmaq olar. Bu halda “bih”-in zəmirini mosula aid etmək də mümkündür. “Minhunnə”-nin car və məcrurunu isə mosulu izah edən söz saysaq, ayənin mənası belə olacaqdır:
“Qadınların hər birindən cinsi əlaqə ilə kam alsanız haqlarını verməlisiniz”. Bu cümlənin başında “fa” şəkilçisi olduğu üçün keçən söhbətin təfrii(şaxələrə ayrılması) və nəticəsi sayılır.
Bəzilərinin külliyyata və ya deyə bilərsiniz cüziyyatın külli mətləbə təfrii və tətbiqi. Bu mənaya heç bir şübhə yoxdur. Çünki öncəki mətləb bu idi ki, öz sərvətinizdən istifadə edərək iffətə riayət etmək şərtilə zövcə axtarın, sifah və ya zinadan kənar olun. Yuxarıda dediyimiz kimi bu söz kənizdən hər iki növ kam almağı, yəni daimi və müvəqqəti nikahı özündə cəmləşdirir. Belə isə “fəməstəmtətum bihi minhunnə fəətihunnə ucurəhunnə” cümləsinin bu cümləyə tətbiqi, şübhəsiz, cüzinin külliyə tətbiqi babından və yaxud cüzi qisimlərin bəzilərinin külli məqsəminə (bölünəninə) tətbiqi kimi olacaqdır.
Bu cür tətbiq Allah kəlamında çox istifadə olunmuşdur. Məsələn: