Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


عن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله و انا انهي عنها و اعاقب عليهما متعة الحج و متعة النسآء»



Yüklə 1,13 Mb.
səhifə16/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   12   13   14   15   16   17   18   19   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

عن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله و انا انهي عنها و اعاقب عليهما متعة الحج و متعة النسآء»
Ömərdən nəql olunur ki, dedi: “Allah rəsulunun vaxtında iki mütə vardı. Mən onları qadağan edirəm və onlara əməl edənlərin cəzası var. O iki mütənin biri həcc mütəsi, digəri qadın mütəsidir.”101
عن ابي نضرة قال كنت عند جابر بن عبدالله فاتاه آت فقال ابن عباس و ابن الزبير اختلفا في المتعتين فقال جابر فعلنا هما مع رسول اللهثم نهانا عنها عمر فلم نعدلها»
Əbu Nəzrə nəql edir:
Mən Cabir ibn Abdullahın yanında idim. Bir şəxs dedi:
- İbn Abbas və İbn Zübeyrin iki mütə məsələsində ixtilafları var.
- Biz Allahın rəsulunun vaxtında hər ikisini görərdik. Sonradan Ömər bu iki işi bizə qadağan etdi və biz bunları bir daha təkrarlamadıq- deyə Cabir cavab verdi.102
Başqa bir hədisdə nəql olunur:
عن ابي نضرة قال كان ابن عباس يأمر بالمتعة و كان ابن الزبير ينهي عنها فذكرت ذلك لجابر بن عبدالله فقال: لدي دار الحديث تمتعنا مع رسول اللهفلما كان عمر قال ان الله يحل لنبيهما شاء بما شاء و ان القرآن قد نزل منزله: فاتموا الحج العمرة كما امركم الله اتموا نكاح هذه النساء فلا اوتي يرجل تزوج امرأة الا رجمته بالحجارة
Əbu Nəzrə deyir ki, İbn Abbas mütə etmək göstərişi verirdi. İbn Zubeyr isə bu işdən çəkindirirdi. Mən bu işi Cabir ibn Ənsariyə xatırlatdım. O, dedi: Hadisədən xəbərdaram (İşin necə baş verdiyini bilirəm). Biz Allahın rəsulunun dövründə mütə edirdik. Ömər gələndə isə belə dedi: "Şübhəsiz, Allah öz peyğəmbərinə istədiyini (istədiyi üçün) halal etdi. Həcc və ümrəni Allah əmr etdiyi kimi tamamlayın və qurtarın. Qadınları siğə etməkdənsə çəkinin. Əgər bir qadın mənim onu (müəyyən müddətə) siğə etmiş kişini yanıma gətirsə həmin şəxsi daşqalaq edəcəyəm.103
«عن جابر بن عبد الله قال: تمتعنا متعتين علي عهد النبيالحج و النساء فنهانا عمر عنهما فانتهينا»
Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Peyğəmbər sağ olanda biz iki mütəyə əməl edirdik. Onlardan biri həcc mütəsi, o biri qadın mütəsi idi. Belə ki, Ömər bizi bu işdən çəkindirdi və biz bu işi bir daha davam etdirmədik.”104

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin