«عن ابن جريح قال: اخبرني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال فذلك حين نهي عنها عمر» Nəql olunmuşdur ki, İbn Cüreyc dedi: Əbu Zübeyr Cabirin dilindən belə deyirdi:
- Ömər və İbn Hüreys Kufəyə daxil oldular. O, bir kənizi mütə edib. Ömərin yanına gətirdi. Kəniz hamilə idi. Ömər soruşdu və o da etiraf etdi. Bu hadisə Ömər ona qadağa qoyandan sonra baş verdi.111 «عن سليمان بن يسار عن امّ عبدالله ابنة ابي خيثمه : ان رجلا قدم من الشام فنزل عليها فقال : ان العزبة قد اشتدت عليّ فابغيني امرأة اتمتع معها قالت : فدلته علي امراه فشارطها و اشهدوا علي ذلك عدولا فمكث معها ماشاءالله ان يمكث ثم انه خرج فاخبر عن ذلك عمر بن الخطاب فارسل الي فسألني احق ما حدثت؟ قلت : نعم قال فاذا قدم فاذنيني فلما قدم اخبرته فارسل اليه فقال: ما حملك علي الذي فعلته ؟ قال فعلته مع رسول الله ثم لم ينهانا عنه حتي قبضه الله ثم مع ابي بكر فلم ينهنا عنه حتي قبضه الله ثم معك فلم تحدث لنا فيه نهيا فقال عمر: اما و الذي نفسي بيده لو كنت تقدمت في نهي لرجتمك بينوا حتي يعرف النكاح من السفاح.» Süleyman ibn Yəsardan (o da Umm Abdullah Əbi Xeysəmənin qızından) nəql olunmuşdur ki, Şamdan gələn bir kişi onun yanına gəldi və:
- Subaylıq mənə çox təsir edir. Bir qadın gətir, ondan (mütə etməklə) bəhrələnim, - deyə söylədi.
Mən ona bir qadın göstərdim. O, bir neçə adil şəxsi şahid tutaraq həmin qadınla evləndi. Allahın müqəddər etdiyi qədər orada qaldı. Sonra evdən çıxdı. Ömər ibn Xəttab bu işdən xəbər tutanda yanıma adam göndərib bu hadisənin nə qədər doğru olduğunu soruşdu. Mən, deyilənləri təsdiqlədim.
O, dedi:
- Hər zaman gəlsə, məni xəbərdar et.
Mən də həmin kişi yanıma gələndə Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb soruşdu:
- Bu işi görməyinə səbəb nədir?
- Mən Allahın rəsulunun zamanında bu işi gördüm və o həzrət dünyasını dəyişənədək məni bu işdən çəkindirmədi. Ondan sonra Əbubəkrlə idim. O da dünyadan gedənə qədər bu işə qadağa qoymadı. Indi səninləyik. Bizə bu haqda əmr və ya qadağa çatmamışdır.
Ömər dedi:
- Canım əlində olana and olsun əgər bundan öncə mənim qoyduğum qadağadan xəbər tutmuş olsaydın səni daşqalaq edərdim. Elan edin ki, mütə nikahı zina sayılsın.112