Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«عن ابي مريم عن ابي عبدالله



Yüklə 1,13 Mb.
səhifə21/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   17   18   19   20   21   22   23   24   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«عن ابي مريم عن ابي عبداللهقال المتعة نزل بها القرآن و جرت بها السنة من رسول الله»
Əbi Məryəmdən nəql olunan rəvayətə görə imam Sadiq (əleyhis-səlam) dedi: “Mütə nikahına dair Quranda ayə nazil olmuşdur və rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ona müvafiqdir.”120
«عن الامام الرضااحل رسول اللهالمتعة ولم يحرمها حتي قبض»
Nəql olunur ki, İmam Rza (əleyhis-səlam) buyurdu: “Allahın rəsulu mütə nikahını halal etmiş və öz vəfat gününə qədər ona qadağa qoymamışdır.”121
Gördüyünüz kimi, məsum imamlardan bizə çatmış bu hədislər "Nisa" surəsinin 24-cü ayəsinin mütə nikahı barəsində nazil olduğunu göstərir. Bu ayənin Əhli-beyt (əleyhimus-səlam) tərəfindən “ila əcəlin musəmma”cümləsi ilə birgə qiraəti də bu həqiqəti dəstəkləyir.
Sözü gedən Əhli-beyt (əleyhis-səlam) hədislərində açıq-aydın bəyan olunmuşdur ki, mütə nikahı Allah-taalanın şəriət kimi qəbul etdiyi bir nikah olmuş və peyğəmbərin də sünnəsi o həzrətin vəfatınadək ona müvafiq olmuşdur. Mütə haqqında gəzən söz-söhbətlər peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ortaya atılmışdır.
Yuxarıda deyilənlərə nəzər salsaq görərik ki, biz ilk növbədə Əhli-beytin (əlehyimus-səlam) mütə nikahının caiz olub, nəsx olmadığını təsdiqlədiyini açıqladıq. Inşaallah, mövzunun daha aydın olması üçün mütənin savaba malik olduğunu göstərən hədisləri nəzərinizə çatdıracağıq.


2. Müvəqqəti evlilik savabdır və ilahi rəhmətə səbəb olur
Bu növ hədislərdə mütə nikahının caizliyi (ona qadağa qoyulmaması) ilə yanaşı onun savab bir iş olduğu qeyd edilir. Bu rəvayətlərə əsasən, müvəqqəti evlənmə də daimi evlənmə kimi savabdır. Belə bir evlənmə növü insanın günahdan çəkinməsinə səbəb olduğu üçün mütədən bəhrələnən şəxs Allahın lütf və rəhmətinə nail olur. Bu haqda daha ətraflı danışmaq üçün Əhli-beyt (əleyhimus-səlam) dən bizə çatmış hədisləri araşdırmağa başlayırıq.
«عن صالح بن عقبة عن ابيه عن الباقر: قال قلت: للمتمتع ثواب؟ قال ان كان يريد بذلك عزوجل و خلافا لفلان لم يكلمها كلمة الا كتب الله له حسنة و اذا دنا منها غفر الله له بذلك ذنبا فاذا اغتسل غفر الله له بعدد ما مر الماء علي شعره قال قلت بعدد الشعر قال نعم بعدد الشعر»
Saleh ibn Əqəbə öz atasından və o da imam Baqirdən (əleyhis-səlam) nəql edərək deyir ki, İmam Baqirdən (əleyhis-səlam) soruşdum:
- Mütə etməyin savabı və ya əcri varmı?
- Əgər nikah Allaha xatir və rəsulullahın sünnəsini icra etmək naminə (filan adama etiraz əlaməti kimi) olarsa, onunla danışdığı hər söz müqabilində həsənə və savab əta olunar, evləndiyi üçün günahları bağışlanar. Qüsl edən zaman üzərinə su tökülən bədən tüklərinin sayı qədər günahları bağışlanar, - deyə imam cavab verdi.
- Tüklərinin sayı qədər?- mən soruşdum.
- Bəli, tüklərinin sayı qədər, - deyə imam təsdiq etdi.122

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin