«و ظاهر استشهاد بن مسعود بهذه الآیه هنا (الی اجل مسمی) یشعر بانه کان یری لجواز المتعة» “İbn Məsudun mütə ayəsinə “ila əcəlin müsəmma” ilə istinad etməsi bunu göstərir ki, o, mütə nikahının caizliyinə inanırdı.”311 Kiminsə “ila əcəlin müsəmma” cümləsini oxumaqla səhabə və tabeinlərin Quranın təhrifinin qarşısını almaq istəmələrini iddia etməsi öz-özlüyündə qeyri-məqbuldur.
Bundan əlavə Səid ibn Cübeyrin mütə nikahını qəbul etməsi və bir çox hallarda ona əməl də etməsi hədislərdə öz əksini tapmışdır. Əbdürrəzzaq bu barədə yazır:
«و عن بن جریج عن عبدالله بن عثمان بن خثیم قال: کانت بمکة امرأة عراقیة تسنّک جمیلة لها ابن یقال له ابوامیة و کان سعید بن جبیر يکثر الدخول علیها قال: قلت یا ابا عبدالله! ما اکثر ماتدخل علی هذه المرأة قال: انا قد نکحناها ذلک النکاح – المتعة- قال و اخبرنی ان سعیداً قال له: هی احل من شرب الماء – المتعة- » İbn Cüreyc, o da Abdullah ibn Ösman ibn Xəsimdən belə nəql edir: Məkkədə gözəl və Allahpərəst bir iraqlı qadın vardı. Bu qadının bir oğlu var idi ki, onu "Əbu Üməyyə" deyə çağırırdılar. Səid ibn Cübeyr hey o qadının yanına gedərdi. Mən ondan:
- Ya Əba Abdullah, nə üçün o qadının yanına çox gedirsiniz?- deyə soruşdum. Səid ibn Cübeyr:
- Mən onunla mütə nikahı bağlamışam,- deyə cavab verdi.
Ibn Cüreyc söhbətinin ardında dedi: Səid ibn Cübeyr mənə dedi:
- Mütə nikahı su içməkdən də halaldır.312 Səid ibn Cübeyrin mütə nikahının caizliyi barəsindəki məsləkini sual altına almaq üçün onun adına yalançı hədislər də uydurmuşlar. Keçən müzakirələrimizdə o hədislərdən yazdığımız üçün bu miqdarla kifayətlənirik.
2. Mücahid ibn Cəbr Mücahid öz əsrinin tanınmış Quran qarilərindən və təfsirçilərindəndir. O, özündən sonrakı əsrlərdə də təfsir və qiraət elmlərinin öncüllərindən hesab olunmuşdur. Hər iki məzhəbin kitablarında yazıldığı kimi bu adlı-sanlı tabei, böyük müfəssir İbn Abbasın ətəyində böyümüş və təfsir elmini ondan öyrənmiş şəxslərdən biridir. Fəzl ibn Məymun bu haqda yazır:
Mücahiddən belə söylədiyini eşitdim ki, o dedi: Mən Quranı otuz dəfə İbn Abbasın hüzurunda oxudum.
Nuri isə demişdir: