Məşhur dinşünasların etirafları Sadaladığımız fərdlərdən savayı başqa insanlar da var ki, təriqət alimlərinin etiraflarına əsasən – bir çox səhabə və tabeinlər kimi - mütə nikahının halallığına etiqad bəsləmiş və onun caizliyinə fitva (hökm) vermişlər. Biz söhbəti uzatmadan yalnız onların adlarının sadalamaqla kifayətlənir və bu hissəni də bununla tamamlayırıq. Bu insanlar aşağıdakılardan ibarətdir:
1. İmam Baqir (əleyhis-səlam)
2. İmam Sadiq (əleyhis-səlam)
3. Əbuzzöhri Mətrəf
4. Həsən Bəsri
5. İbrahim Nəxəyi
6. Səid ibn Həbib
7. Əmr ibn Dinar
Bu qeyd etdiyimiz şəxslər mütə nikahını caiz bilən insanlardırlar.348 Indi isə mütə nikahı və siğə adı ilə məşhur olan şəhərləri nəzərinizə çatdırmaq niyyətindəyik.
“Mütə və siğə şəhərləri” adı ilə məşhur olmuş Məkkə və Yəmən şəhərləri Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatindan sonra mütə nikahının halallığı onun əksər səhabələri üçün o qədər aydın idi ki, hicaz və hicaz ətrafı məntəqələrdə “mütə nikahı” və “siğə etmək” adı ilə məşhur şəhərlər mövcud idi. Böyük əhli-sünnə alimlərinin qəti fikirlərinə görə Məkkə və Yəmən, “siğə şəhərləri” adı ilə tanınmışdılar. Lakin bu nikah növü əsrimizdə bir qrup müsəlman tərəfindən “şiələrin uydurduğu nikah” və ya “haram nikah” adı ilə damğalanmaqdadır. Onların bu rəftarı keçmişdə və indiki zamanda o qədər ifratçı olmuşdur ki, bu nikahı halal bilənlərə zinakar və günahkar adı ilə ittiham etmişlər. Sanki unutmuşlar ki, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məşhur səhabələri o cümlədən Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Abbas, İmran ibn Hüseyn və keçən bölümdə adlarını çəkdiyimiz digər kəslər mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda özləri də müvəqqəti olaraq evlənmişlər. Habelə unutmuşlar ki, Məkkə və Yəmən kimi şəhərlər “mütə nikahı” və “siğə etmək” adı ilə məşhur olmuşlar. Əhli-sünnə alimləri bu barədə yazırlar:
İbn Əbdul-Birr:
«اصحاب ابن عباس من اهل مکه و الیمن کلهم یرون المتعه حلالاً علی مذهب ابن عباس» “İbn Abbasın Məkkədən və Yəməndən olan səhabələrinin hamısı İbn Abbasın məsləki əsasında mütəni halal bilmişlər.”349 Qurtubi yazır: