Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


و قالوا لو كنا نسمع او نعقل ما کنا فی اصحاب السعیر



Yüklə 1,13 Mb.
səhifə62/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   58   59   60   61   62   63   64   65   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

و قالوا لو كنا نسمع او نعقل ما کنا فی اصحاب السعیر
“Əgər bizim qulaqlarımız eşitsəydi və ya ağlımızı işə salsaydıq, cəhənnəm əhlinin içində olmazdıq.”382
Bunların hamısından belə məlum olur ki, dini əqldən kənar tanıtdırmaq dinin düzgün qavranmamasına və onun təhrifinə səbəb olur.
Buna görə də İslamda ilk öncə mövcud olan və hamının etiraf etdiyi mütə nikahının hikmətini - baxmayaraq ki, bəzi alimlər bu nukah növünü məntiqsiz sayaraq onun nəsx olunduğunu iddia edirlər - əqli təhlillə də əldə etmək mümkündür. Bu təhlillə mövcud şübhələrə də tutarlı cavab vermək olar.
Aydındır ki, zərər gətirməyən bir şeydən istifadə əqli baxımdan iradsızdır. Müasir zamanda dini təriqətlərin, fəqihlərin (ilahiyatçı hüquqşünaslar) əksəriyyəti bu əqidədədirlər ki, əgər zamanəmızdə yeni bir mövzü irəli çıxarsa və onun insanlara heç bir ziyanı olmazsa, həmin mövzunun əqli baxımdan hökmü mübah və halaldır.
İbn İdris Hilli bu barədə yazır:
«فقد ثبت بالادلة الصحیحة ان کل منفعه لا ضرر فیها فی عاجل او آجل مباحة بضرورة العقل، و هذه نکاح المتعة، فیجب اباحته باصل العقل.»
“Səhih dəlillərlə sübut olunmuşdur ki, indiki və ya gələcək zamanda zərəri olmayacaq bir mənfəət əqli baxımdan mübahdır (halaldır). Mütə nikahında da belədir. (onun ziyanı yoxdur) Buna görə də mütə nikahı əqli baxımdan halaldır.”383
Bunun ardınca davam edir:
«فاماالمتعة فمباحة، و لانه لو کان فیها شی من المفاسد لکان اما عقليا فهو منتف اتفاقا و اما شرعیا و لیس ذلک و الا لکان احد مستمسک الخصم»
“Amma mütə nikahı halaldır. Əgər mütə nikahında fitnə-fəsad, hərc-mərclik varsa ya bu fəsad əqlidir (bu da alimlər tərəfindən qeyri-məqbuldur), ya da şəriət baxımındandır. Şəriətdə də belə bir fəsad qeyd olunmamışdır. Əgər olsaydı, təbii ki, düşmən bundan sui-istifadə edərdi.”
Bu əsasla mütə nikahı halaldır və caizdir. Dediyimiz kimi onun ziyan və zərəri yoxdur.
Bundan əlavə, mütə nikahında bir çox faydalar mövcuddur. Hərçənd bəzi insanlar mütə nikahının mahiyyətini təhrif etməklə və bu nikahdan sui-istifadə etmək imkanlarını böyütməklə çalışmışlar ki, onun ictimai mühitdə yaratdığı hərc-mərcliyi ön plana çəksinlər. Lakin bu qrup insanlar bu məsələyə açıq bəsirətlə və ya təriqət təəssübkeşliyindən kənar nəzər salsalar başa düşərlər ki, mütə nikahı hansı cəmiyyətdə öz yerini taparsa hərc-mərcliyə səbəb olmaz, ictimai mühitdə qarşıya çıxan əxlaqsızlıq və pozğunluğun qarşısını ala bilir. Habelə cəmiyyəti Allah və onun rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) sevdiyi bir mühiyə doğru sövq edir.
Başqa sözlə, hər bir cəmiyyət əksəriyyəti qızlar, oğlanlar, kişilər və qadınların təşkil etdiyi cavan bir nəslə malikdir ki, maddi imkansızlıq ucbatından daimi şəkildə evlənə bilmədiklərinə görə əxlaq pozğunluğuna doğru çəkilirlər. Bu problemin həlli üçün üçdən artıq yol yoxdur. Birinci yol budur ki, onlar üçün fəsad və əxlaqsızlıq yuvaları düzəldilsin ki, şəhvətlərinin qarşısını alsınlar. Ikinci yol budur ki, onları həbs etsinlər və ehtiraslarına mane olsunlar. Üçüncü yol bundan ibarətdir ki, onların şəhvətlərini sondürəcək qanuni və məntiqi bir yol nəzərə alınsın: onlar öz ismət və paklıqlarını qorumaqla cinsi istəklərini təmin etsinlər. Heç bir aqil və inanaclı insan birinci həll yolunu qəbul edə bilməz. Çünki bu yol insanları hərc-mərcliyə və bədbəxtliyə sövq edir. Ikinci yol isə insanın fitrətinə uyğun deyil. Çünki münəzzəh və pak Allah özü bu istəkləri insanın vücudunda xəlq etmiş, onu bu xüsusiyyətlə yanaşı yaratmışdır. Bu istəklərin öz həddində təmin olunması gərəklidir.
Bütün bunları nəzərə alaraq üçüncü yolun tənha çıxış yolu olduğunu qəbul etmək çətin deyil. Bu səbəbdən müqəddəs İslam dini belə bir hökmü qanuni elan edərək on dörd əsr öncə dünənki və bugünkü problemi ən yaxşı, ən məntiqli üsulla həll etmişdir. Bu nöqtə müqəddəs İslam dininin hərtərəfli bir din olduğunu göstərməkdədir. Hərçənd bəzi insanlar hələ də bu həqiqəti qəbul etməkdən boyun qaçırırlar.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin