Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


Üçüncü dəlil: (Miras ayəsi)



Yüklə 1,13 Mb.
səhifə67/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   63   64   65   66   67   68   69   70   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Üçüncü dəlil: (Miras ayəsi)
Mütə nikahının nəsx olunduğunu iddia edənlər "Miras" ayəsi adlanan digər bir ayəyə də isnad etmişlər.
«وَ لَكُمْ نِصْفُ ما تَرَكَ أَزْواجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصينَ بِها أَوْ دَيْنٍ وَ لَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِها أَوْ دَيْنٍ وَ إِنْ كانَ رَجُلٌ يُورَثُ كَلالَةً أَوِ امْرَأَةٌ وَ لَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ واحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كانُوا أَكْثَرَ مِنْ ذلِكَ فَهُمْ شُرَكاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصى‏ بِها أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللَّهِ وَ اللَّهُ عَليمٌ حَليمٌ»
Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların etdikləri vəsiyyət (yerivə yetirilib) və ya borcu (ödəlinəndən) sonra, qoyub getdikləri malın yarısı və əgər onların uşağı vardırsa, mirasın dörddə biri sizə yetişir. Əgər sizin də uşağınız olmasa, etdiyiniz vəsiyyət (yerinə yetirildikdən) və ya borcunuz (ödəniləndən) sonra, qoyub getdiyiniz malın dörddə biri və əgər uşağınız olsa, mirasın səkkizdə biri onlara (arvadlarınıza) yetişər. Əgər irs qoyub gedən (vəfat etmiş) kişi ya qadının övladı və ata-anası olmasa, anadan doğma və atadan ögey bir qardaşı ya bacısı olsa, hər bir hissəsinə şərikdir. (Əlbəttə bi bölgü,) vərəsəyə zərər toxunmadığı halda edilən vəsiyyət (yerinə yetirilməsindən) və ya borcu (ödənilməsindən) sonradır. Bunlar Allah tərəfindəndir. Allah biləndir və həlimdir.”400
Onların fikrincə hər ər və arvad arasındakı irs hökmü təxsis və təqyidə (hər hansı bir qeydə) məruz qalmayan bir hökm kimi verilmişdir. Bu Quran hökmünün nəzərə alınmadığı hər hansı nikah növü səhih deyildir. Çünki ər-arvad arasında olan zövciyyət şəraiti kamil şəkildə mövcud deyildir.401 Biz bu şübhəyə cavab vermək və məsələni izah etmək üçün həmin şübhədə olan qüsurlara müxtəsər şəkildə işarə edirik.
1) Bu ki, “Mütə nikahında ər və arvad arasında irs mövcud deyil”, -hökmü şiə alimləri arasında icma ilə (yekdil rəylə) qəbul olunmuş bir məsələ deyildir. Bu məsələdə də dörd baxış vardır. Onların ən məşhuru irsin olmamasıdır. Qalan üç baxışa görə isə təsəvvür olunan şəraitdə ər və arvada mütə nikahında bir-birindən irs çatır.402
2) Yuxarıdakı ayələrdə də qeyd etdik ki, bu ayələrin mütə ayəsinə olan nisbəti "nəsx" nisbəti deyildir. Bu ayələrlə mütə nikahı ayəsi arasındakı nisbət ümumi və xüsusi, ya mütləq və müqəyyəddir.
3) Mütə nikahından başqa nikah növü də var ki, onda da ər və arvad arasında irs yoxdur. O cümlədən öz malikindən (sahibindən) digəri ilə evlənən kəniz barəsində bunu demək olar ki, (bütün fəqihlərin fikrincə) bu növ nikahda irs hökmü "təxsis" edilmişdir. Habelə ərini qətlə yetirən qadına da irs düşmür. Irs ayəsinin hökmü bu qadın kimiləri barəsində də "təxsis" olunmuşdur.403 Bütün bu hallarla yanaşı mütə nikahının da irs ayəsindən təxsis olunmasının nə eybi vardır? İbn Şəhr Aşub və digər alimlər404 də bu həqiqəti təsdiqləmişlər. O, demişdir:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin