Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«و لیستعفف الذین لا یجدون نکاحا حتی یغنیهم الله من فضله ...»



Yüklə 1,13 Mb.
səhifə82/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   77   78   79   80   81   82   83   84   85
Müvəqqəti nikah (elmi araşdırma)

«و لیستعفف الذین لا یجدون نکاحا حتی یغنیهم الله من فضله ...»
Evlənə bilməyən şəxslər, Allah onları öz fəzl-kərəmi ilə qane (ehtiyacsız) edənə qədər öz iffətlərini saxlamalıdırlar.
Əgər ayədə buyurursa ki, evlənə bilmirsinizsə öz iffətinizi qoruyun, məlum olur ki, evlənməyin hədəflərində biri də iffəti qorumaqdır.
3) Daimi nikahda olan faydaların hamısı müvəqqəti nikahda da vardır. Onların birində iffət və namus qorunursa, o birində də hifz olur. Əgər birinin vasitəsilə zina və nütfələrin qarışmasının qarşısı alınırsa digəri vasitəsilə də qarşısı alınır. Əgər birində nəsil artırsa, o birində də artır. Əgər birində ailə qurulursa, o birində də qurulur.482 "Müvəqqəti evlilikdə nəsil artımı yoxdur"- iddiasının heç bir əsası yoxdur.
Müvəqqəti evliliyin müxalifləri digər bir şübhə də ortaya atmışlar ki, aşağıdakından ibarətdir:
Dördüncü şübhə
Qısa və yarımçıq nikah qadınların hörmətinə ziddir. Çünki bu iş bir növ insanı kirayəyə vermək və ya insan alveridir. Öz vücudunu kişidən aldığı pul qarşılığında ona təslim etmək qadının ləyaqətinə ziddir. Bu halda müvəqqəti nikahı necə caiz bilmək olar.
Cavab:
1) Əgər bu etiraz doğrudursa, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında bu nikahın şəriət tərəfindən qəbul olunması ona yetərli cavabdır. Çünki sadaladıqları bu bəyənilməyən sifətlər xüsusi bir zamana aid deyildir. Heç bir müsəlman mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal olduğunu və müsəlmanların bu nikah növünə əməl etdiklərini inkar etmir. Keçən söhbətlərimizdə də aydın oldu ki, mütə nikahının halallığı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanından sonra Ömərin xilafətinin bir hissəsinə kimi qalmışdı.483
2) Öz iradə və ixtiyarı ilə hər hansı kişiylə müvəqqəti kəbin bağlayan bir qadın kirəyəyə verilən insan deyildir. O, insanın şərafətinə zidd heç bir iş görməmişdir. Əgər kirayəyə verilən insan görmək istəyirsinizsə, əgər qadın köləliyi ilə yaxından tanış olmaq fikriniz varsa, Amerika və Avropaya səfərə çıxın. Kinofilm şirkətlərinə baş çəkin. Onda görərsiniz ki, qadın kirayəsi nə deməkdir. Görərsiniz ki, sözü gedən şirkətlər qadın gözəlliklərini, qadın hərəkətlərini, qadın intim həyatını və qadın cinsi xüsusiyyətlərini necə satışa qoymuşlar. Orada tamaşada aldığınız hər bilet kirayə verilən qadın və qızların kirayə pullarını ödəmək deməkdir. Görün orada bədbəxt qadın pul almaq üçün hansı işlərə boyun əyməli olur. Onlar illərlə təcrübəli və mütəxəssis "insanların" nəzarəti altında insanları təhrik etmək yollarını öyrənir, öz bədən, ruh və şəxsiyyətlərini hansısa bizness şirkətinə satırlar ki, o şirkətin müştərilərinin sayını gündən-günə çoxaltsınlar.484
Bunlar qadın zərifliyini və qadın mənliyini korlayanlardır. Lakin ictimai mühitdə əxlaqsızlığın qarşısını almaq üçün və daimi evlənmək imkanı olmayanlara, əlac kimi müvəqqəti nikahı halal bilən şəxslər belə deyildir.
3) Əgər qadının bir kişidən başqa kişiyə keçməsi çirkin və yasaq olsaydı onda talaq verilmiş qadınla evlənmək və pulla alınmış kənizlə cinsi əlaqəyə girmək də çirkin və yasaq olardı. Bir halda ki, heç bir müsəlman bu işləri qeyri-məqbul bilmir.
Yuxarıdakı cavablar dördüncü şübhəyə cavablarımız idi.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin