Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə14/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   10   11   12   13   14   15   16   17   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

2. Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər
Bu hissədə İslam peyğəmbəri tərəfindən mütənin nəsx edilmədiyini (silinmədiyini və yaxud yasaq olunmadığını) və bu nikahın halallığının o həzrətin vəfatından sonra davam etdiyini göstərən hədislərdən danışmaq istəyirik. Bu hədislərdə mütənin hətta Əbubəkrin xilafəti dövründə və Ömərin xilafətinin bir hissəsində şəriətə uyğun sayıldığı qeyd olunmuşdur.
«عن جابربن عبدالله قال : كنا نستمتع بالقبضة من التمر و الدقيق الايام علي عهد رسول الله  و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث»
Cabir ibn Abdullah dedi: “Biz bir ovuc xurma və ya un müqabilində Allahın rəsulu və Əbubəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”92
«قال عطاء: قدم جابر بن عبدالله معتمراً فجئناه في منزله فسأله القوم عن اشياء ثم ذكروا المتعة فقال: استمتعنا علي عهد رسول الله  ابي بكر و عمر»
Əta nəql edir ki, bir gün Cabir ibn Abdullah ümrədən qayıtmışdı. Biz mənzilinə onu görməyə getdik. Camaat istədiyi sualı verirdi. Sonra mütə barədə soruşdular. O, dedi: “Biz peyğəmbərin, Əbubəkrin və Ömərin dövründə mütə edirdik.”93
«عن عمران بن حصين قال: نزلت آية المتعة في كتاب الله تعالي لم تنزل آية بعدها تنسخها فامرنا بها رسول الله و تمتعنا مع رسول الله و مات و لم ينهنا عنها قال رجل بعد رأيه ماشآء»
İmran ibn Həsin dedi: “Allah kitabında mütə (siğə) ayəsi nazil oldu. Sonradan onu nəsx edən bir ayə nazil olmadı. Belə ki, Allahın peyğəmbəri bizə mütə etmək fərmanı verdi. Biz peyğəmbərlə idik və siğə edirdik. Sonra dünyadan getdi. Və bizi bu işdən çəkindirmədi. Ondan sonra bir kişi öz başına istədiyini etdi.”94
«عن ابي نضرة عن جابر قال: قلت أنّ الزبير ينهي عن المتعة و ابن عباس يأمر بها قال: علي يدي جري الحديث، تمتعنا مع رسول الله و مع ابي بكر...»
Əbi Nəzrə Cabirdən(rəziəllah ənhu) belə nəql edir: Cabirə dedim:
- İbn Zubeyr mütəni qadağan edir, amma İbn Abbas müvəqqəti evlənməyə çağırır.
Dedi:
- Hadisənin necə baş verdiyinə şahidəm. Biz Allahın peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) ilə mütəməttiy olub, (mütə həccini yerinə yetirərək) mütə edirdik. Habelə Əbubəkrlə...95
عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فقال: ما تقول في متعه النساء؟ قال احلها في كتابه و علي لسان نبيه  فهي حلال الي يوم القيامه فقال يا ابا جعفر  مثلك يقول هذا و قد حرمها عمر و نهي عنا؟ قفال عليه السلام و ان كان فعل؟
Zurarə nəql edir ki, Abdullah ibn Umeyr imam Sadiqin(əleyhis-salam) yanına gəlib dedi:
- Mütə haqqında fikriniz nədir?
- Allah-taala kitabı və rəsulu vasitəsi ilə mütəni halal etmişdir. Mütə nikahı qiyamətə qədər halaldır - deyə imam cavab verdi.
- Ey Əba Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?
- Haram etmişdirsə də! - dedi imam.96

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin