Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«عن الامام الرضا عليه السلام : احل رسول الله  المتعة و لم يحرمها حتي قبض»



Yüklə 1,13 Mb.
səhifə15/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   11   12   13   14   15   16   17   18   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«عن الامام الرضا عليه السلام : احل رسول الله  المتعة و لم يحرمها حتي قبض».
İmam Rza(əleyhis-salam) belə buyurdu: “Allahın rəsulu mütəni halal etmiş və ölüm çağınadək onu haram buyurmamışdır.”97


3.Mütənin Ömər tərəfindən haram (təhrim) edildiyini göstərən hədislər
Bəziləri mütənin haram buyrulduğunu peyğəmbərin adına yazmaq istəsələr də hər iki məzhəbin hədis kitablarında mövcud olan hədislər bu gerçəklikləri gizlətməyə və ikinci xəlifə Ömər tərəfindən olan təhrimi (qadağanı) peyğəmbərlə əlaqələndirməyə imkan vermir.
Dini mənbələrdə nəql olunan hədislər açıq-aydın mütə nikahını Ömərin haram etdiyini göstərir. Lakin bəzi insanlar bu qadağanı peyqəmbərlə bağlamaq istəmişlər. Biz bu mövzunu daha ətraflı izah etmək üçün mütənin Ömər tətəfindən qadağan olunduğunu, hətta mütə edənlərə cəza təyin edildiyini göstərən hədisləri qeyd edəcəyik.
Əhli sünnənin adlı-sanlı alimlərindən olan Siyuti və Qirmani “Tarixi xuləfa” və “Əxbarud-duvəl” kitablarında Ömərin “əvvəliyyatı” (kəşf etdiyi ilk işlər) haqqında yazmışlar:
«هو اول من سمّي اميرالمومنين و اول من كتب التاريخ من الهجرة .... اول من سَنَّ قيام شهر رمضان ... و اول من حرم المتعة...»
“O, ilk dəfə "Əmirül-möminin ləqəbi verilən və hicri tarixini qələmə alan şəxsdir. Təravih namazını ramazan ayında birinci dəfə sünnə (bidət) edən də odur. O, ilk adamdır ki, mütəni haram etdi.”98
و عن الحكم قال: قال علي  :« لو لا ان عمر نهي عن المتعة ما زني الا شقىّ»
Həkəm nəql edir ki, Əli (əleyhis-səlam) dedi: “Ömər mütəni qadağan etməsəydi bədbəxtlərdən başqa bir kəs zina etməzdi.”99
« عن عمر انّه قال:«ثلاث كن علي عهد رسول الله  و انا محرمهنّ و معاقب عليهنّ: متعة الحج و متعة النسآء ...»
Nəql olunur ki, Ömər demişdir: “Allahın rəsulunun zamanında üç şey vardi ki, mən onları haram etdim və onlara əməl edənləri cəzalandırdım. O üç şey: Həcc mütəsi, nisa (qadın) mütəsi və azanda “həyyə əla xəyril əməl”cümləsidir.”100

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin