«ان سلمة بن امية بن خلف الجحمي استمتع من سلمي مولاة حكيم بن امية بن الاوقص الأسلمي، فولدت له فجحد ولدها فبلغ لذلك عمر فنهي عن المتعة»
Sələmə ibn Uməyyə ibn Xələf Cuhəmi, Həkim ibn Uməyyə ibn Əvqəs Əsləminin kənizindən bəhrələndi (yəni onu mütə etdi) və kəniz ondan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Hadisə Ömərin qulağına çatanda mütəni qadağan etdi.113
Bu hədislər mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə Ömərin zamanında haram edilməsinə aydın bir sübutdur. Hədislərdə qeyd olunduğu kimi Əli(əleyhis-salam), Cabir ibn Abdullah Ənsari, Ömərin özü, İbn Abbas və başqa böyük səhabələr mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə tərəfindən haram olunduğunu söyləmiş və məhz onun bu peyğəmbər sünnəsinin müqəddəs İslam dinindən silmək istədiyini bəyan etmişlər. O, hədəfinə çatmaq üçün ağır cazalar da təyin etmişdir. Hər bir oxucu bu hədisləri mütaliə etməklə eyni qənaətə gələ bilər.
Mütə nikahı Əhli-beyt görüşlərində Əhli-beyt müqəddəs İslam dininin hamisi və İslam ümmətinin hidayətçisi olduquna görə İslam dinində bidət qoymaq istəyən hər kəslə mübarizə aparıb şəriət gəmisini bu fırtınalı fitnə və bidət dənizindən əmin-amanlıq sahilinə çatdırmağa çalışmışdır. Ona görə də onlar böyük problemlərlə üzləşmiş, sonda şəhadət şərbəti içərək yaradanın görüşünə tələsmişlər.
Əhli-beytin (əlehyimus-səlam) mütə haqqında baxışları olduqca şəffaf və aydındır. Peyğəmbərin vəfatından sonra onun həzrət Əlidən (əleyhis-səlam) tutmuş imam Həsən Əsgəriyə (əleyhis-səlam) kimi Əhli-beyti (əlehyimus-səlam) həmişə mütə nikahının halal olduğunu təkid etmiş və mütə nikahını peyğəmbərin həsənə sünnəsindən saymışlar. Bu indi də belədir və qiyamət gününədək də sünnə olaraq qalaçaqdır.
Bu haqda Əhli-beytdən (əlehyimus-səlam) bizə gəlib çatmış hədisləri üç hissəyə bölmək olar:
Birinci qrup hədislər: Mütə nikahının halallığından və bu hökmün nəsx (ləğv) olmadığınından söz açan hədislər.
Ikinci qrup hədislər: Mütə nikahına əməl etməyin savablığını, onun ilahi rəhmətə və günahların bağışlanmasına səbəb olduğunu çatdıran hədislər.
Üçüncü dəstə hədislər: Mütə qadağasının ikinci xəlifə Ömər tərəfindən həyata keçdiyini açıqlayan hədislər.
Bu mövzuda daha ətraflı məlumat vermək üçün Əhli-beyt (əleyhis-səlam) hədislərinin nəqli və şərhinə başlayırıq.