1. Mütə nikahının halallığından və nəsx olmadığınından söz açan hədislər
«عن ابي بصير قال سالت ابا جعفر عن المتعة فقال نزلت في القرآن: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»
Əbu Bəsirdən nəql olunur ki, dedi: imam Baqirdən (əleyhis-səlam) mütə nikahı haqqında soruşdum. İmam (əleyhis-səlam) buyurdu: “Quranda "fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh"114 ayəsi mütə barəsində nazil olmuşdur.”115
«عن ابي بصير عن ابي جعفر : قال كان يقرأ (فما استمتعتم به منهن الي اجل مسمي)»
Əbu Bəsir İmam Baqirdən (əleyhis-səlam) nəql edir ki, o həzrət həmişə "fəməstəmtətum" ayəsini "ila əcəlin musəmma" cümləsi ilə birlikdə oxuyardı.116
«عن بكربن محمد قال: سالت ابا عبدالله عن المتعة فقال: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»
Nəql olunmuşdur ki, Bukeyr ibn Məhəmməd dedi: İmam Sadiqdən (əleyhis-səlam) mütə haqqında soruşdum. O,:
- "Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh" ayəsi mütə barəsində nazil olmuşdur,”- deyə cavab verdi.117
«قال الصادق : فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة فهذه الآية دليل علي المتعة»
İmam Sadiq(əleyhis-səlam) demişdir: “Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh ayəsi mütə nikahına dəlil və şahiddir.”118
«عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فقال ما تقول في متعة النساء؟ قال احلها في كتابه و علي لسان نبيه فهي حلال الي يوم القيامة فقال يا ابا جعفر مثلك يقول هذا و قد حرمها عمر و نهي عنها؟ فقال و ان كان فعل ! فقال اني اعيذك بالله من ذلك ان تحلّ شيئا حرمه عمر! فقال له انت علي قول صاحبك و انا علي قول رسول الله »
Zurarədən rəvayət olunur ki, dedi: Abdullah ibn Umeyr imam Baqirin(əleyhis-səlam) yanına gəlib:
- Mütə barəsində nəzəriniz nədir?- deyə soruşdu.
İmam(əleyhis-səlam):
- Allah-taala öz kitabında və rəsulunun vasitəsilə mütəni halal etmişdir. Mütə nikahı qiyamət gününədək halaldır, - deyə cavab verdi.
- Ey Əbu Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?
- Hərçənd haram etmişsə də! - dedi imam.
Abdullah ibn Umeyr üzünü imama çevirib dedi:
- Mən sizdən Allaha pənah aparıram. Ömər bir şeyi haram edir və siz isə onu halal!
- Siz öz sahibinizin sözündə qalın, mən də Allahın rəsulunun sözündə,- deyə imam cavab verdi. 119
Dostları ilə paylaş: |