Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


Ömər müvəqqəti nikahı haram etmişdir



Yüklə 1,13 Mb.
səhifə23/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   19   20   21   22   23   24   25   26   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

3. Ömər müvəqqəti nikahı haram etmişdir
Keçən bölmədə iki məzhəbin kitablarından seçdiyimiz hədislərdən məlum oldu ki, mütə nikahının haram edilməsi peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ikinci xəlifə Ömərin zamanında baş vermişdir. Bu arada əhli-sünnə kitablarındakı hədislərə nəzər salaraq onları izah etdik. Əhli-beytdən (əleyhimus-salam) bizə çatmış hədislər də bu rəvayətləri təsdiq edir. Məlum olur ki, Əhli-beytin (əleyhimus-salam) mütə nikahına qadağaya baxışları əhli-sünnə hədislərində deyilənlərlə üst-üstə düşür. Daha artıq məlumat almaq üçün iki hədis qeyd edirik.
«عن محمد بن مسلم عن ابي جعفر قال: قال جابر بن عبدالله عن رسول اللهانهم غزوا معه فاحل لهم المتعة ولم يحرمها وكان علي يقول: لولا ما سبقني ابن الخطاب ما زني الا شقي.»
Məhəmməd ibn Müslim rəvayət edir ki, imam Baqir (əleyhis-səlam) dedi: Cabir ibn Abdullah rəsulullahdan nəql edir ki, onlar Allahın rəsulu ilə birlikdə müharibədə idilər. Rəsulullah mütəni halal etdi və sonradan da haram buyurmadı. Əli (əleyhis-səlam) həmişə deyərdi: “Əgər Ömər ibn Xəttab mütəni haram etməkdə irəli düşməsəydi bədbəxt və amansız insandan savayı heç kəs zinaya yol verməzdi.”124
«ابي عبدالرحمن بن ابي ليلي قال: سألتُ ابا عبداللههل نسخ آية المتعة شئ؟ قال: ولولا نهي عمر عنها ما زني الا شقي.»
Əbi Əbdurrəhman ibn Leyli nəql edir ki, imam Sadiqdən (əleyhis-səlam) soruşdum:
- Mütə nikahı haqqında olan ayəni nəsə (digər bir ayə və ya hədis) ləğv etmişdirmi?
- Əgər Ömər mütə nikahını haram etməsəydi, amansız və bədbəxt adamlardan savayı kimsə zina etməzdi,- deyə imam cavab verdi.125
Əhli-beytdən nəql olunan bu hədislərdən dəyərli və mühüm nöqtələr aydın olur:
Hədislərin bir qismində bəyan olunur ki, Əhli-beyt (əleyhimus-salam) mütə nikahını halal və caiz bilir. Hərçənd bəziləri bu həqiqəti danmağa çalışırlar.
Ikinci qisim hədislər mütənin halal olması ilə yanaşı Əhli-beytin (əleyhimus-salam) nəzərincə, onun savab olduğunu təsdiqləyirlər.
Üçüncü qisim hədislər yuxarıda sözü gedən hədislər kimi aydın şəkildə göstərir ki, mütə nikahını ikinci xəlifə Ömər haram etmişdir. Bu hədislər Əhli-beytin (əleyhimus-salam) mütə haqqında baxışlarının Qurana uyğun və müsbət bir baxış olduğunu aydınlaşdıraraq, onların mütəni haram bildiyini deyən şəxslərin iddiasını rədd edir.


Nəticə
Bu fəslin ilk bölməsində Quranın müvəqqəti nikah haqqında olan ayələrindən danışdıq. Məlum oldu ki, Qurani-kərim müvəqqəti nikaha münasibətini aydın şəkildə qeyd etmişdir. Bu məsələni sübut etmək üçün böyük səhabələrin, tabeinin126 və təfsirçilərin sözlərinə də istinad etdik. Ikinci bölmədə mütənin peyğəmbər sünnəsindəki yerindən söhbət açdıq. Məlum oldu ki, həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) öz həyatında mütə nikahının halal olmasını, həm də onun nəsx olunmamasını bəyan etmişdir.
Habelə mütənin xəlifə Ömərin hakimiyyəti zamanı haram olunması da hədislərdə qeyd olunmuşdur. Sonuncu bölmədə isə Əhli-beytin (əleyhimus-səlam) bu barədə fikirlərini araşdırdıq. Belə ki, Əhli-beyt (əleyhimus-səlam) müvəqqəti nikahı halal saymış, onun nəsx olunmadığını söyləmiş və bu əməlin müstəhəb və savab olduğunu təsdiqləmişlər.
Burada “Əhli-beytin mütə haqqında görüşləri” başlığı altında araşdırmaları sona çatdırırıq. Mövzunun hərtərəfli aydınlaşması üçün səhabə və tabeinin mütə nikahı barədə dediklərini nəzərdən keçiririk.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin