Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə33/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   29   30   31   32   33   34   35   36   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

4. Abdullah ibn Məsud
Abdullah ibn Məsud mütə nikahını halal sayan şəxsiyyətlərdəndir. Iki məzhəbin kitablarından193 bizə çatan hədislər bu həqiqəti nümayiş etdirir. Ona görə də şiə və sünni alimləri Abdullah ibn Məsudun adını - peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) həyatı zamanı və onun vəfatından sonra - mütə nikahını caiz bilənlər sırasında şəkmişlər.
Zərqani "Müvəttə" katabının şərhində yazır:
«بأنّه ثبت الجواز عن جمع من الصحابة كجابر و ابن مسعود و أبي سعيد و معاوية و اسمآء بنت ابي بكر و و ابن عباس و عمرو بن حريث و سلمة و عن جماعة من التابعين ...»
“Mütə nikahının halallığı Cabir ibn Abdullah, Abdullah ibn Məsud, Əbi Səid Xudri, Müaviyə, Əbubəkrin qızı Əsma, İbn Abbas, Əmr ibn Hüreys və Sələmə kimi peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri, habelə bir qrup tabein tərəfindən isbat olnmuşdur.”194
Abdullah ibn Məsudun mütə nikahı ayəsini “ila əcəlin” cümləsi ilə qiraət etməsi bu gerçəyi isbatlayır. Əhli-sünnənin mötəbər kitablarında Abdullah ibn Məsudun bu ayəni “ila əcəlin” cümləsi ilə qiraət etdiyi qeyd olunmuşdur.
Zərqani yazır:
قرأ ابن مسعود فما استمتعتم به منهن- الي اجل.
“İbn Məsud ayəni “ila əcəl” cümləsi ilə qiraət etmişdir.”195
İbn Həcər Əsqəlani yazır:
«ظاهر استشهاد ابن مسعود بهذه الآية (آية المتعة) هنا يشعر بانه كان يري بجواز المتعة»
“İbn Məsudun burada həmin ayəyə (mütə nikahı ayəsinə) istinad etməsi zahirdə onun mütə nikanının halallığına əqidəsi olduğunu göstərir.”196
Bundan əlavə İbn Məsud "يا ايها الذين آمنوا لا تحرموا طيبات ما احل الله لك" -ayəsini oxumaqla mütə nikahını haram bilənlərə anlatmaq istəyirdi ki, bu Allahın halalıdır və Alahın halalını haram etməyin. İbn Məsud haqqında da deyilənlərlə kifayətlənir və onun barəsində mühakimə yürütməyi sizin öhdənizə buraxırıq.
Keçən söhbətlərdə məlum oldu ki, İbn Məsuddan mütə nikahı barəsində bizə çatmış hədislər, həmçinin hər iki məzhəb alimlərinin onun mütəni caiz bilməsi haqqında etirafları onun mütə nikahını caiz və halal bilməsini.
Lakin bəziləri Abdullah ibn Məsudun mütə nikahını halallığına etiqadını şübhə altına almaq üçün o böyük insanın adına yalan hədislər uydurmuşlar. Belə ki, bu yolla İbn Məsuddan mütə nikahının caizliyini isbat edən hədislərin dəyərini ən azı bir miqdar aşağı salsınlar. Biz bu uydurma hədislərin dəyər və etibarını müəyyən etmək üçün onları nəql etdikdən sonra sənəd və mətnlərini təhlil etməyi lazım bilirik.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin