Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«فالانصاف ان مجموع الروايات تدل علي اصرار ابن عباس علي فتواه بالمتعه»



Yüklə 1,13 Mb.
səhifə37/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   33   34   35   36   37   38   39   40   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«فالانصاف ان مجموع الروايات تدل علي اصرار ابن عباس علي فتواه بالمتعه»
“İnsafla deyilsə, bu hədis toplusu göstərir ki, İbn Abbas öz mütə nikahı barədəki fikirlərində israrlı idi.”213
Molla Huveyş yazır:
«ابن عباس يرخص في المتعة و يقول إنّ‌ الآية محكمة و لم يزل بها الي زمن ابن الزبير و لم يثبت أنّه انتهي عن الافتاء بجوازها حينما نهاه علي (كرم الله وجهه)»
“İbn Abbas mütə nikahına icazə verər və deyərdi: “Ayə mühkəm ayələrdəndir.” O, İbn Zübeyrin dövrünə qədər mütə nikahının caizliyinə fitva verərdi. Həzrət Əli (kərrəməllah vəchəh) onu bu işdən çəkindirəndən sonra onun bu fitvadan dönməsi isbat olunmamışdır.”214
Qurtubi yazır:
قال ابو عمر - صاحب الاستيعاب - اصحاب ابن عباس من اهل مكة و اليمن كلهم يرون المتعة حلالاً علي مذهب ابن عباس
“Əbu Ömər – “İstiab” kitabının müəllifi demişdir: “İbn Abbasın Məkkədə və Yəməndəki şagirdlərinin hamısı onun fikirlərinə müvafiq olaraq mütə nikahını halal bilirdilər.”215
İbn Həcər Əsqəlani yazır:
«قال بن بطال: روي اهل مكة واليمن عن ابن عباس اباحة المتعة و روي عنه الرجوع باسانيد ضعيفة و اجازة المتعة عنه اصح»
İbn Bəttal demişdir: “Məkkə və Yəmən əhli nəql etmişlər ki, İbn Abbas mütənin caizliyinə və ya mübah olmasına etiqadı idi. Zəif sənədli hədislər onun bu etiqadından döndüyünü xəbər verirlər. Lakin mütəni caiz bilməsi daha səhihdir.”216
Yuxarıdakı mətləblərə nəzər saldıqda bu sual meydana çıxır ki, əgər İbn Abbas mütə ayəsini nəsx olunmayan ayələrdən bilirsə və mütənin halal olduğunu isbat etmək üçün digərləri ilə mübahisə edirsə, bununla onun mütə barəsindəki nəzəriyyəsi aydın olmurmu?
Əgər İbn Abbasın Əta, Səid ibn Cübeyr, Tavus və onlar kimi başqa şagirdləri mütənin halal olduğunu car çəkmiş və bu işi caiz bilmişlərsə, aydın olmurmu ki, İbn Abbas öz fikirlərindən dönməmiş və ömrünün sonunadək bu nəzəriyyəni qoruyub saxlamışdır.
Əgər İbn Abbas öz fikrindən dönsəydi, şübhəsiz, ilk öncə öz şagirdlərini bundan xəbərdar edərdi. Onlara mütəni haram bilmələrini əmr edərdi. Habelə mütəyə qadağa ilə bağlı fikirlərini müsəlmanlara çatdırardı. Bütün bunlardan məlum olur ki, İbn Abbas öz ideyalarından dönməmişdir. Tanınmış əhli-sünnə alimləri də bu həqiqəti izhar etmişlər.
Indi isə söhbətimizi tamamlamaq üçün İbn Abbasın öz fikrindən döndüyünü deyən şübhələrə cavab verməklə bu haqda istinad olunmuş yalançı hədisləri araşdıracağıq.
Zikr olunan hədislər və əhli-sünnə alimlərinin etirafları İbn Abbasın peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nıkahının halallığı qənaətində olduğunu üzə çıxarır. Lakin bir qrup insan bu həqiqəti rədd etmək və ya ən azı əhəmiyyətsiz qələmə vermək üçün sənəd və mətn cəhətdən zəif və qüsurlu hədislərə əl atmışlar. Ona görə də bu hədislərin yaratdığı şübhələri həll etmək üçün onların mətn və sənədlərinə nəzər salmağı lazım bildik. Bu hədislərin mətn və sənədlərində baş vermiş dəyişikliklər (artırıb-azaltmalar) bizim müzakirə obyektimiz olacaqdır.
«عن موسي بن عبيدة عن محمد بن كعب عن ابن عباس انه قال: انما كانت المتعة في اول الاسلام فكان الرجل يقدم البلدة ليس له بها معرفة فيتزوج المرأة بقدر ما يري انه يقيم فتحفظ له متاعه و تصلح له شأله حتي اذا نزلت الآيه (الا علي ازواجهم او ما ملكت ايمانهم) قال ابن عباس فكل فرج سوي هذين فهو حرام»
Musa ibn Ubeydə Məhəmməd ibn Kəbdən, o da İbn Abbasdan nəql edir ki, belə dedi:
“Mütə İslamın ilk çağlarında şəriət baxımından halal idi. Hər diyardan şəhərə daxil olan bir şəxs orada tanışı olmasaydı, qalacağı müddətdə bir qadınla müvəqqəti evlənərdi. O qadın kişinin mal və pulunu saxlayar, işlərini görərdi. Bu hökm “illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi nazil olana qədər öz qüvvəsində idi.”
Ibn Abbas əlavə etdi: “Bu ayənin hökmünə əsasən, bu iki haldan savayı bütün fərclər (yaxınlıqlar) haramdır.”217
Bu növ hədislərin mətnində olan nöqsanlardan əlavə sənəd baxımındanda zəifdir. Əhli-sünnənin rical kitablarında yazıldığına əsasən, İbn Ubeydə məchul218 və etimad olunmayan birisidir.
İbn Həcər, Bərqi, İbn Qane, İbn Muin, Əli ibn Mədini, Termizi, Nisayi219, Həysəmi220 və İbn Qəttan221 Musa ibn Ubeydəni “zəif” adlandlrmışlar. Əbu Hatəm, Saci, Əhməd ibn Hənbəl222 və İbn Həbbanın223 fikrincə, o, “munkirul-hədis” dir. İbn Həcər224 və Mizzi isə onu “məchul” adlandırmışlar.225
Bərqi demişdir: onun hədislərində zəif nöqtə çoxdur. Ona görə də bəzi alimlər onun hədisini qəbul etməmişlər. Əqili və İbn Muin bu fikirdədilər ki, onun hədisi səhih deyil və ona istinad etmək olmaz.226
Bundan əlavə hədisin sənədində Sufyan ibn Əqəbənin də adı var. Rical alimlərinin dediklərinə görə ona etimad etmək olmaz. Biz bu ravi barəsində söhbət etməyi lazım bilmirik. Lakin hədisin mətni və sənədini araşdırmadan öncə nümunə üçün Yəhya ibn Muinin bu ravi barəsində söylədiklərini sizə təqdim edirik. Yəhya ibn Muin demişdir: “Sufyan ibn Əqəbə məchul və taninmamış bir şəxsiyyətdir.”227
Hədisin mətninin də qüsurluu olduğu isbat etmək üçün digər hədislərdən və əhli-sünnə alimlərinin bir-biri ilə uyğun olmayan sözlərindən istifadə edərək aşağıdakı mətləbləri diqqətinizə çatdırırıq:
1) İbn Abbas Mədinə şəhərinə hicrətdən üç il öncə, Məkkə şəhərində Bəni Haşim vadisində dünyaya gəldi. Yəni Mədinəyə hicrət zamanı onun üç yaşı var idi.228"Muminun"229 və "Məaric"230 surələri də Mədinə şəhərində nazil olmuşdur. Əgər bu iki surənin ibn Abbasın doğum tarixindən sonra nazil olduğunu qəbul etsək, yenə də bu iki hədisi təsdiqləmək qeyri-mümkündür. Çünki bu üç yaşlı uşaq həmin ayənin mütə ayəsini nəsx etdiyini haradan biləcəkdi?! Buna da diqqət etmək lazımdır ki, daim Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə Məkkədə bir yerdə olan səhabələrdən heç birisi belə bir söz danışmamışlar. Bu, hədisi uyduranların nə qədər diqqətsiz və cahil olduqlarını nümayiş edir.
Əhli-sünnənin görkəmli alimləri Abdullah ibn Zübeyrin xilafəti zamanında Abdullah ibn Abbasla Abdullah ibn Zübeyr arasında baş verən mübahisəni öz mötəbər kitablarında nəql etmişlər. Biz onların bəzilərini keçən söhbətlərimizdə qeyd etdik. Burada zehnə gələn sual bundan ibarətdir ki, əgər “illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi Məkkə şəhərində nazil olmuşdursa, necə ola bilər ki, İbn Abbas Məkkədə mütə nikahının təhriminə etiqad bəsləsin amma İbn Zübeyrin xilafəti dövründə onunla mütə nikahının halallığı barədə mübahisə etsin?
2) Keçən müzakirələrdə söylədiyimiz hədislərdə deyilirdi ki, Həzrət Əli (əleyhis-salam) İbn Abbası mütə nikahının halallığına fitva verməkdən çəkindirmişdi. Bu hadisə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra baş vermişdi. Lakin bu hədisdən belə anlamaq olar ki, İbn Abbas mütə nikahını Məkkədə yuxarıdakı ayə nazil olandan sonra haram bilmişdir.
3) Mütə nikahının ayəsi hər iki məzhəbin təfsirçilərinin fikrincə Mədinədə, yuxarıdakı ayə isə Məkkədə nazil olmuşdur. Məkkədə nazil olan bir ayə Mədinə ayəsini necə nəsx edə bilər?!
4) Bu hədis səhih olsaydı, əhli-sünnə alimləri heç vaxt İbn Abbasın adını mütə nikahını - peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra - caiz bilənlərin sırasında çəkməz, ya da İbn Abbasın öz əqidəsindən döndüyündən söz açmazdılar.
Bu ziddiyyətlər arada təhrif əlinin olmasından xəbər verir. Belə hədislərin yalan və ya düz olmasını bilmək üçün çox diqqət etmək lazımdır.
Habelə İbn Abbasın mütə nikahının halallığı haqqındakı fitvasını dəyişdiyini isbat edən yalançı hədislər silsiləsində başqa bir hədis uydurmuşlar. Bu hədisi Beyhəqi, Təbərani, Əzimabadi öz əsərlərində üç yolla (üç növ sənədlə) Səid ibn Cubeyrdən nəql etmişdir. Maraqlıdır ki, sözü gedən hədisin mətnindəki uyğunsuzluqdan əlavə, sənədində də etibarsız fərdlər mövcuddur. Onun mətn və sənədində olan yalanları ifşa etmək üçün bu hədisi nəql edib, sonra hər iki hədisi həm mətn, həm də sənəd baxımından tədqiq və təhlil edəcəyik.
Beyhəqi yazır:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin