«عن معمر عن الزهري قال ازدادت العلماء لها استقباحا حين قال الشاعر يا صاح هل لك في فتيا ابن عباس» Məimərdən, o da Zöhridən nəql edir: “Şairlər “İbn Abbasın fitvası ilə necəsən” şerini qoşandan sonra alimlərin İbn Abbasa tutduqları eyiblərin sayı çoxaldı.”255 Bu hədislərin dəyər və etibarını daha artıq izah etmək üçün aşağıdakı mətləbləri diqqətinizə çatdırmağı lazım bilirik:
1) Beyhəqinin, Əzimabadinin və Təbəraninin nəql etdikləri hədislərdə Səid ibn Cubeyr İbn Abbasdan “bu nə iş idi ki tutdun”- deyə soruşur. Lakin bu gördüyümüz hədisdə Səid ibn Cubeyrin dediklərindən bir şey gözə dəymir.
2) Beyhəqinin hədisində Zöhri Ubeydullahdan nəql edir. Lakin Əbdürrəzzaqın hədisində Ubeydullah adı pozulmuşdur. Məchul olan Məimər Zöhridən nəql edir və Zöhri də hədisi birbaşa nəql edir.
3) Zöhri etibarlı və inanılan bir şəxs deyil. Əhli-sünnə alimlərinn dediklərinə görə bu şəxs Bəni Üməyyənin xidmətçilərindən və dostlarından olmuşdur. O, əhli-beytə qarşı yaxşı münasibət bəsləməmişdir. İmam Zeynülabidinin Zöhriyə yazdığı məktub da bu həqiqəti müydana çaxarır. Inşaallah, Zöhri barəsində gələcək bəhslərimizdə daha ətraflı söz açacağıq.
Əhli-sünnə alimlərinin İbn Abbasın öz fitvasından döndüyünü isbatlamaq üçün istinad etdikləri hədislər barəsindəki söhbətlər burada sona çatır. Böyük Allahın köməyi ilə bu mövzunu bir qədər tədqiq edərək yaranmış şübhələri aradan qaldırdıq.
6. Əbu Səid Xudri Əbu Səid Xudri Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) tanınmış səhabələrindəndir. O, mütə nikahını halal bilirdi. Şiə və sünni məzhəblərinin hədis kitablarına daxil olan hədislərə görə özü mütə edən və peyğəmbərdən sonra mütənin nəsx olunmadığına etiqad bəsləyən şəxslərdən biridir. Ona görə də əhli-sünnə alimləri onun adını mütə nikahını halal bilən insanların sırasında çəkmişlər. Ətraflı məlumat üçün bu hədislərin bəzilərini burada yazırıq:
«عن ابي سعيد الخدري كنا نتمتع علي عهد رسول الله بالثوب» Əbu Səid Xudri demişdir: “Biz peyğəmbər zamanında bir paltar müqabilində mütə nikahı bağlayırdıq.”256