12. Ubey ibn Kəb Ubey ibn Kəb peyğəmbərin məşhur səhabələrindəndir. O, mütəni halal bilmişdir. Bu görkəmli səhabədən mütə ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə birgə oxuduğu nəql olunmuşdur. Bu hədislər bizim dediklərimizi də isbat etməkdədir. Onları şiə və sünni hədis mənbələrində tapmaq mümkündür. Söhbətimizə aydınlıq gətirmək üçün həmin hədislərdən bir neçəsini burada söyləmək məqsədə uyğundur.
«و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير والسدي يقروون فما استمتعتم به منهن الي اجل مسمي» İbn Kəsir yazır:
İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Sudey mütə nikahının ayəsini həmişə “ila əcəlin müsəmma” cümləsi ilə qiraət edərdilər.277 «قال الجمهور: المراد نكاح المتعة الذي كان في صدر الاسلام و قرأ ابن عباس و ابي و ابن جبير فما استمتعتم به منهن الي اجل مسمي» Qurtubi yazır: “Cumhur alimlər demişlər ki, ayədə nəzərdə tutulan mütə nikahıdır. Bu nikah İslamın ilk çağlarında mövcud olmuşdur. İbn Abbas, Ubey ibn Kəb və Səid ibn Cubeyr “fəməstəmtətum bihi minhunnə” ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə qiraət edirmişlər.”278 Cəssas yazır:
«وقد كان ابن عباس يتأوّل قوله تعالي: (فما استمتعتم به ...) علي متعة النساء و روي عنه فيها اقاويل، روي انه كان يتأوّل الآية علي اباحة المتعة و يروي انّ في قراءة ابي بن كعب «فما استمتعتم به منهن الي اجل مسمي» “İbn Abbas həmişə “fəməstəmtətum bihi ...” ayəsini “mütə nikahıdır”- deyə təfsir edirdi. Ondan bu barədə müxtəlif sözlər nəql olunmuşdur. Deyilir ki, o, həmişə ayənin təfsirində mütə nikahının halal olmasını deyərdi. Habelə nəql olunmuşdur ki, Ubey ibn Kəbin qiraətində “ila əcəlin müsəmma” cümləsi gözə dəyir.”279 «عن قتادة قال في قراءة ابي بن كعب فما استمتعتم به منهن الي اجل مسمي» Qutadə demişdir:
“Ubey ibn Kəbin qiraətində “fəməstəmtətum bihi minhunnə” ayəsi “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə qeyd olunmuşdur.”280 Yuxarıdakı rəvayətlər Ubey ibn Kəbin mütə nikahı barəsindəki fikirlərini aydınlaşdırır.