13.Əmr ibn Hüreys Mütə nikahını caiz bilən və ona dəfələrlə əməl edən kəslərdən biri də peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabəsi Əmr ibn Hüreysdir. Bu şəxs mütə nikahına etiqad bəsləməklə yanaşı çox da siğə edərdi. Ona görə də Ömər ibn Xəttab mütəni qadağan etdi. Ömər İbn Hüreysə görə mütənin qarşısını alır və onu yayılmağa qoymurdu. Bu barədə bir neçə hədisə nəzər salaq:
«عن جابر بن عبدالله انه قال كنا نستمتع بالقبضة من التمر والدفيق الايام علي عهد رسول الله و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث» Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Biz bir ovuc xurma və ya unla Allahın rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) və Əbu-bəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”281 «عن ابن جريج قال: اخبر ني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال: فذلك حين نهي عنها عمر» Nəql olunur ki, İbn Cüreyc dedi: “Əbu Zubeyr mənə Cabirdən xəbər verdi ki, o dedi: Əmr ibn Hüreys Kufəyə daxil oldu və orada bir kənizlə mütə nikahı bağladı. Bir müddət sonra o kənizlə Ömərin yanına gəldi. Kəniz mütədən hamilə idi. Ondan soruşuldu və o etiraf etdi.
Dedi: Bu hadisə Ömərin mütə nikahını qadağan etdiyi zamanda baş vermişdir.”282 «عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث» Əbi Səid Xudri və Cabir ibn Abdullah Ənsari nəql edirlər ki, biz Ömərin xilafətinin yarısına kimi mütə nikahı edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”283 «هشام عن ابيه قال: استمتع عمرو بن حريث من بني سعد ابنة بكر فجحدها» Hüşam öz atasından belə: Əmr ibn Hüreys Səd qəbiləsinin qızlarından biri ilə müvəqqəti evləndi. Sonra uşağı inkar etdi.284 Bu gördüyünüz hədisləri Əmr ibn Hüreysin əqidəsini izah etmək üçün qeyd etdik. Deməliyik ki, əhli-sünnə alimləri də bu həqiqəti etiraf etmişlər. Əmr ibn Hüreys mütə nikahını halal bilən şəxsiyyətlərdən biri idi və özü də dəfələrlə bu növ nikah bağlamışdı. Belə ki, Ömər mütə nikahını onun üzündən qadağan etdi.