5. Məqatil ibn Süleyman Əhli-sünnə kitablarında, habelə Məqatil ibn Süleymanın öz təfsirində yazılanlar Məqatilin də digər səhabə və tabein kimi mütə nikahı ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə birgə qiraət və təfsir etməsindən hekayət edir.322 6. Əta ibn Əbi Ribah Əta ibn Əbi Ribah da tabeilərdən biri və mütə nikahını halal edən fərdlərdəndir.323 Onun təfsir və hədislərdən əlimizə gəlib çatanları bu həqiqəti təsdiqləməkdədir. Bundan əlavə din alimləri də Ətanın mütə nikahının halallığına etiqad bəslədiyini söyləmişlər.324 7. Həbib ibn Əbi Sabit Təfsir mənbələrində göstərildiyi kimi Həbib ibn Əbi Səbat mütə nikahı ayəsini İbn Abbas və Ubey ibn Kəbin təfsirinə uyğun olaraq “ila əcəlin müsəmma” cümləsi ilə qiraət və təfsir etmişdir.325 8. Həkəm ibn Uyəynə Həkəm ibn Uyəynədən bizə çatmış hədislər aydınlıqla göstərir ki, o, mütə nikahının caizliyinə inanmışdır. Əks halda bu kimi hədisləri nəql etməz və onlara istinad etməzdi.
Əhli-sünnə və şiələrin görkəmli xadimləri təfsir və hədis kitablarında qeyd etmişlər:
«روی عن الشعبة عن الحکم قال: سألته عن هذه الآیة ( فمااستمتعتم به منهن) امنسوخة هی؟ قال لا قال الحکم: قال علی بن ابی طالب کرم الله وجهه: لولا ان عمر نهی عن المتعة ما زنا الاشقی» Şöbə Həkəm ibn Uyəynədən nəql edir ki, bir gün Həkəm ibn Uyəynədən:
- Bu ayə nəsx olmuşdurmu? – deyə mütə nikahı barəsində soruşdum.
- Xeyr, - deyə Həkəm cavab verdi və davam etdi,- Əli(əleyhis-salam) buyurmuşdur: “Əgər Ömər mütəni qadağan etməsəydi bədbəxt insanlardan başqası zinaya bulaşmazdı”.326 Bu hədisi bir nümunə və dediklərimizin canlı şahidi olaraq zikr etdik.
9. Təlhə ibn Məsrəf Təlhə ibn Məsrəfin də adı mütə nikahının ayəsıni “ila əcəlin müsəmma” cümləsi ilə oxuyan və təfsir edənlərin sırasında çəkilir.327 10. Zəfər ibn Əvs Mədəni Əhli-sünnənin fiqhi328 və digər kitablarında329 yazılmışdır ki, Zəfər ibn Əvs də mütə nikahını caiz bilən kəslərdən olmuşdur.