Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə54/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   50   51   52   53   54   55   56   57   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

11. Tavus Yəmani
İbn Həzmin Əl-Mühəlla kitabında yazdığına görə Tavus da mütə nikahının halal olduğunu əqidə kimi seçmişdir.330


Üçüncü hissə
Tabeinlər tabeini331
1. İbn Cüreyc
Ibn Cüreyc adı ilə məşhur olan Əbdülməlik ibn Əbdüləziz əhli-sünnənin tanınmış fəqihlərindən və “səhiheyn”332in ən etimadlı ravilərindəndir. Bu məşhur fəqih hicri qəməri tarixi ilə 80-cı ildə (amul-cihaf), yəni Məkkəyə, hacıların çoxunun ölümünə səbəb olan dəhşətli və viranedici sel gələn il dünyaya göz açmışdır.333 O, hicri-qəməri tarixilə 150-ci ildə 70 yaşında vəfat etmişdir.334
Ibn Cüreyc on doqquz ilə yaxın İbn Abbasın məşhur tələbələrindən olmuş Əta ibn əbi Ribahın şagirdlərindəndir. Qeyd etmək lazımdır ki, Əta ibn əbi Ribah illərlə İbn Abbasın elmindən bəhrələnmiş və onun nəzəriyyələrinin təsiri altında inkişaf etmişdir. İbn Cüreyc aldığı dərsləri tamamlayandan sonra Məkkədə müxalifsiz bir fəqih kimi şöhrət tapmışdır. Əhli-sünnənin böyük alim və fəqihlərindən olan İbn Cüreyc təriqət rəhbərlərinin açıqladıqlarına görə müqəddəs Məkkə şəhərində mütə nikahını caiz bilən və dəfələrlə buna əməl edən insanlardan olmuşdur.335
Zəhəbi yazır:
Şafeyi demişdir ki, ibn Cüreyc 60 qadınla mütə nikahı bağlamışdır.336
İbn Cərir demişdir: “İbn Cüreyc həmişə mütə nikahının caizliyini təsdiqləmiş və 60 qadınla siğə etmişdir.”337
Zəhəbi də bu məsələni kamil şəkildə təsdiqləmişdir.338
Şiə və əhli-sünnə qaynaqlarındakı faktlara əsasən bu nəticəyə gəlmək olar ki, İbn Cüreyc mütə nikahı məsələsində Əhli-beytin (əleyhimus-səlam) dediklərinin tərəfdarı olmuşdur. Buna görə də İmam Sadiq (əleyhis-səlam) ondan mütə nikahının dəlilini soruşanda o, dərhal imam Baqirdən (əleyhis-səlam) nəql olunmuş hədisə istinad etmiş və demişdir ki, biz bu hədisə əsaslanaraq mütə nikahını halal bilirik.339 Sözü gedən hədisin mətni belədir:
عن اسماعيل بن الفضل الهاشمی قال: سألت ابا عبدالله عليه السلام عن المتعة؟ فقال الق عبدالملک بن جریج فسله عنها فان عنده منها علما فلیقته فأملی علی شیئا کثیرا فی استحلالها و کان فیها روی لی فیها ابن جریج، انه لیس فیها وقت و لا عدد انما هی بمنزلة الاماء یتزوج منهن کم شاء و صاحب الاربع نسوة یتزوج منهن ما شاء بغیر ولی و لا شهود، فاذا انقضی الاجل بانت منه بغیر طلاق و یعطیها الشی الیسر و عدتها حيضتان و ان کانت لا تحیض فخمسه و اربعون یوما قال: فأتیت بالکتاب ابا عبدالله (علیه السلام) فقال صدق و أقربه» 340
Ibn Cüreycin mütə nikahının halallığı barəsindəki fikirlərini digərləri də öz kitablarında qeyd etmişlər. Biz onları açıqlamaqdan vaz keçir və yuxarıda yazdıqlarımız miqdarla kifayətlənirik.341

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin