Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


Beşinci dəlil: "Ədəd" (bir neçə) ayəsi



Yüklə 1,13 Mb.
səhifə69/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   65   66   67   68   69   70   71   72   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Beşinci dəlil: "Ədəd" (bir neçə) ayəsi
Mütə nikahına etiraz edənlər bu nikah növünün nəsx olunduğunu isbat etmək üçün digər bir ayəyə də istinad etmişlər. Həmin ayə "Nisa" surəsinin üçüncü ayəsidir:
«وَ إِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتامى‏ فَانْكِحُوا ما طابَ لَكُمْ مِنَ النِّساءِ مَثْنى‏ وَ ثُلاثَ وَ رُباعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُوا فَواحِدَةً أَوْ ما مَلَكَتْ أَيْمانُكُمْ ذلِكَ أَدْنى‏ أَلاَّ تَعُولُوا»
Əgər yetimlərə (yetim qızlar və ya yetimi olan qadınlarla) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxsanız, onda sizin üçün pak (uyğun) olan iki, üç və ya dördə qədər ayrı qadınlarla nikah edin. Əgər (onlarla da) ədalətlə rəftar edəcəyinizə əmin deyilsinizsə, təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə (evlənməyə kifayət edin)! Bu haqsızlıq etməməyinizə daha yaxındır.”412
Bu şəxslərin dediklərinə görə, yuxarıdakı mübarək ayədə hər kişi üçün dörd qadınla evlənməyə icazə verilmişdir. Bu miqdardan artıq isə Quranın və sünnənin əleyhinədir. lakin mütə nikahında buna icazə verilmişdir. Bu, onu göstərir ki, "Nisa" surəsinin 3-cü ayəsi mütə nikahını nəsx və ləğv etmişdir. Hansı ki, Quranın ziddiyyətli sözlər danışması mümkün deyil.413
Mütə nikahı ayəsinin nəsxi üçün bu ayəyə istinad etmək bir neşə baxımdan qüsurludur:
1) Keçən söhbətlərdə toxunduğumuz kimi daimi nikah və bir neçə zövcə barəsində nazil olan ayə mütə nikahından öncə nazil olmuş. Gördüyümüz kimi, "Nisa" surəsində də həmin ayə bu ayədən öncə yerləşmişdir. Bu halda sonrakı ayə özündən qabaq gələn ayəni necə nəsx edə bilər?!
2) Bütün deyilənləri nəzərə alsaq, sözü gedən ayə “milki yəmini” də (Müharibə əsiri kimi müsəlmanların malik olduqları arvad, kəniz ) nəsx etmişdir. Ona görə ki, bu nikah növündə də dörd qadından artıq qadınla evlənmək caiz sayılmışdır.414
3) Öncə söylədiklərimizə əsasən, bu ayələr mütə nikahı ayəsinin nasixi (Nəsx edəni) deyildir. Belə ki, bu ayələr böyük alimlərin göstərdikləri kimi ümuminin istisnası və ya mütləqin təqyididir (qeydidir) .415
Deyilənlərdən məlum oldu ki, yuxarıdakı ayənin də mütə nikahını nəsx etməsi mümkün deyildir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin