«فالقول بانّ الآیه صادت منسوخه یقتضی نسخ القرآن بخبر الواحد فانّه غیر جائز بالاجماع». "Göstərilən ayənin mənsux (nəsx olunmuış) olduğunu təsdiqləmək, Quran ayələrinin vahid xəbərlər vasitəsilə nəsx olunması məsələsini qəbul etməyi tələb edir. Bu məsələ isə alimlərin vahid rəyinə əsasən qeyri-mümkündür."433 Digər alimlər də bu məsələyə, yəni Quran ayələrinin sünnə tərəfindən nəsx olunmasının qeyri-mümkünlüyünə toxunmuşlar. Lakin biz tam təfsilata varmamaq üçün bununla kifayətlənir və bu sahədəki söhbətlərimizə davam edirik.
Hazırki mövzumuz budur ki, "təhrim" hədislərinin (mütə nikahını haram olduğunu söyləyən hədislərin) hətta mütəvatir belə olsalar, əksər alimlərin fikrincə nasix olma səlahiyyətləri olmadığı təqdirdə necə ola bilər ki, belə hədislər vahid olan halda nasix olma səlahiyyəti əldə etmiş olsun?
Bu halda nəsx iddiaçılarının iki işdən birini seçməkdən savayı yolu qalmır. Ya gərək bu hədislərin mütəvatir olduqlarını isbat etsinlər. Ya da vahid xəbərin nasix olmasının mümkünlüyünü qəbul edərək icmanın müqabilində dayansınsar. Alimlərin "təhrim" hədislərinin mütəvatir olmadığını sübuta yetirmək üçün söylədiklərinə nümunə olaraq aşağıdakıları göstərmək olar:
«لو کان الناسخ موجوداً لکان ذلک الناسخ اما ان یکون معلوماً بالتواتر او بالآحاد. فان کان معلوما بالتواتر کان علی بن ابی طالب (علیه السلام) و عبدالله بن عباس و عمران بن حصین منکرین لما عرف ثبوته من دین محمد (صلی الله علیه و آله و سلم)، و ذلک یوجب تکفیرهم و هو باطل قطعا، و ان کان ثابتا بالاحاد فهذا ایضا باطل لانه لما کان ثبوت اباحه المتعة معلوما بالاجماع و التواتر کان ثبوته معلوما قطعا، فلو نسخناه بخبر الواحد، لزم جعل المظنون رافعا للمقطوع و انه باطل» "Əgər nasix varsa, bu nasix ya təvatürlə əldə edilmişdir, ya da vahid hədislərlə. Əgər təvatürlə ələ gəlmişsə, bu zaman Əli ibn əbu Talib(əleyhissəlam), Abdullah ibn Abbas və İmran ibn Həsin həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) dinində təvatür yolu ilə isbat olunmuş bir şeyi inkar etmişlər. Bu fikir qəti şəkildə yanlışdır. Hətta vahid hədislər yolu ilə sübut olunmuşsa da yanlışdır. Mütə nikahının halallığı icma və təvatür hədislərlə sübut olarsa, deməli onun vücudu qəti və məlum məsələyə çevrilir. Belə ki biz onu vahid xəbər (hədis) vasitəsilə nəsx etsək, bu zaman zənni xəbərlər vasitəsilə qəti xəbərləri aradan qaldırmaq lazım gəlir. Bu da yanlış bir məsələdir."434 Yuxarıdakı dəlillərə əsaslanmaqla aydın olur ki, "təhrim" (mütə nikahının haramlığını çatdıran) hədisləri mütəvatir hesab etmək olmaz. Ona görə ki, bu halda peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin əksəriyyətinin küfrləri üzə çıxır. Vahid hədis olan təqdirdə isə nasix olma səlahiyyəti qalmır. Çünki qəti xəbərlərin zənni xəbərlər vasitəsilə rədd olunması mümkün deyildir.
Bu müqəddimə ilə bəyan oldu ki, mütə nikahını nəsx etmək üçün "təhrim" hədislərinə arxalanmaq yersiz və elmi çərçivədən uzaqdır. Lakin biz bu hədislərin hətta vahid xəbər sırasında olmadığını isbat etmək və bu zəmində yaranan şübhələrə cavab vermək üçün "təhrim" hədislərini nəql etməyi lazım bilirik. Məqsədimiz onların hər birinə ayrı-ayrılıqda cavab verməkdir.