Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«یحیی بن زکریا بن ابی زائدة عن یحیی بن ابی انیسة عن الزهری عن عبدالله بن کعب بن مالک عن ابیه قال: نهی رسول الله (صلی الله علیه و آله و سلم) عن متعه النساء»



Yüklə 1,13 Mb.
səhifə76/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   72   73   74   75   76   77   78   79   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«یحیی بن زکریا بن ابی زائدة عن یحیی بن ابی انیسة عن الزهری عن عبدالله بن کعب بن مالک عن ابیه قال: نهی رسول الله (صلی الله علیه و آله و سلم) عن متعه النساء».
Zəkəriyya ibn əbi Zaidədən... Abdullah ibn Kəbdən və o da babasından nəql edir ki, dedi: "Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) mütəni qadağan etdi".454
Bu hədisin sənədi zəifdir:
1) Hədisin sənəsində Yəhya ibn Əbi Ənisə vardır ki, rical alimləri onu "zəif" adlandırmışlar. Daru Qutni455 və Heysəmi456 onun "zəif" və "mətrukül-hədis" olduğunu demişlər.
2) Bu hədis də "zəif" olan Zöhridən nəql olunmuşdur. Biz keçən söhbətlərimizdə bu şəxs barəsində ətraflı söhbət etmişik.
Qeyd etmək lazımdır ki, sözü gedən hədis vahid xəbər həddində deyildir. Belə ki, mütə nikahını haram etmək üçün buna istinad etmək elmi çərçivədən kənardır.
Dördüncü hədis
Mütə nikahının nəsx və təhriminə etiqad bəsləyənlər bu nikahın haram olunduğu barədə başqa bir hədisi Haris ibn Qəziyyənin vasitəsilə peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etmişlər. Hədisdə deyilənlərə görə həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müqəddəs Məkkə şəhərində üç dəfə "haramdır" -deməklə mütə nikahını haram elan etmişdir. Rəvayət belədir:
«یحیی بن حمزه عن اسحاق بن عبدالله انّ عبدالله بن رافع اخبره عن الحارث بن غزیة قال: سمعت النبی ص یوم فتح مکه یقول متعة النساء حرام ثلاث مرات»
Yəhya ibn Həmzədən... Haris ibn Qəziyyədən, dedi: "Mən Məkkənin fəthində peyğəmbərdən eşitdim ki, dedi: "Mütə nikahı haramdır". Sonra bu sözləri üç dəfə təkrar etdi."457
Bu hədis də bir neçə cəhətdən nöqsanlıdır:
1) Hədisin sənədində İshaq ibn Abdullahın adı gözə dəyir. Rical alimlərinin yekdil rəyinə əsasən bu şəxs "zəif"dir.
Heysəmi, İbn Ammar, Bəzar, İbn Carud, Əqili, Saci, Əbu Hatəm demişlər: "O, zəifdir." Əmr ibn Əli, Əbu Zəriə, Əbu Hatəm, Nisai, Bərqani, Buxari və Daru Qutni bu fikirdə olmuşlar ki, onun hədislərini kənara qoymaq lazımdır. Çünki o "mətrukul-hədis"dir. Dövri demişdir ki, o "siqə" (düz danışan, etibarlı) deyil, yalançıdır. Əhməd ibn Hənbəl demişdir: "Ondan hədis nəql etmək mənim zənnimcə qətiyyən düzgün deyildir."458
2) Mütə nikahının haram olunduğu məkanı göstərən hədislər müxtəlifdir. Onların arasındakı fərq çox böyükdür. Belə ki, onlardan biri bu hədisin vida həcci, digəri Xeybər, başqa birisi Əvtas... və bu hədis isə Məkkənin fəthində deyildiyini göstərmişdir. Beləliklə, verilmiş hədislər arasında mövcud olan bu kimi fərqlərlə yanaşı, onların sənədlərinin zəifliklərini nəzərə alsaq, mütə nikahının nəsx və təhrimi üçün onlara istinad etmək ağlabatan və məntiqli olmaz.
Bu araşdırmalarla aydın oldu ki, verilmiş hədislər də təhrim və nəsx tərəfdarlarının iddia etdikləri gücə malik deyil.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin