Ikici fəsil
Mütə nikahı Quranda
"Nisa" surəsinin 24-cü ayəsi və onun mənası:
وَ الْمُحْصَناتُ مِنَ النِّساءِ إِلاَّ ما مَلَكَتْ أَيْمانُكُمْ كِتابَ اللَّهِ عَلَيْكُمْ وَ أُحِلَّ لَكُمْ ما وَراءَ ذلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوالِكُمْ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَريضَةً وَ لا جُناحَ عَلَيْكُمْ فيما تَراضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَريضَةِ إِنَّ اللَّهَ كانَ عَليماً حَكيما
"Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar da sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir."
Ayənin qısa şərhi
Həmin surənin 23-cü ayəsində Allah-taala ana, bacı, qız övlad və başqa bir qrup insanla evlənməyi haram etmişdir. Surənin 24-cü ayəsinin davamında növbəti bir tərəflə evlənmək haram sayılmışdır. Hazırda ayənin təfsirindən xülasə şəklində söz açmaq istəyirik. “Muhsinatu minən-nisa” - dedikdə əri olan qadınlar nəzərdə tutulur. Bu cümlə sözü gedən surənin 23-cü ayəsindəki “Ummuhatikum”75 sözünə bağlıdır.76
Sonra hikmət sahibi olan Allah bir halı istisna edir. Bunlar müsəlmanlarla müharibə zamanı onların əlinə keçən ərli qadınlardır. Ayənin hökmünə əsasən istibradan (paklanandan) sonra onlarla evlənmək caizdir.77
(الا ما ملكت ايمانكم).
“Kitabullah ələykum” o deməkdir ki, Allah-taala bu hökmləri sizə vacib etmişdir. “Kitabullah” feli verilməyən məfuli-mütləqdir (xüsusi növ tamamlıqdır). Bu cümlə əslində belədir:
Dostları ilə paylaş: |