Nəqliyyat - İştirakçılar üçün xüsusi ayrılmış rahat və kondisionerli avtobuslar təşkil olunacaq.
Mədəni və idman tədbirləri (seçim əsasında)
“Da Vinçi kodu” məntiqli-intellektual komanda oyunu, geyim karnavalı «Kitch-party», breyn-rinq, mafiya gecəsi, voleybol çempionatı və əlbəttə ki, hər gün DİSKOTEKA.
Təlim tədbirləri
-Karyeranın planlaşdırılması (Career Planning skills)
Seminarın əsas məqsədi – şəxsi karyeranın planlaşdırılması yolunda tələb olunan bilik və bacarıqların aşılanmasıdır. Seminar öz mövcud zəif və güclü tərəflərinizin dəqiq müəyyən olunmasını, həyat məqsəd və prioritetlərinizin effektiv təyin olunmasını, eləcə də düşünülmüş karyeranızın inkişaf yolunun və əldə olunmasının peşəkar formada planlaşdırılmasını nəzərdə tutur. “Kadr bazarını düzgün proqnozlaşdırmaq”, “ixtisasın perspektivlərini düzgün seçmək”, “İnkişaf xəritəsini çəkmək” bu və digər anlayışlarla iştirakçılar tanış olacaqlar.
-CV tərtibatı (CV writing skills)
Seminarın əsas məqsədi effektiv CV yazılması haqda baza biliklərin və alətlərinin öyrənilməsidir. Seminar iştirakçıları Azərbaycan şəraitində rezyumlarin yazılması qaydalarını, CV-lərin necə yadda qalması üçün ne etməkləri ilə tanış olacaqlar və həmçinin CV-lərdə hansı məlumatlarin qeyd edilməsinin daha vacib olması haqda məsləhətlər alacaqlar.
-İşin axtarılması (Job searching skills)
Seminarın əsas məqsədi Azərbaycan şəraitində iş axtarılmasının baza məlumatları və alətlərinin öyrənilməsidir. “ Kadr bazarını necə izləməli?”, “CV əsasında iş axtarmaq səmərəlidirmi?”, İş axtarmaq üçün nə qədər müddət lazımdır?”, “ İş axtarılmasının hansı strategiyaları var?”- seminar iştirakçıları bu və ya digər suallara cavab tapacaq .
-İş müsahibəsi keçməsi (Interviewing skills)
Seminarın əsas məqsədi işə seçmə zamanı müsahibədən keçmək üçün baza biliklərin və alətlərin öyrənilməsidir. “Nə dərəcədə 20 dəq ərzində öz gələcək karyeranı təyin etmək olar?”, “müsahibə zamanı nəyi soruşmaq və cavab vermək olar?”, “niyə müsahibnə vaxtı standart suallar soruşulur?”, “hansı suallar müsahibə zamanı soruşulur və hansı suallara cavab tapmaq çətindi?”- iştirakçılar bu kimi suallara cavab tapacaqlar.
-Karyera inkişafı (Career Development skills)
Təlimin əsas məqsədi karyera inkişafı haqda baza suallar və alətlər, karyera pillələrində necə irəlilələmək olar,“hansı hallarda və necə işi dəyişmək olar”, “real şəraitdə öz zəif tərəflərini qiymətləndirmədən niyə karyeralarında irəliləmək istəyirlər”, “peşəkar və karyera inkişafı arasında necə fərqlər var”.
M
əktəbin baş eksperti
Şahin Seyidzadə - Azərbaycan və xaricdə 10 ildən artıq idarəetmə və təlim keçmək təcrübəsinə malikdir. Azərbaycan və 16 dünya ölkəsində (Böyük Britaniya, ABŞ, İzrail, Polşa, Rusiya, Ukrayna, Slovenya, Slovakiya, Venqriya, Estoniya və s.) 60-dan çox təlimdə iştirak etmiş və 200 artıq təlimin aparıcısı olmuşdur. Bir çox maarifləndirici layihələrin (Natiqlik Məktəbi, Karyera Məktəbi, Gənclər üçün Yay məktəbi, İnsan Resursların İdarəetmısi üzrə Məktəbi) rəhbəridir.
İlk təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetində almışdır. Bakalavr və magistr dərəcələrin alıb, “Təhsil sisteminin idarə edilməsi” üzrə RF Xalq Təsərrüfatı Akademiyası nəznində İctimai və İqtisadi biliklər üzrə Moskva ali məktəbində 2 illik ixtisas artırma kurslarında davam etmişdir. Təlim xidmətini idarə etmək sahəsində Mançester Universitetinin magistr dərəcəsinə, həmçinin Azərbaycan Dövlət İqtisadiyat Universitetinin magistr dərəcəsinə malikdir.
Hal-hazırda Azərbaycan Dövlət İqtisadiyat Universitetində “İnsan Resursları”, “Idarəetmə” və “Təşkilatı davranış fənnləri” üzrə müəllim, biznes təlimləri üzrə təlimçi, Təlim texnologiyası (ToT) və İnsan Resursların idarəetməsi üzrə təlimçi-konsultandır.
Qiymət: ödənişsizdir
Məktəbin təşkilatçıları
Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi









Azərbaycan, Bakı şəh., Cəfər Cabbarli küç. 44, Caspian Plaza 2, mərtəbə 16
Dostları ilə paylaş: