Мялумашландырыъы мяктуб



Yüklə 25,53 Kb.
tarix22.10.2017
ölçüsü25,53 Kb.
#9360






PROQRAMIN TƏSVİRİ
(Proqramın təsviri təlim iştirakçıları, təlimçiləri və təşkilatçılarına

onun təşkili və keçirilməsi haqqında lazımi məlumatları çatdırmaq məqsədini daşıyır)


Proqramın qısa təsviri:

Hər il 20 mindən çox tələbə ölkənin ali təhsil müəssisələrini bitirib universitetdə alınmış bilikləri peşəkar sahədə tətbiq etmək imkanı əldə edir. Universiteti bitirənlərin bir hissəsi artıq o vaxt üçün iş təcrübəsi almış olurlar. Bir çox halda bu təcrübə ixtisasla bağlı olmur. Buna görə artıq universitet dövründən tələbələr belə bir vəzifəylə qarşılaşırlar –“Öz karyeramı necə qurmalıyam?”.Baxmayaraq ki, ali təhsil müəssisələrində ilbəil təhsilin keyfiyyəti artır, karyeranın inkişaf etdirilməsi üzrə bacarıqların təlqin edilməsi və tədrisin yoxluğu vəziyyəti dəyişilməz olaraq qalır. Nəticədə ölkənin işsiz əhalisinin 60%-ni hətta aldıqları nəzəri bilikləri hələ təcrübədə tətbiq etmək imkanı əldə etmədən öz ixtisası üzrə çalışmayan gənclər təşkil edir. Bununla əlaqədar Karyera Məktəbi çərçivəsində “Uğurli Karyera uğrunda” təlimləri təşkil olunur.


Müddət- 17-18 iyul 2010

Ərizənin qəbul edilmə tarixi – 9 iyul 2010-cu ilə kimi




Təlimin işçi dili - Azərbaycan dili



Əlaqə - Nərmin Əhmədli, Koordinator, +99412 497 08 45/46, +99450 390 30 73, n.ahmadli@forcareer.az, www.forcareer.az

Təlimin məqsədi

Təlimə daxildir– şəxsi karyeranın planlaşdırılması yolunda tələb olunan bilik və bacarıqların aşılanmasını, öz mövcud zəif və güclü tərəflərinizin dəqiq müəyyən olunmasını, həyat məqsəd və prioritetlərinizin effektiv təyin olunmasını, eləcə də düşünülmüş karyeranızın inkişaf yolunun və əldə olunmasının peşəkar formada planlaşdırılmasıdır. baza biliklərin və alətlərinin öyrənilməsidir. Azərbaycan şəraitində iş axtarılmasının, effektiv CV yazılması yolları, işə seçmə zamanı müsahibədən keçmək üçün baza biliklərin və alətlərin öyrənilməsi təsdris olunacaq. Karyera inkişafı haqda baza suallar və alətlər, karyera pillələrində necə irəlilələmək olar,“hansı hallarda və necə işi dəyişmək olar”, “real şəraitdə öz zəif tərəflərini qiymətləndirmədən niyə karyeralarında irəliləmək istiyirlər”, “peşəkar və karyera inkişafı arasında necə fərqlər var”.“Kadr bazarını düzgün proqnozlaşdırmaq”,“ixtisasın perspektivlərini düzgün seçmək”, “İnkişaf xəritəsini çəkmək” bu və digər anlayışlarla iştirakçılar tanış olacaqlar.



Təlimçi

Şahin Seyidzadə - Azərbaycan və xaricdə 10 ildən artıq idarəetmə və təlim keçmək təcrübəsinə malikdir. Azərbaycan və 16 dünya ölkəsində (Böyük Britaniya, ABŞ, İzrail, Polşa, Rusiya, Ukrayna, Slovenya, Slovakiya, Venqriya, Estoniya və s.) 60-dan çox təlimdə iştirak etmiş və 200 artıq təlimin aparıcısı olmuşdur. Bir çox maarifləndirici layihələrin (Natiqlik Məktəbi, Karyera Məktəbi, Gənclər üçün Yay məktəbi, İnsan Resursların İdarəetmısi üzrə Məktəbi) rəhbəridir.

İlk təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetində almışdır. Bakalavr və magistr dərəcələrin alıb, “Təhsil sisteminin idarə edilməsi” üzrə RF Xalq Təsərrüfatı Akademiyası nəznində İctimai və İqtisadi biliklər üzrə Moskva ali məktəbində 2 illik ixtisas artırma kurslarında davam etmişdir. Təlim xidmətini idarə etmək sahəsində Mançester Universitetinin magistr dərəcəsinə, həmçinin Azərbaycan Dövlət İqtisadiyat Universitetinin magistr dərəcəsinə malikdir.

Hal-hazırda Azərbaycan Dövlət İqtisadiyat Universitetində “İnsan Resursları”, “Idarəetmə” və “Təşkilatı davranış fənnləri” üzrə müəllim, biznes təlimləri üzrə təlimçi, Təlim texnologiyası (ToT) və İnsan Resursların idarəetməsi üzrə təlimçi-konsultandır.


Qiymət





Şirkətin Müraciəti əsasında

Fərdin müraciəti əsasında

Tələbənin müraciəti əsasında

Vətəndaş Cəmiyyətinə Debat” İB-nin üzvlərinə

Son Qeydiyyat (2 iyul 2010)


145 AZN

135 AZN

125 AZN

110 AZN

















Qiymətə daxildir:

  • 2 dəfə çay fasiləsi

  • Təlim paketi (CD və çap formatında)

  • Foto qaleriya (CD formatında)

  • Sertifikat

  • Yay Gənclər Karyera Məktəbində iştirak imkanı


Təlimin təşkilatçıları:

Grow Center və “Vətəndaş Cəmiyyətinə Debat” İB







Tələbələrə və “Vətəndaş Cəmiyyətinə Debat” İB-nin üzvlərinə scholarship (güzəşt) imkanları verilə bilər.




Azərbaycan, Bakı şəh., Cəfər Cabbarli küç. 44, Caspian Plaza 2, mərtəbə 16



Yüklə 25,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin