Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə11/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   7   8   9   10   11   12   13   14   ...   57
İnsanın ürəyində əbədiyyətin

Toxumu var – həqiqət hissi deyildir.

Əsrlər axınını, ənginlikləri

İnsan ancaq onunla qavraya bilir.2
Qəlbinin səsi yağışın pıçıltısına qarışan Ülvi isə belə deyir:
Ürəyinə bir xoş duyğu,

Bir naməlum

hiss çiləyən yağışı.



Ancaq onu bilirəm ki,



Bu səs

mənim ciyərimə

təzə nəfəs gətirir.

Ürəyimə sirli həvəs gətirir.1
Bura yeganə məkandır ki, insan orada azad və ilahi aləm­­lə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çı­xış­dır. Bu­ra Şel­linqin yazdığı kimi, «… bizim mülkümüzdür, bizim var­lığımızdır – bu, həm də əbədiyyətin insana bö­yük güzəşti, ona inamıdır».2

Mən – real və idealın, məhdud və sonsuzluğun qar­şı­­laş­dı­ğı, çarpışdığı bir məkana dönür. Gənc öz güc­süz­lü­yünü, aciz­liyini gör­məklə yanaşı, ruhunun sonsuz bir qüv­və, tü­kən­məz bir mənbə­dən qaynaqlandığını da hiss edir. Eyni za­mann­da, mən – bir andır, məh­dud bədəndə ilahi başlanğıcın ara-sı­ra özünü büruzə verdiyi an. Kyer­keqor bu anı belə təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və əbədiyyət bir-birinə toxunur və bu­nunla da mü­vəqqətilik anlamı yaranır ki, burada zaman dönə-dönə əbə­diyyəti ayırır, əbədiyyət isə dö­nə-dönə z­a­ma­na nüfuz edir, içindən keçir».3 Bu anın ver­dik­ləri gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şək­lində or­taya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın in­san hə­yatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:


İnsan ömrü –

dəqiqələr, saniyələr…

Bu anların biri boşsa,

İnsan ömrü

bu boşluqdan,

soyuq çəkər.1
Bu anın sehridir ki, ona bənd olan gənc bir daha on­­dan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir ca­vab­­dehlik yaradır – gənc özündə bəşəriyyəti xilas edə b­i­lə­cək bir güc, yenilik gətirə bi­ləcək bir əzm hiss edir.

İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla əla­qə im­kanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə gənc ax­ta­rı­şa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bi­lən bir şeyin axtarışına. Bu, naməlum, so­nu görünməyən bir ax­tarışdır və ilk addımını atan gənc əvvəlcə qarşıda duran bu yo­lun uzun­lu­ğundan qorxur. Ülvi yazır:



Yollara baxıram gözüm qaralır,

Görəsən hayana gedir bu yollar?

Vallah, qınamayın, sona çatınca

Ayağı demirəm, ürək yorular.

Hayanadı bu yollar?2
Lakin axtarış toxumu gəncin qəlbinə düşəndən cü­cər­­mə­yə başlayır və onun rahatlığını əlindən alır. Bu sə­bəb­dəndir ki, Şi­ha­bəddin Sührəvərdi 37 yaşına kimi yaz­dı­ğı 52 əsərində döv­­rü­nün az qala bütün fəlsəfi cə­rə­yan­la­rı­na toxunur, hər biri haq­qında öz fik­rini bildirməyə ça­lı­şıb. Şellinq 37 yaşına kimi yara­dıcılığında artıq üç mər­hə­lə keçir. Bu axtarışlar idi ki, Bay­ronu, Müşfiqi rahat yat­ma­­ğa qoymur, Lermontovu bu söz­ləri deməyə məcbur edir:
Vaxtdır, qoy şəfəqlər rişxənd edərək

Sükut dumanını qovsun, zamandır.

Dərdsiz şair ömrü, de, nəyə gərək?

Tufansız okean nə okeandır?1
Müş­fiq də içindəki sakitlikdə dənizdə tufandan ön­cə­ki əla­məti hiss edir:
Fikrim qasırğalı dəryalar kimi

İstənilən qədər dalğalanmamış,

Könlüm uzaq gedən xülyalar kimi

İncə buludlarla çulğalanmamış.2
Bu elə bir axtarış odudur ki, gəncin bütün anlarını dol­du­rur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin