Мяним йухуларымда мяня дедикляринин анламы нядир


Yol Xatirəsi mənim üçün daim əziz olan, həyatın xaosundan mənə ilk yol göstərən müəllimim – Seyfullah



Yüklə 1,96 Mb.
səhifə26/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   22   23   24   25   26   27   28   29   ...   57
Yol
Xatirəsi mənim üçün daim əziz olan, həyatın xaosundan mənə ilk yol göstərən müəllimim – Seyfullah SEVİMƏ.
Həyat bir yoldur. Doğulandan düzəlirsən bu yola və Aşıq Veysəl demiş, gecə-gündüz gedirsən. Başlanğıc bəlli, son bəlli. Amma bu iki bəlli nöqtənin arası fərqli, mü­əm­ma­lı, enişli-yoxuşlu olur.

Ustadlarımdan birindən kiçik bir hekayə din­lə­miş­dim və yol haqqında bu həqiqət açılmışdı mənə.

Hər kəs dağın zirvəsinə qalxmağa çalışır. Bu yolda baş­­lıca şərt bələdçidir. Bələdçisiz qalxanda çox çətin, hət­ta qorxulu olur. Adam aza bilər, qayadan uça bilər, vəhşi hey­­vanlara tuş gələ bilər. Bəlkə də sən özbaşına, hansı isə üsullar tapıb məqsədə çata bilərsən, lakin bu, o qə­dər əzablı və çətin olur ki, yolun sonuna çatanda sənin nə öz məqsədindən faydalanmağa gücün çatır, nə də bir baş­qasına özündən sonra bələdçilik etməyə həvəsin. Halbuki bu yolu sona vurmağın əsas ləzzəti də məhz bu ikisidir.

O boyda dağa qalxmaq üçün kifayət qədər savad­la­nan, özündə əzm, iradə toplayan bir insanın dinməz-söy­ləməz bir başqasına tabe olması, onun dediyi ilə oturub-dur­ması, tənbehlərinə dözməsi çox ağırdır. Bu səbəbdən yo­lu sona vurmaq üçün digər şərt sənin fərasətin, təva­zö­kar­lığın, iradən, söz dinləmək, gördüklərindən, yaşadıq­la­rın­dan ibrət götürə bilmək bacarığındır. Yolun sağ-sala­mat keçilməsi və sona varılması üçün bunlar çox əhə­miy­yətlidir.

Bələdçinin vicdanlı, dinli-imanlı, təcrübəli olması da bu yolun keçilməsində əsas şərtdir. Bələdçilər çoxdur. Niy­­­yətlər müxtəlifdir. Sənə lazım olan niyyəti sənin (!) niy­­yətinlə üst-üstə düşən, zamanında sənin gücünü düz­gün dəyərləndirib sənin keçə biləcəyin yolu seçə bilən bir bələdçidir.

Ən qorxulu hal bələdçinin səni mənzil başına çat­dı­ran­dan sonra səni buraxmamasıdır! Hər bələdçi yalnız öz sa­hə­sini tanıyır. Əlbəttə, bütün yolu tanıyan bələdçi də tap­­maq mümkündür. Lakin bu, Allahın elə bir nadir lüt­fü­dür ki, hər adama qismət olmur. Öz sahəsinin sonuna gə­lən­dən sonra bələdçi özü kimi səni də inandırmağa ça­lı­şır ki, bu, bütöv yolun sonudur. Burdan o tərəfə keçsən qa­­ya­dan uçacan, məhv olacan və s. İndiyə qədər inan­dı­ğın bir bələdçiyə inanmamaq çox çətindir, hətta mümkün deyil.

Hər üç şərti tamamlayan isə səni bütün yol boyu iz­ləyən içindəki Bələdçindir – Allah. Ona olan imanın və inamın sənin yanında olan müddətdə sən həm düzgün bə­lədçi seçə bilərsən, həm missiyan naminə Ustadın hör­mə­ti qarşısında qürurunu sındıra bilərsən, həm yolun hər əziy­yətinə dözərsən, onu başa vura bilərsən, həm də gü­cün qalar ki, başqalarına bələdçilik edəsən.

Bunları mənə öyrədən Ustadım vaxtı çatanda məni ra­hatca, sevə-sevə buraxdı, yolumun qalanında uğur di­lə­di. Başqalarını da bu yerə gətirmək üçün özü geri qayıtdı. İn­­dən sonra onunla qala bilməyəcəyimi bilirdi, çətin də ol­­sa bununla barışdı. Çünki Ustad idi. Öz işini gözəl bi­lən, qəlbi Allahın nuru və lütfü ilə güzgü qədər ci­la­lan­dı­­ğına görə İnsanı, onun istedadını, həyatdakı mis­si­­yasını aydınca əks etdirən və anladan Ustad.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin