Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə28/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   24   25   26   27   28   29   30   31   ...   57
Kamillik
Kamillik bütöv və sadə bir fenomendir. Yəni o, elə bir tamamlanmış, bitkin, müəyyən keyfiyyətlərə malik bir məf­­humdur ki, onun kiçik və əhəmiyyətsiz görünə bilən bir xüsusiyyətinin olmaması artıq bütöv kamilliyin pozul­ma­sı deməkdir.

Kamillik – vəhdətdir, ayrı-ayrı xüsusiyyətlərin üzvi şə­kildə birləşdiyi bir vəhdət. O bölünməzdir. Onu his­sə­­lərə bölmək və hissələr vasitəsilə dərk etməyə çalışmaq ka­milliyin dərki yox, ayrıca keyfiyyətlərin dərki sayıla bi­lər ki, bu xüsusiyyətlər də fərqli bir şəraitdə və fərqli bir şe­yin tərkibində kamillikdən çox uzaq ola bilər. Və ya eyni xü­susiyyətlər fərqli şəraitlərdə kamilliyə apardığı kimi, na­qisliyə də apara bilər.

Kamillik – harmoniyadır, vəhdətdə olan hissələrin ara­­­­sında harmoniyadır. Bir daş bacarıqlı ustanın əlində gö­zəl bir sarayın bir hissəsi, naşı ustanın əlində evi təh­lü­kə qarşısında qoya bilən artıq bir detal ola bildiyi kimi. Ka­millik nə daş deyil, nə usta, nə də sarayın layihəsi. Ka­mil­­lik hazır evdir. Burada hər şey vacibdir: həm düzgün se­­çilmiş sağlam daşlar, həm bacarıqlı usta əli, həm gözəl la­­yihə, həm bu layihəyə uyğun məkan, …həm də onun sa­kinləri.

Kamilliyin hissələri onun tamının daşıdığı mahiyyəti da­şımadığına görə, onun ayrı-ayrı hissələrinə malik ol­maq kamil olmaq deyil. Hər hissənin öz mahiyyəti var, la­kin bu mahiyyət bütövün tərkibində dəyişir. Başqa sözlə desək, təklərin mahiyyəti tamın mahiyyətində əriyir.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin