Bu SƏNƏ baxanda necə də yadsan!
Adam SƏNdən üz döndərib bu binanı tərk etmək istəyir!
«Bədənlə çəpərlənən», «aşağıdan bədənə, yuxarıdan ruha bağlı» (Əbu Turxan) bir nəfsinin olduğunu bilirsən. Ruhunun verdiyi nurun cazibəsini bilsən də, nəfsini ruhunun itaətinə vermirsən. Bədəninin qaranlıqdan kənara çıxa bilmədiyini dərk etdiyinə görə, nəfsini ondan da uzaqda saxlayırsan. Nəfsin varlığı belə yaddan çıxır! Sən: «bu binanın sakiniyəm», – deyib çiyinlərindəki yükü daşıyırsan, ruhunu dinləməyə vaxtın qalmır. Bir də bu binada ruhun dedikləri keçərli deyil ki! Bu binaya lazımlı olmaq istəyirsənsə, ruhunun gözünü bağlayıb, dilini lal eləməlisən.
Dostları ilə paylaş: |