Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə39/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   35   36   37   38   39   40   41   42   ...   57
Simurq quşu
Uşaqlıqda oxuduğum nağıllarda ən çox xoşuma gə­lən Simurq quşu olurdu. Qəhrəmanları bəlalardan xilas edən, uzaq yolları yorulmadan qət edən. Ən maraqlısı isə onun yanıb kül olması və sonra öz külündən doğulması idi. Alışıb öz oduna yanmaq, sonra yenə öz külündən ya­ran­maq! Nağıllar həyatda baş verənlərmiş, sən demə! Am­­ma bir fərqlə: nağılları qoşanlar həyatın acığına son­lu­ğu öz ürəkləri istədikləri kimi verirdilər. Yazıq uşaq bu­nu hardan bilsin! Elə bilir o da dara düşəndə qara qoçla ağ qoç gələcək. Elə bilir, qaranlığa düşsə belə Simurq qu­şu özü­nü yetirəcək, o da 40 tuluq su, 40 tikə ətlə uçub qo­na­­caq şahlıq taxtına.

Bəli, nağıllar həyatın bir anı, bir məqamıdır. İnsan do­­ğulur, böyüyür, arzular yaranır, planlar qurulur… Nə isə alınmayanda, məhv olanda, insan əvvəl bir ruh düş­kün­­lüyünə düşür, həyatdan küsür. Sonra yavaş-yavaş için­­­də bir enerji, qüvvə tapır, yeni arzular, yeni planlar… ye­ni bir insan doğulur. Lap Simurq kimi. Amma gün gəlir in­­sanın ruhu yorulur – məhv olub doğulmaqdan, yarım­çıq arzuları dəfn eləməkdən. Ruh elə yorulur ki, artıq nə sön­müş ocağın kənarından çəkilə bilir, nə də yenidən qa­lan­mağa, alışıb yanmağa içində bir həvəs, bir güc tapır. Məc­bur olur külün soyuğunu dünyanın ən isti, ən gur ya­nan ocağı sansın.



Seçim
Allah insana seçim verdi. Allah insana düzgün se­çim etmək üçün ağıl verdi. Allah ağılın seçdiyini həyata ke­çirtmək üçün iradə verdi.

Bunlar insanın varlığında, mahiyyətindədir.

Seçim xeyir və şər, yalan və doğru, əyri və düz ara­sında olmalı, haramdan qurtarıb halala aparmalıdır.

Dünya get-gedə cırlaşır. Bəlkə də dünya elə həmin dün­­yadır, cırlaşan insanlardır. İnsanın seçim meyarları də­yişib.

Əvvəllər gözlər gözəl və kifir arasında müqayisə apa­­ra bilir, gözəli dəyərləndirə bilirdi. İndi gözəllik ço­xal­mış çirkinliklərin kölgəsində itib-batıb. İnsanlar artıq gö­zəl­liyi görə bilmirlər. Məcburdurlar kifirlərin gözəlini seç­sinlər.

İnsanlar artıq o qədər şər görüblər ki, xeyirin ölçü­lə­rini unudublar. Məcburdurlar şərin xeyirlisini seçsinlər.

Haram o qədər doğmalaşıb ki, halal insanlara yad­la­şıb. Məcburdurlar haramın halalını tapsınlar.

Sevgi o qədər maddiləşib ki, mənəvi tərəfi məna­sız­la­şıb. İnsanlar məcburdurlar ki, qısa zaman kəsiklərinin ötə­ri maddi həzzlərini eşq adlandırsınlar.

İradə ağıla çətin şərtlər qoyanda, ağıl da seçimi sərt­ləş­dirir.

İradə zəifləyəndə ağlın dərin qatlarının aktivləşmə­si­nə ehtiyac qalmır. Səthi ağlın seçimi isə hisslərin həd­dindən o yana keçmir. Belə olanda ruh da mürgüləyir, könül də.



Sükut
Sən susmağı bacırırsan?

Ürəyin min bir sözlə dolu olduğu, haray saldığı bir vaxt­da dilin susmağı bacırır? Ürəyin hər yoldan ötəndə, daş-divarda özünə həmsöhbət axtaranda sən susa bilirsən?

Dinləyənin yoxdursa, susmağa məcbursan! Səsinin səs­lər xaosunda itməsindən qorxursansa, susmalısan! Sə­si­ni səhv salırlarsa, susmalısan!

Bax, onda sən hər şey danışırsan. Sükutunu gizlət­mək üçün. Hamı ilə həmsöhbət olursan, əsl həmsöh­bə­tin­lə susmaq üçün. Bütün sözlərini deyirsən, sükutla de­di­yin­dən başqa.

Sən sükutla söhbət etməyi bacarırsan?

Sözlər ürəyindəkiləri çatdırmağa aciz qalanda sükut kö­məyə çatır. Dilin demədiyini gözlər deyəndə, sükutdan yax­şı yardımçı olmur. Sözlərin aça bilmədiyi qıfılları sü­kut açır.

Sən heç sükutun harayını eşidibsən?

Ürəyin dedikləri içində həbs olunanda, dillə düşmən kə­siləndə sükut haray salır. Qulaqların o harayı eşitməsin de­yə daha çox, daha bərkdən danışırsan. Bilirsən ki, sus­san sükutun harayını eşidəcən. Bu haraydan bütün bil­dik­lərini unudacan, bütün etdiklərini yadırğayacan.

Sən bilirsən sükut nə rəngdədir?

Sükut ürəyin dilidir, deməli, ürəyin də rəngindədir. Qa­ranlıq ürəyin sükutu nə qədər qorxunc, dəhşətlidirsə, nur­lu ürəyin sükutu da bir o qədər məsum, həzin, ecaz­kar­dır. Qaranlıq ürəklərlə sükuta dalmaq insanı nə qədər qa­raldırsa, nurlu ürəklərin sükutu bir o qədər nurlandırır. Qa­ranlıq sükut vəhşətlə doludur, nurlu sükut sevgi ilə. Yə­qin buna görə sevdiyinlə susmaq da gözəldir.

Bunlar dilin sükutudur. Bəs ürəyin sükutu necə olur?

Ürək susanda dil susmağı bacarmır. Elə hey boş söz yığnağı ilə danışır.

Ürək susanda ruh susur, ruh susanda nur kəsilir, nur kəsiləndə İNSAN ölür, bioloji varlıq olan, ancaq hey­vanla müqayisə oluna bilən insan qalır.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin