Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə43/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   39   40   41   42   43   44   45   46   ...   57
Allahın yardım əli
Allah insanı bütün varlıqlardan üstün yaratdı: Özü­nə məxsus sifətlər verdi, Özünün bildiyi adları öyrətdi, Özün­dən ruh üfürdü, yer üzündə Özünün xəlifəsi etdi, Öz əma­nətini ona etibar etdi, Ona səcdə edən mələkləri in­sa­na səcdə etdirdi. Yaratdı və daim onun yanında, hətta şah da­marından daha yaxın oldu. Əslində Allahın insana ver­di­yi bütün bu şeylər insanla Onun arasındakı qırılmayan tel­lərdir, bunlar hamısı insana insan adını qazandıran key­fiyyətlərdir.

İnsan fiziki baxımdan varlıqlar arasında ən zəifidir. Bu zəifliyinə baxmayaraq Allah bütün yaradılmışları onun qulluğuna verib: geyim, qida, rahatlıq, təh­lü­kəsiz­li­yin təminatı, estetik zövq və s. İnsan bu dünyada hər şey­dən yararlanmaq iqtidarındadır.

İnsan mənəvi baxımdan varlıqlar arasında ən zən­gi­ni­dir, çünki Allahdan bir ruh alıb. Bu səbəbdən maddi dün­ya ilə bərabər ruhi dünyanın da qapıları onun üçün açıq­dır. Öz varlığında hər iki dünyanı birləşdirən insana mə­lək­lər də heyran qala bilir, şeytan da.

İnsan ağıl sahibi kimi arasında yeganədir. Yal­nız insanın qarşısında ən aşağı pillədən ən ali pilləyə qal­xan bir yol – kamillik yolu mövcuddur. Hər yara­dıl­mış yalnız öz varlığı çərçivəsində nəyə isə qadirdirsə, in­san bütün yaradılmışların varlığının sirrinə hakim ola bi­lir, onların sahəsində onlardan daha böyük qüvvə sahibi olur. Bu qüdrəti ona verən Allahdan öyrəndiyi adlardır.

Allah insanı sevərək, sevgi ilə yaratdı. O, mayasına bü­­­tün ali keyfiyyətlər qatdığı məxluqunun ən ali məqama ye­­tişməsi üçün bütün imkanlar yaradır: ona maddi və mə­nə­vi bələdçilər göndərir ki, həqiqət aləminin qapılarını aç­sın, Özünün «üç kitabını – müqəddəs kitabı, təbiəti və in­sa­­nın özünü» (Əbu Turxan) oxumaq üçün ona yollar gös­tərsin.

İnsan öz varlığına uyğun olaraq həm maddi, həm də ru­­hi bələdçilərlə «ünsiyyətdə» olmağa qadirdir. Ta qə­dim­dən bəşəriyyətə peyğəmbərlər göndərilmiş, Allahın həqi­qət­­lərindən insanları agah etmiş, onları yalnış yoldan qo­ru­muşlar. Bu yardım yalnız peyğəmbərlərin varlığı ilə de­yil, həm də onlara nazil olmuş müqəddəs kəlamlarla ol­muş və olmaqdadır. İnsan unutqan varlıqdır və Allah sev­di­­yi bəndəsinə hər kəlməbaşı öz ağlından istifadə etməyi xatırladır.

Kamilliyə gedən yol daha ağır, daha mürəkkəbdir. Bu, insanın onun əl-qolunu bağlayan bütün tellərdən azad olub bir tək teldən – onu Allaha bağlayan teldən ya­pış­­masıdır. Bu, uca dağa qalxanda yapışdığın, bağ­lan­dı­ğın bütün kəndirləri kəsmək, heç bir yerdən tutmadan ümi­dini bir tək kəndirə bağlamağa bənzəyir. Bu, eti­bar­dır! Bu, ümiddir! Bu, sınaqdır!

Bu kəndirin iki ucu var – biri səndə, biri Allahda. Və bu etibar, ümid, sınaq yalnız Allaha deyil, həm də sənə aid­dir. Sən bilirsən ki, bu kəndirin möhkəmliyi həm də sən­dən asılıdır: sənin imanından, ağlından, bacarığından.

İnsan zəif məxluqdur və bu zəifliyi onun kəndirində də özünü göstərəndə …Allah əlini uzadır. Bu əl müxtəlif for­mada sənə uzanır: bu, bir xoş kəlmə də ola bilər, acı bir tənqid də, bir nəvazişli baxış da ola bilər, sərt bir sillə də, səmimi bir söhbət də ola bilər, tozlanmış kitabdakı bir ifa­­də də, bu, bir yuxu da ola bilər, bir körpə təbəssümü də, bu, bir sənət əsəri də ola bilər, dənizin möhtəşəm dal­ğası da…

Allah hər yerdədir, Onun tükənməz işarətlərinə və de­­diklərinə hər yerdə, hər zaman rast gəlmək müm­kün­dür. Yetər ki, onları görməyə gözün, eşitməyə qulağın, duy­­mağa könlün olsun. Yetər ki, uzanmış həmin Əldən tu­ta biləsən.


Hikmət


Bu dünyada hər şeyin öz hikməti var. Bunu həm Al­la­hın yaratdığı birinci təbiət, həm də insanın yaratdığı ikin­ci təbiətə aid etmək olar. Şeylərlə tanışlıq zamanı (is­tər təbiətdə olan, istərsə də insan yaradıcılığının məhsulu olan sənət əsərləri, elmi kəşflər, sistemlər və s.) onun əsl hik­mətini dərk edəndə, o, bütün gözəlliyi ilə qarşında açı­lır. Bu, hikmətin yüksək ustalıqla çatdırılan ifadəsi haq­qın­dadır. İkinci təbiətdə vəziyyət nisbətən fərqlidir. Bəzən in­san özü hikməti tam dərk etmədən onu çatdırmağa ça­lı­şır. Yüz cür söz oynadır, min üsula əl atır, amma heç cür la­zım olanı çatdıra bilmir. Olur hikmətsiz boş söz yığnağı.

Dünyada hər şeyin yaradılışının əsasında bir ideya du­rur. Onu var etmək üçün Yaradan başqa ideyaları onun ətrafında cəmləşdirir. Bir kitab neçə ideyanın bir­ləş­mə­sidir – kağız, mürəkkəb, rəng və s. Ancaq o kitabı var edən bir tək ideyadır – kitab ideyası. Ola bilər ki, situ­a­si­ya­ya görə, köməkçi bir ideya əsas ideyaya dönsün. Çer­nı­şev­ski ilhamla yazdığı yazılarını sonra yandırıb qı­zı­nır­mış. Qısa müddətdə situasiyanın tələbi ilə əsas ideya kö­mək­çiyə, köməkçi ideya əsasa çevrilirmiş. Bu ideyaların ha­mısının «kökü», varlığı Vahid ideyaya bağlıdır, ondan qay­naqlanır. Şüalar günəşdən qaynaqlandığı kimi.

Hikmət də ideyadır. Bəzən ideyalar insanlara real­laş­mış, maddiləşmiş şəkildə (birinci təbiət) verilir, bəzən də saf şəkildə. Hələ təzahür etməmiş ideya. Hikmət kimi. Ya­radan hikmətin təzahürünü, yaradılışını Özü­nün yer­də­­ki xəlifəsinə, Özündən sonrakı yaradana həvalə edir – in­sana. Hikməti verən Allahdır, onun təzahürü isə in­san­dan asılıdır. Yəni hikmət tək, saf, əsas bir ideyadır. Onun tə­za­hürü üçün köməkçi ideyaların seçimi, bu əsas ide­ya­nın olduğu kimi ifadə olunması in­sa­nın bacarığından ası­lı­dır. Bu baxımdan insan Yaradanın qoyduğu çərçivə da­xi­lində (bu çərçivə məhdud olsa da, onun sərhədləri ol­duq­ca genişdir və insanın təfəkkürünün gücü ilə daha da ge­­niş­­lənə bilər) bir yaradandır. Heç kəs Allahın yaratdığı bir şeyi olduğu kimi, olduğu mükəmməlikdə ya­ra­da bil­məz. İnsanın mü­kəmməl şəkildə çatdıra bildiyi, təzahür et­dir­diyi hikmətlər də bənzərsiz, təkrarolun­maz­dır. Bunu həm sənət əsərləri haqqında demək olar, həm görkəmli kəşf­lər haqqında.

Allahın yaratdıqları hər kəs üçündür. Bu dünya in­sa­nın xidmətindədir. İnsan Allahın yaratdıqlarını öyrənir, tət­biq edir, yararlanır və s. Bu, böyük bir xəzinədir. Bu, Al­lahın hər kəs üçün nəzərdə tutduğu hikmətidir.

Allah insanlara bir də sözlərlə Öz hikmətini anladır. Sə­mavi kitablar. İlahi ayələr. İnsanlar onları öyrənməklə nə­inki bütün kainatın, varlıq aləminin, hətta öz iç dün­ya­sı­nın, qeyri-maddi aləmlərin də sirrindən agah olmaq im­ka­nı qazanır. Bu da Allahın digər bir xəzinəsidir. Bu da Al­lahın Öz mömin bəndələri üçün nəzərdə tutduğu hik­mə­tidir.

Bu ikisi artıq bu və ya digər şəkildə təzahür etmiş ha­zır hikmətlərdir, «kitab»lardır. Qalır onları «oxuyub», öy­rənmək, dərk etmək. Lakin bu artıq reallaşmış hik­mət­lər, Əbu Turxanın ifadəsi ilə desək, ideyaların özləri deyil, ko­piyalarıdır.

Bu kitablardan birincisi hər kəs üçündür. Ağlı, dər­ra­­kəsi, düşünmə qabiliyyəti olan hər kəs üçün.

Bu kitablardan ikincisi imanı, əxlaqı ilə fərqlənən, tə­fəkkürü ilahi nurla işıqlanan seçilmiş bəndələr üçündür.

Amma üçüncü kitab da var – hikməti olduğu kimi qə­bul edən, nəinki adi gözlə görülməyən saf ideyanı «gö­rüb», dərk edən, hətta onu reallaşdırmaq, hər kəs üçün edə bilmək qüdrətində olan insan. Seçilmişlərin seçilmişi – Ka­mil İnsan. Əbu Turxan üçüncü kitabı daha konkret, ob­razlı desək, köməkçi ideyalardan arınmış şəkildə, əql dün­yası adlandırır. Burada artıq ideyaların kopiyaları ilə de­yil, özləri ilə ünsiyyətdə olan insan özü kopiya ya­rat­maq imkanı qazanır.

Doğurdan da, insan bir neçə ideyadan ibarət bir var­lıqdır. Onun əql dünyası isə saf və sözlə ifadəsi çətin olan bir ideyadır. İnsanın əsas ideyasımı? Hikməti saf ide­ya kimi qəbul etməyə qadir olan yaradan insan əqlidir.



Həyat

(Yırğancağ kəndindən təəssüratlar)
Allah yaratdıqlarını sadə və gözəl yaradıb. Tərkibi, struk­turu nə qədər mürəkkəb olsa da, varoluşu elə sa­də, harmonikdir ki!

Allah insanı da sadə və gözəl yaradıb. Onun düzgün ya­şaması və düşünməsi üçün nümunələr də verib. Bu nü­mu­nənin ən kamili təbiətdir.

Ən kamil nümunə ilə harmoniyada olan insanlar sa­də­ləşir, sadələşdikcə gözəlləşirlər. Onlar üçün hər şey sadə olur: olum da, ölüm də, qəhrəmanlıq da, acizlik də. Tərə­zi­nin gözündə onların çəkisi eynidir: hər situasiyanın özü­nün seçdiyi hərəkəti qəbul edib onu zəruri bir addım kimi atır­lar. Hər şeyi öz adı ilə çağırırlar, adı ilə çağırdıqlarını da adına uyğun qəbul edirlər.

Belə insanlar sənin hər şeyi mürəkkəbləşdirməyinə ba­xır, təəccüblənirlər, ən bəsit şeyi anlamamağına çaşır­lar, anlamamağından bir fəlsəfə düzəltməyinə gülürlər.

Sənin gördüyünü onlar da görür, ancaq həllini elə sa­də verirlər ki! Təbiətdən götürdükləri nümunəyə uyğun! Allah verdiyini onlar da dərk edir və sadəcə ürəkdən şükr edirlər! Təbiət kimi!

Yox, bu sadəlik primitivlik deyil. Heyvani səviyyədə ya­şamaq da deyil! Bu, Allahın verdiyini olduğu kimi, acı­nı acı, şirini şirin kimi qəbul etmək və şükr etməyi ba­car­maqdır.

Hər şeyin həqiqətinə belə asan çatmaqlarında onla­ra vəsilə təbiətdir. Onlar sivilizasiyanı, şəhəri sevmirlər. Əs­lində, sevmədikləri həqiqətlərin üzərinə qabıqların gəl­mə­sidir, ən sadə şeyin mürəkkəbliyinin ön plana keç­mə­si­dir, təbiətlə aralarına qat-qat divarların çəkilməsidir, Al­la­hın yaratdığı təbiətin yanında başqa bir təbiətin ya­ra­dıl­ma­sı və bu naqis təbiətin birincidən üstün tutulmasıdır, na­qisə görə kamilin dağılmasıdır.

Əsl gözəlliyi görən, əsl həqiqəti dərk edən, əsl har­mo­niyanın iştirakçısı üçün bu normal bir hal deyilmi?

Əbu Turxan deyir ki, Allah insana oxumaq üçün üç ki­tab verib: səmavi kitab, təbiət, insan. Bu üç kitab bir-bi­ri­lə o qədər sıx bağlıdır ki, birinin oxunuşundakı naqislik di­gərlərində də özünü göstərir. Təbiətlə yaşadığı harmo­ni­ya özü ilə harmoniyaya çevrilir, bu harmoniya isə oxu­du­ğu hər ilahi kəlamın batini mənası ilə həmahəng olur. Möh­təşəm bir ahəng! Varlığının mahiyyətini, səbəbini pı­çıl­dayan ahəng! Varlığının ucalığını, ülviyyətini nəğmə ki­mi züm-zümə edən ahəng!


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin