Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə44/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
İlham, vəcd vəhy
İnsan böyük və həqiqi bir harmoniyanın şahidi olan­­­da ilk anda onu qələmə ala bilmir və ya qələmə aldığı özü­­nə çox cılız və süni görünür. Təbiətin qoynunda nə qə­dər ilhama gəlsə də, gözəllikdən nə qədər vəcdə gəlsə də, için­­də hisslər aşıb-daşsa da, bu barədə ən gözəl sözü ora­da deyə bilmir. Gərək bu möhtəşəmlikdən ayrıla, təkliyə çə­kilə. Özü ilə baş-başa qala. O harmoniya fonunda insan da, insanın sözü də bir toz dənəciyi qədər olur. Təklikdə isə insan İnsandır, söz demək qüdrətində olan, Yaradanın yar­dımı ilə yarada bilən bir könüldür.

Bəlkə buna görə təbiət qoynunda böyümüş şəxsin de­­məyə sözü də çoxdur, təbi də. Uzun illər təbiət «da­nı­şıb», o susub, susmağa məcbur olub. İndi də özü danış­maq, təəccübləndirmək, heyrətləndirmək istəyir, kimləri isə «dinləməyə» məcbur etmək istəyir. Yalnız özünün gör­dük­ləri, yalnız ona açılan həqiqətləri hər kəsə mütləq hə­qi­qət kimi çatdırmaq ehtiyacı hiss edir içində. Bu, il­hamdır.

Qəribədir, insanlar öz təfəkkürlərinin, düşün­cələ­ri­nin həcminə uyğun da harmoniya tapırlar: kimi sonsuz də­niz, uca dağlar, geniş düzənlər, kimi də gecə klubları, bar­lar, rəqqasələr, içki şüşələri. Onların ruhlarının dərk et­dikləri də elə tapdıqları, uyğunlaşdıqları «harmoniya» boy­dadır.

Elə insanlar da var ki, ruhları nəinki dağa, dənizə, heç bu maddi dünyaya da sığmır. Belələri üçün isə Allah ül­vi bir aləmin «qapılarını» açır, bu aləmə aparan yolları, va­sitələri ona tanıdır. Bu, artıq ilham deyil, vəcddir.

Belə insanların çatdırmaq istədikləri sonsuz bir aləm­­­dən gəlir və bir-iki nəfər üçün nəzərdə tutulmur. Mu­si­­qi, rəsm, heykəl, elmi kəşf, bədii və ya fəlsəfi əsər şəklini alan bu «ilahi xəbərlər» ruhu oyaq, könül gözü açıq, mə­nə­vi dünyası işıqlı olan hər kəs üçündür.

Bunlar yaradılış iyerarxiyasında alt-yuxarı, yəni in­san­dan Allaha uzanan kamillik yolunun vasitələridir. Bir də var Allahdan insana doğru uzanan bir yol. Allah in­sa­nı sevə-sevə yaradıb və bunu xatırlaması, öz insanlığını qo­­ruması üçün onun qayğısına qalır. Belə olan hallarda, yə­­ni insanlıq üçün bir təhlükə yarananda Allah özü seçim edir: Onun sözünü insanlara çatdıracaq şəxsi də, deyi­lə­cək xəbəri də. Bu, vəhydir və ya missiyadır. Sonuncu pey­ğəm­­bərimizlə (s.) vəhy kəsilsə də, insan öz unutqanlığını unut­­mayıb. Və Allahın seçimini bu gün sözün ən ülvi mə­na­­sında missiya adlandırmaq olar.



Vəhy – Allahın insana vacib sözüdür, nəsihətidir. Bu­nu əsrlər boyu peyğəmbərlər insanlara çatdırıb. Lakin Al­la­hın sözləri bitməyib. Bunun üçün Allah yenə də təmiz ruh­ları seçir, bəndələrinə həmin ruhlar vasitəsilə müraciət edir. Missiya –Allahın insanları qəflət yuxusundan ayıldan söz­lərinin seçilmiş ruhlar vasitəsilə səslənməsidir.

Şeir


Şeir yazmaq qüdrəti Allahdan verilən bir nemətdir. Bu, aşıb-daşan hisslərin yığcam, lakonik ifadəsidir. Üstə­lik burada bir ritm, ahəng, sözlərin bir-biri ilə səsləşib, bir-birini tamamlaması da vacibdir. Şeirin bir gözəl funk­si­yası da var. Şeirdə sanki sözlər adilikdən çıxır, sirli-til­sim­li bir məzmun alır. Nəsrlə deyə bilmədiklərini hətta qa­fiyəsiz belə «şeirlə» deyəndə, sanki daha rahat olursan. San­ki həm hisslərini gizli saxlayırsan, həm də onları alə­mə car çəkirsən, həm susursan, həm də danışırsan. Sanki adi cümlə quruluşunu dəyişməklə, cümləni daha pafosla de­məklə çatdırmaq istədiyin hisslərin möhtəşəmliyini, gö­zəl­liyini, ülviliyini də saxlamış olursan.

Bu deyilənlər əsl şeir haqqındadır – ruhdan qopan, sə­ni səndən alıb, səni ilahi aləmə aparıb yenidən özünə qay­taran və «bacarırsan yenə əvvəlki adam ol görüm, ne­cə olursan», – deyə meydan oxuyan duyğuların tərən­nüm­­çü­sü olan şeir haqqında. Elə şeir yazmaq, ruhunla yer­lə göy arasında çarpışmaq hər ruha qismət olan xoş­bəxt­lik deyil. İllər boyu qazandığın bir adətlə sözləri, ifa­də­ləri qafiyələrə salıb «şeir düzəltmək» də şairlik deyil.



Bəzən də olur ki, ruh oxumaq istəyir, amma nə şair de­­yil, nə bəstəkar. Ən əsası da, istəyir ki, oxuduqları öz kön­­lündən qopsun. Onda başlayır bildiyi bütün gözəl ifa­də­­ləri, sözləri yan-yana düzməyə və öz aləmində bundan gö­­zəl şedevr tanımır. Həqiqətən də belədir. Çünki bu, onun ən ülvi bir duyğusu haqqında öz könlünün nəğ­mə­si­dir! Lap bizim bu «şeirimiz» kimi:

Çıxar ürəyindən ağrını ver mənə,

Yerinə könül dolu bir sevgi verim.
Çıxar içindəki sıxıntıları,

Üfüqlərə uzanan bir ümman verim.
Ver nə varsa ürəyini incidən,

Hər döyüntüsünə bir inci – nur verim.
Ürəyin o dar qəfəsdə darıxır,

Ürəyimdən ürəyinə gen yollar verim.
Əlbəttə, bu «şairlik» bir anlıqdır və ona «bu, şeir de­yil», – demək artıqdır.

Zəhər
Zəhər deyəndə ilk yada düşən həyatın, şirinliyin zid­di olan bir şey yada düşür. Bəzən acıya da zəhər deyilir, ağ­r­ı­lı-problemli bir həyat da zəhərə bənzədilir; hər kəl­mə­sin­də ürək qıranların dili də zəhərlə müqayisə edilir. Ma­raq­lıdır, sözün düzünü çəkinmədən söyləyən də acıdil, zə­hər­dil ad­lanır. Yəqin günah həqiqətin acı olmasındadır. Am­ma hə­­yatda elə zəhərlər də var ki, onlar barədə da­nış­ma­ğa dəyər.

Zəhər var dərmandır. Onun adı zəhərdir, özü «şə­kər»­­­­dir. Arı zəhəri, ilan zəhəri, əqrəb zəhəri, …insan zə­hə­­­ri. Bu zəhərlər həm ağrıkəsici olur, həm zəhər zə­rər­ləş­di­­­rici. Həqiqəti söyləyən dillərin zəhəri də belədir. Hamı arı­­­dan, ilandan, əqrəbdən, …həqiqəti deyəndən qorxur. Am­­­ma bu zəhərə ehtiyacı olan «xəstələr» var. Əslində, mis­­­­siyasına uyğun olaraq bu dərmanların qiyməti də ba­ha olmalıdır. Bəzən olur da. Amma necə də ağırdır: həm «zə­­hər» daşıyıcısı kimi qorxu mənbəyi olmaq, həm də sən­­dən qorxub, səni məhv etməyə çalışanların dərdinə qal­­­maq, xilasına çalışmaq.

Zəhər var onu könüllü qəbul edirlər. Bunun adı «şə­kər»­­dir, özü zəhər. Əslində, o da bir növ «dərman»dır – dər­­di, problemi unutduran bir vasitə. Nikotin, narkotik, al­­koqol, …yalan kimi. Özünü cəmiyyətdə tapa bilməyən bu zəhərdə tapır. Özünü bir insan kimi təsdiq edə bil­mə­yən bu zəhərlə təsdiqləyir. Özünün varlığını unutmaq is­tə­yən bu zəhərlə unudur. Necə böyük bir yardım, necə «ali» mis­siya! Amma necə də ağırdır: sənə inanıb, sənə pənah gə­tirənləri boş tüstü dumanları ilə, qarabasmalarla aldat­maq, onu yavaş-yavaş məhvə sürükləmək!

Zəhər var hamı onu tanıyır. Bir damcısı belə dəhşət gətirir. Onların müxtəlif kimyəvi adları var, amma yadda qalan bir addır – zəhər. Siçan zəhəri, həşərat zəhəri, Onlar va­sitəsilə xoşagəlməz «ünsürlərdən» qurtulurlar. İnsaf­sız­ca yeməyə qatıb verirlər, o da yeyib məhv olur. Amma ye­mə­yə qatmaq da şərt deyil, heç bir dəfəyə öldürmək də va­cib deyil. Bu zəhəri oxuduğu kitaba da qatmaq olar, din­lədiyi musiqiyə də, aldığı təhsilə də, yaşadığı mühitə də. Onu damcı-damcı verəndə tədricən məhv olur. …Bə­zən də məhv olmur, bu zəhərə o qədər alışır ki, ondan ye­yib kökəlməyə başlayır. Mutant deyilən bir varlıq alınır. Onun özü artıq bir zəhərə çevrilir. Necə də dəhşətdir: Al­la­hın yaratdığı bir varlığın fitrətini pozub ona fərqli, özü­nü belə dəhşətə gətirəcək bir həyat vermək, fərqli bir mis­si­ya üçün doğulmuşu özünə – zəhərə oxşatmaq.

Zəhər var bircə onu qəbul edəni zəhərləyir. Bir tək ca­nı məhv edir. Zəhər də var ətrafında hərlənən hər kəsi, hət­ta bir neçə nəsli zəhərləyir. Radiasiya kimi, virus kimi, …rüş­vət kimi. Bu zəhərin mənbəyini tapmaq, tapanda təc­­­rid etmək, təcrid edəndə isə məhv etmək çətindir. Bə­zən, bəlkə də əksər hallarda, bu zəhər bədənə o qədər ho­pur ki, ondan qurtarmaq üçün vücudun özünü məhv et­mək gərəkir … qalanlarını xilas etmək naminə. Böyük bir ağac təsəvvür edin. Zəhərlə suvarılan bu ağacın alıb-ver­di­yi hava belə zəhərə dönür. Qollu-budaqlı, geniş köl­gə­li, bol meyvəli bu ağac ancaq zəhərə xidmət edir. Onun ət­ra­fın­da güllər əksən ya solar, ya zəhər ətri verər, dibinə bu­­laq çəksən ya quruyar, ya zəhər qaynadar, dibində din­cə­lən­l­ər ya boğular, ya ciyərləri bu zəhərlə qidalanmağa baş­­­­layar, təmiz havada boğulmağa başlayar. Lap Puş­ki­nin «Ançar»ı kimi. Necə də təəssüfləndirici haldır: böyük bir varlıq, orqanizm bir damcı, bir zərrə zəhərin güdazına gedir.

Dəhşətdir, zəhərlə bağlı hər sözümüz ya təəssüflə bit­­di, ya qorxu ilə. Xoş sözümüz belə! Deyirlər alışqanlıq ikin­­ci xasiyyətdir. Alışdığından ayrılmaq ağrı verir. Zəhər bu ayrılığı gətirən, ağrıdan şeydir. Fərqi yoxdur, səni nə­dən ayırır: şirin həyatdanmı, problemdənmi, xəstə­lik­dən­mi, sağlamlıqdanmı. Hətta «rüşvət» adlı zəhəri qəbul edən be­lə nədənsə ayrılır… və bu ayrılıq ona ağrı verir. Fərq ağ­rını çəkəndədir: birinin bədəni ağrıyır, birinin vic­da­nı, bi­rinin könlü. Bu asılıdır zəhərin tipindən, növündən.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin