Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə47/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   43   44   45   46   47   48   49   50   ...   57
Hiss təfəkkür

yaxud

inam şübhə
Hisslər (istər nifrət olsun, istər sevgi) – yüngüldür, tə­­fək­kür – ağır. Hisslər – qanaddır, təfəkkür – bu qa­nad­la­­ra taxılan qurğuşun.

İnam əvvəlcə hisslər üzərində qurulur. Bu zaman o, bir növ xammalı xatırladır. Güclü təfəkkürlə isti­qamət­lən­dirilən inam isə qüvvədir.

Hər insanın bir zəif anı var. Bu zəif an hər hansı bir fik­ri yalnış anlamaqdan başlayır, sonra inciklik gəlir, so­n­ra… kiçik bir şübhə onun inamında, etibarında yaranmış ki­çik çatdan içəri daxil olur. Əvvəli kiçik olan bu şüb­hə­nin nəticəsi böyük olur: səhv yollar sənə yeganə çıxış yolu ki­mi görünür, inandığın bir şeydən üz döndərirsən, o ol­ma­dan da yaşaya biləcəyinə özünü inandırırsan. Ondan da­ha böyük bir qüvvə axtarırsan və sənə elə gəlir ki, ta­pır­san (axtaran tapır). Onu itirməyinlə ürəyinin bir his­sə­sinin öldüyünü hiss edə-edə indiyə qədər ölü olduğuna və in­di yaşamağa başladığına əmin olmağa çalışırsan. Am­ma Əbu Turxanın da yazdığına görə, «müqəddəslik duy­ğu­­su bitən yerdə şər ağacı bitər». Mü­qəd­dəslik insan­da­kı iman və sevginin vəhdəti, insanı ayaqda saxlayan iki sü­tunun bərabər gücüdür. Bizim dediklərimiz hələ hisslər sə­viyyəsində yaranmış çatdan, xaosdan gedir. Bu çat də­rin­ləşib insanın mahiyyətinə yetişəndə, onu bərpa etmək çox çətin olur, sütunlar yıxılır, insan məhv olur.

Bəzi insanlar hisslərinin yüngüllüyündən məmnun qa­lır və bütünlüklə onların hökmündə ömürlərini başa vu­rurlar. Onların sevgisi də, nifrəti də, sevinci də, kədəri də, həyatlarının mənası da hisslər səviyyəsindən o tərəfə keç­mir. Hisslər əsən külək kimidir, gah tez-tez isti­qa­məti­ni dəyişə, gah sərin meh kimi həzz verə, gah da tufana dö­nüb qarşısına çıxanları dağıda bilir…

Bəzi insanlar isə külək yox, insan olduqlarını dərk edir­lər və yardım axtarırlar. Belə anlarda isə yeganə kö­mək­çi təfəkkürdür – fikirlərin, ideyaların, ifadələrin xao­sun­da itib-batmış hissləri istiqamətləndirən yeganə qüvvə.

Təfəkkür əvvəlcə bu hisslər xaosunda bir nizam ya­ra­dır. Sonra onun mahiyyətindəki həqiqəti axtarır. Bu çə­tin olur, çünki bəzən həqiqət şübhə bataqlığında tamam gö­rünməz olur. Nəhayət, sonuncu mərhələ inamın çat his­səsinin bərpasıdır. Elə zənn olunmasın ki, bütün bu pro­seslərdə hisslər sakitcə dayanır, əksinə, sıxılmış hava və ya su daha güclü təzyiq göstərdiyi kimi, onlar da get-ge­də daha çox müqavimət göstərirlər. Təfəkkürə isə qüv­və verən iman və sevgidir – insanın ruhunda var olan və Mü­tləq Varlıqdan alınan qüvvə, etibar, dayaq.

Deyilənlərdə əhəmiyyətli bir an var: şübhəyə düş­müş insanın hisslərini idarə edən və istiqamətləndirən, ye­ni­dən ayağa qaldıran təfəkkür insanın özünə məxsus ola bildiyi kimi, kənar bir şəxsə də məxsus ola bilər.

Öz hisslərini idarə edə bilən, ən zəif anında da, şüb­hə­lərin içində itib-batanda da, hətta yalnış yolla bir neçə ad­dım atsa da, öz təfəkkürünün gücünə arxalanan, öz tə­fək­kürünün işığı ilə aydınlanan şəxslər! Məşhur baron Mün­hauzenin bataqlığa düşəndə öz hörüyündən tutub özü­­nü çıxartdığı kimi. Gülməlidir, inandırıcı görünmür, …am­ma bu, bir həqiqətdir. Bir çox filosofun, mütəfək­ki­rin həyat tarixçəsinə baxsaq eyni halın şahidi olarıq: Mü­qəd­dəs Avqustin, Əbu Hamid Qəzali və daha kimlər. Dan­­te yazır ki, «şübhə mənə heç də bilikdən az həzz ver­mir». Və ya Hüseyn Cavid bildirir ki, «mərifət nuru şüb­hə­dən parlar». Belə şəxslər üçün şübhə – içindəki bütün ali hisslərin səfərbər olduğu an – həqiqətə aparan bir üs­lub, kateqoriyaya çevrilir.

Belə məlum olur ki, həmin şəxslərin güc mənbəyi on­ların imanı olub, yəni onların təfəkkürləri xaosda itib-bat­mış hisslərdən, hər yeni səbəblərdə yeni nəticələr verən mən­tiqdən deyil, ruhlarından qidalanıb – dəyişməyən, sa­bit, Uca Varlıqla daim əlaqəli olan, qidalandırıcı nurunu itirməyən, hərarətini günəşdən yox, Allahdan alan ruh­la­rın­dan. Əbu Turxanın deyir kimi, «ruhun işıqlanması sa­hə­sində hər bir addım ölməzliyə aparır». Bu, o deməkdir ki, belə şəxslərin təfəkkürləri ilə ruhları arasında vəhdət ya­ranır və onlar öz insanlıq mahiyyətlərini anlayırlar.

İkinci tip insanların hisslərini öz təfəkkürləri idarə et­mək qüdrətində deyil: hisslər güclü, təfəkkür zəifdir. Ta­rixən, həmçinin bu gün də, elə güclü təfəkkürlər vardır ki, nəinki öz hisslərini idarə etməklə kifayətlənir, həm də yüz­lərlə, minlərlə insanların hisslərini də öz itaəti altına alır­lar, öz qüdrətlərini artırırlar, bu təfəkkürsüz hissləri öz mə­nafelərinə yönəldirlər. Bunun mükəmməl nümunələri­ni təriqətlərin, sektaların, fanatlıq üzərində qurulan ter­ror­çuluğun misalında aydın görmək mümkündür. Yeri gəl­mişkən, belə həyat tərzi seçmiş şəxslərin həyat tarixçə­si­nə baxsaq, hər şeyin kökündə hansı isə bir şübhənin, na­ra­zılığın (bu, kiçik, ilk baxışda əhəmiyyətsiz görünən bir mə­qam da ola bilər) durduğunu görərik: dövlət quru­lu­şun­dan, cəmiyyətdən, ailədən narazılıqdan tutmuş, sevgi­li­lərin, dostların, doğmaların arasında baş vermiş kiçik an­laşılmazlıqlara qədər.

İlk baxışda ikinci tipə dinlərin yaranmasını və ya­yılmasını da aid etmək olar: bir insan (peyğəmbər) bir ide­yanı milyonlarla insanlara təlqin edir. Lakin burada bir neçə əhəmiyyətli amil nəzərə alınmalıdır. Əvvəla, pey­ğəm­bərlər öz ideyalarını deyil, Allahın buyurduqlarını in­san­lara çatdırırlar. Təbii ki, bu hal ancaq peyğəmbərlərə aid­dir və bu dindən öz mənafeyi üçün istifadə edən ikinci bir şəxsə şamil edilə bilməz. İkincisi, bu ideyaların ək­sə­riy­yəti bilavasitə ruhlar üçün nəzərdə tutulur, yəni bir növ ruh­lardakı imanın oyadılmasına xidmət edir. Üçüncüsü, on­lar İNSANın düzgün formalaşmasına, onun öz azad­lı­ğı­nı, ucalığını dərk etməsinə yönəldilirlər.

Cəmiyyətdə xoşbəxt hesab edilən şəxslər hisslərinin hök­mündə olub, təfəkkürlərinə «əziyyət verməyənlərdir»; qüd­rətlilər minlərlə hissi öz təfəkkürləri ilə idarə edən­lər­dir; müəyyən məqsədlərə aparan yolların «xammalları» bu qüdrətə tabe olanlardır; ən çox əzab çəkənlər isə – tə­fək­kür və ruhları ilə vəhdət tapanlardır, amma həqiqi İN­SA­Nlığın ucalığını, kamilliyini yaşayan da onlardır.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin