Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə9/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
Mən daim müharibə aparacam

Sözlərlə, – ola bilsin, əməllə! –

Düşüncə düşmənlərilə. Mənim yolum tən deyil

Zalımlarla. Düşmənçiliyin müqəddəs odunu

Mən qalamağa and içmişəm.

Kim qalib olacaq, hələ bilmirik,

Ancaq bütün qalan günlərimi, gücümü

Despotluqla döyüşə həsr etmişəm!1
Gənc cəmiyyətin gücünü görür, öz üzərində bu təz­yi­qi hiss edir, boğulur, lakin içindəki müdriklik, ruhunun qüd­si aləm­lə bağlılığı onu sınmağa qoymur, icazə vermir. Şel­linq qor­xunun təh­li­li nəticəsində belə qərara gəlir ki, «hə­yata xas olan qorxunun özü insanın olmalı olduğu mər­­kəz­dən qovur; be­lə ki, bu mərkəz istənilən iradənin saf mahiyyəti kimi hər xü­susi iradə üçün məhvedici od­dur; orada yaşamaq üçün in­san hər bir xüsusi üçün öl­məlidir, ona görə də mərkəzdən kə­na­ra çıx­ma cəhdi və ora­da öz mən-i üçün rahatlıq tapması, de­­mək olar ki, zə­ru­ridir. Buradan da xü­su­siy­yə­tin həqiqi yox ol­ması üçün gü­nah və ölümün ümumi zərurəti irəli gəlir və hər bir in­san iradəsi oddan ke­çirmiş kimi ondan keçməlidir ki, tə­miz­lənsin».2

Bəli, gənc çirkab dolu cəmiyyətlə mübarizə apara-apa­­ra tə­miz­lənir, dəmir kimi «odda qov­rula-qovrula» möh­kəm­lə­nir. Öz qor­xusuna qalib gələ-gələ gəncin bü­tün digər hərə­kət­ləri də bu üs­yankar hisslə tərbiyə olun­ma­ğa, bu iradəyə ta­be olmağa başla­yır. Kyerkeqorun fik­ri­nə görə, «iradə – dia­lek­tik fəaliyyətdir ki, o da öz növ­bə­sində insanın aşağı təbiətini idarə edir».1 Bir be­lə təz­yi­qin altında gənc özündə bu iradəni tap­mağa məcburdur. Bunu ondan missiyası tələb edir. Ülvi yazır:


Əskim nə qədər tüstülənməlidir,

Tüstüdən qalmayıb həyatda bir iz,

Əskim tüstülənir, yox, daha yetər,

Yanmaq istəyirəm, yanacam gec-tez2.
Bu, kor, dağıdıcı üsyan deyil. Bu, insanlara həqiqət qa­­pı­sı olmaq, onların qaranlıq dünyasını nurlandırmaq, cı­lız qor­xudan qurtarıb müqəddəs qorxunu tanıtmaq ar­zu­sudur. Ola bilsin bunu nəzərdə tutan Kyerkeqor yazır: «Gü­nah – Al­lah qarşısında mütəə­s­sir­likdir ki, özü olmaq is­tə­yəndə və ya ol­maq istəməyəndə».3 Bayron da bütün nif­rətini bu qaranlığa yö­nəldərək yazır:
Biz koruq, həqiqət qaranlıqdır,

Təbiətin dilini biz anlamırıq.



İnsan sadə azadlıqdan məhrumdur



Hökm verməkdən, düşünməkdən, özü olmaqdan

Düşüncə hüquqsuz kölədə doğulur4.
Yeri gəlmişkən, burada əhəmiyyətli bir ana da işıq sa­laq. Gənc­­lərin içində səbəbi çox vaxt naməlum qalan bir üsyanın, nif­­rətin olması təbii bir haldır. Təfəkkürünün ye­ni-yeni for­ma­laşması dövrünü əhatə edən bu halın da­ğı­dıcı bir nəticə ve­rə bilməsi də heç kəs üçün gizli deyil. Hər halda nar­ko­ma­ni­ya­nın, hansısa gizli bir qüv­vəyə xid­mət edən fanatizmin, poz­ğun­lu­ğun, əsl mahiyyətinə bə­­ləd ol­madan müxtəlif cəmiyyətlərə qo­şulmağın, ümumiyyətlə, için­dəki insanlığı məhv edən adət­lə­rin günü-gündən art­ma­sı de­dik­lərimizə bariz nümunə ola bi­lər. Bu səbəbdən biz dönə-dönə ruhun ilahi aləmlə əlaqəli ol­ma­sının vacib­li­yini vurğulayırıq. Qorxu yal­nız Allahdan ol­ma­lı­dır, məhz bu qorxu insanı digər keçici, alçaldıcı qorxulardan xi­las edir və insana içindən gələn Haqq səsi duymağa imkan ve­rir. Lermontov öz qəlbini ümidlərin gömüldüyü okeana bən­­zə­dərək yazır:
Sən ey tutqun ümman, o sirlərini

Kim aşkar eləyər, kim öyrənər bəs?

Kim açar kütləyə fikirlərini

Özümmü? Allahmı? Yoxsa ki, heç kəs!1
Müşfiq də öz şeirində belə bir müraciət edir:
Dərinlik çox gözəldir, sadə olursa,

Nə çıxar o şeirdən başımı yorsa?

Mənalı səslərinlə, şeirim incələş

bir kaman kimi

Hər şey sadələşmədə, sən də sadələş

hər insan kimi! 2
Gənc bilir ki, o, bir ilahi əmanətin daşıyıcısıdır. O, həm də bilir ki, yalnız deyil, onunla bir­lik­də təbiət də hə­min hik­mə­ti söyləyir. Sadəcə, onu dinləməyi bacarmaq lazımdır. Bu sə­bəb­dən Şellinq he­sab edir ki, «insan tə­bi­ə­tin xilaskarıdır, ona bir məqsəd kimi təbiətin bütün tə­za­hür­ləri is­ti­qa­mət­lə­nib. İn­san­da söylənən söz təbiətdə qa­ran­lıq, peğəmbəranə (hələ tam de­yilməmiş) söz­dür».1 İn­san bu sözü bəşəriyyətə deməyə mə­sul edilib və onu deyə bil­məmək qorxusu bütün digər qor­xu­ları üs­tə­ləyir. O, bu sözü eşitməz edən hər şeyə qarşı üsyan edir, özünü fəda edir. Lermontov yazır:
Mən yerlərdə səadəti dərk edib, duyar,

Dərin mavi göylərdə də görrəm Allahı.2
Bizim istedad və missiyadan başlayan söhbətimizin qor­xu məc­rasına yönəlməsi bir təsadüf deyil. Missiyanın ver­diyi, da­ha də­qiq desək, düçar etdiyi çaşqınlıq, qorxu his­si yüksələn xətt boyu inkişaf edir. Hüznlə, kədərlə baş­la­yan bu yolda qor­xu nifrət, üsyan və nəhayət cən­ga­vər­lik­lə əvəz edilir. Ən vacib ola­nı isə budur: bu uzun və ülvi yo­lun aparıcısı – ruhdakı mü­qəd­dəslik hissi, məq­sədi – bə­şəriyyətə Həqiqəti, Gözəlliyi, Əda­ləti, Xeyiri çatdır­maq, yolun başında isə Allah özü durur. Baş­qa sözlə de­sək, məhz ruhunun ilahi aləmlə əlaqəsinin nu­ru­dur ki, bu gənclərə hər kəsin yaşadığı hiss­lərin daha ali qa­tı­nı ya­şa­da bilir, bu sərt mübarizədə öz ruhlarının saflığını, ül­viy­yətini qoruyub saxlamağa yardım edir. Bayron yazır:
Azad düşüncəli ədəbi Ruh, –

Azadlıq, sən zindanda daha nurlusan!

Bütün xalqın ən yaxşı qəlbləri

Sən qoruyur, səninlə nəfəs alır.3
Ülvi yazır:
Bir insan ki, xalq oduna qalana,

Alovu sönsə də, közü qalacaq.

Bir insan ki, o eşq ilə yarada,

Özü qalmasa da, izi qalacaq.1
Bu yolun gedişi həyatın özü, insanlığın mahiy­yə­ti­nin dər­­ki­dir. Gənc bu yolu keçdikcə müdrikləşir. Təfək­kü­rü­nün fəl­səfə qa­tına yüksələ bilir.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin