Мя’сум имамларын


Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında



Yüklə 4,88 Mb.
səhifə117/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   113   114   115   116   117   118   119   120   ...   427

Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında


Yezid əmr etdi ki əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.

Saraydakılar xüsusi yerlərdə oturmuş Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri qəbilə başçıları və bəzi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.



Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəbəri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şerini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın...»1

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin