Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə136/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   132   133   134   135   136   137   138   139   ...   427

Zalım valilər


İslam məmləkətinin hər bir yerində Əbdülməlikin nümayəndələri də ona baxıb camaatla zülm və ədavətlə rəftar edirdilər. Ölkənin hər bir yerində haqsızlıq və vəhşət hökm sürürdü. Məsudi yazır: “Əbdülməlik qantökən adam idi. Onun təyin etdiyi valilər – İraq hakimi Həccac Xorasan hakimi Muhlib və Mədinə hakimi Hişam ibn İsmayıl da onun özü kimi rəhmsiz və qantökən idilər.”3

Mədinə hakimi Hişam ibn İsmayıl camaatı o qədər təzyiqlərə məruz qoymuş və Peyğəmbər ailəsinə o qədər əziyyət vermişdi ki Əbdülməlikin oğlu Vəlid atasının ölümündən sonra hakimiyyətə gəldikdə, məcbur olub onu işdən çıxartdı.4

Bunların hamısından ən pisi Həccac olmuşdur. Onun İslam tarixində törətdiyi cinayətlər hamıya məlumdur. Əbdülməlik, Abdullah ibn Zübeyri Həccacın vasitəsilə məğlubiyyətə uğratdıqdan sonra Həccacı iki illik Hicaza (Məkkə Mədinə və Taifə) vali təyin etdi.5

Həccac Mədinədə Cabir ibn Abdullah Ənsari Ənəs ibn Malik Səhl ibn Saidi kimi bir sıra səhabələri rüsvay etmək üçün onların boynuna damğa vurdu. Bu işdə bəhanəsi də o idi ki bunlar Osmanın qatilləridirlər!6 Həccac Mədinədən çıxıb gedərkən belə dedi: “Allaha şükr edirəm ki məni bu çirkin şəhərdən qırağa aparır. Bu şəhər bütün şəhərlərdən çirkindir. Buranın əhalisi Əmirəl-mömininə qarşı münasibətdə çox hiyləgər həyasız və tənbəldir. Əgər Əmirəl-mömininin sifarişi olmasaydı bu şəhəri yerlə yeksan edərdim. Bu şəhərdə Peyğəmbər minbəri adlanan bir parça çubuqdan və Peyğəmbər qəbri adlanan bir qədər çürümüş sümükdən başqa heç nə yoxdur.7

Yaxud Kufədə söylədiyi xütbəsində Mədinədə Peyğəmbər (s)-in müqəddəs qəbrinin ətrafında fırlanaraq onu yad edən ziyarətçiləri təhqir edərək belə demişdi: “Vay olsun onlara! Elə fırlanırlar ki, lap belə qoca mal-qaranın yerişlərinə bənzəyir. Niyə gedib əmirəlmö`minin Əbdül Məlikin qəsrinin ətrafında təvaf etmirlər! Məgər onlar bilmirlər ki, adamın xəlifəsi onun peyğəmbərindən üstündür?!”8


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin