Əbdülməlikin ölümündən sonra onun oğlu Vəlid hakimiyyət başına gəldi. Bəzi tarixçilər onu müsbət qələmə vermiş və onu atası Əbdülməlik babası Mərvan və bir çoxlarından üstün tutmuşlar. Çünki Ömər ibn Əbdüləzizdən başqa Əməvi xəlifələrindən heç biri öz hakimiyyəti dövründə onun qədər hamı üçün xeyirli olan işlər görməmişdi. Vəlid öz hakimiyyəti dövründə məscidlər və müqəddəs yerlər tikdirməkdə onları artırmaqda təmir etməkdə böyük addımlar atmış öz valilərini bu işə cəlb etmişdi. Tarixçilər deyirlər: “Vəlid Dəməşqin cami məscidini tikdirdi. O, həmçinin, Peyğəmbər məscidini və eləcə də, Əqsa məscidini (Beytül-müqəddəsi) genişləndirdi. Onun əmrilə hansı şəhərdə namaz qılmaq üçün yer yox idisə orada məscid tikildi. O İslam dövlətini qorumaq məqsədi ilə sərhədlərdə müxtəlif qalalar tikdirdi və müxtəlif əlaqə yolları çəkdirdi həmçinin, ölkənin müxtəlif yerlərində su quyuları qazdırdı məktəb (mədrəsə) və xəstəxanalar saldırdı sədəqə və dağınıq (pərakəndə) köməklikləri ləğv edib əlillər xəstələr və ehtiyacı olanlar üçün müəyyən maaş təyin etdi. O kor əldən düşmüş və cüzam xəstəliyinə tutulmuşlar üçün istirahət yerləri tikdirdi onlara yetişmək üçün həkim və xidmətçilər təyin etdi onların yemək və istirahətlərinə yaxşı baxılmasını əmr etdi. O həmçinin, yetim və sahibsiz uşaqları tərbiyələndirmək üçün uşaq evləri tikdirdi. Çox vaxtlar özü şəhər və bazara çıxır qiymətlərin endirilib yaxud qaldırılmasına şəxsən nəzarət edirdi.4