Bəni-Üməyyə və tərəfdarlarını Mədinədən qovarkən Mərvan İmam Səccad əleyhissəlamdan xahiş etdi ki onun həyat yoldaşı və ailəsi İmamın evində qalsın. İmam Səccad (əleyhissəlam) öz mərhəməti ilə bu xahişi qəbul etdi. Buna görə də, Mədinənin üç gün qarət altında qaldığı müddətdə İmam Səccad əleyhissəlamın evi pənah gətirmişlər üçün yaxşı aman yeri olmuşdu. Dörd yüz qadın öz oğul-uşaqları ilə birlikdə İmamın evində qalmış İmam Səccad (əleyhissəlam) da çaxnaşma qurtarana qədər onları evində saxlamışdır.
Müslim ibn Üqbə qarət başa çatdıqdan sonra İmam Səccad əleyhissəlamı yanına dəvət etdi. İmam Səccad (əleyhissəlam) onun yanına gəldikdə, Müslim onu öz yanında oturtmuş onunla hörmətlə rəftar etmiş sonra da evə qayıtmasına razılıq vermişdir.1