İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda “İmamət” məsələsinin həqiqətini yəni İslam hökumətinin məsum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən münafiq fasiq zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi. Camaata başa salırdı ki Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.
Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bəzi hissələrini oxucuların nəzərinə çatdırırıq:
“Camaat təqvalı olun və bilin ki Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin istər yaxşı istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah sənin üçün göndərilmiş Peyğəmbər itaət etdiyin din qəbul etdiyin İmam olacaqdır.”1
Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:
Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.
İmamın öz sözünə “camaat” ifadəsi ilə başlamasından məlum olur ki bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil bütün insanlara xitab edir.
İmam söhbəti əsnasında istər aşkara istərsə də işarə ilə Quranın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki burada İmamın tərəf müqabili ümumi camaat olmuş ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır. Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Quran ayələrindən istifadə etmişdir. Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Quran ayələrinə istinad etməyə ehtiyac duymurdu.1
Dostları ilə paylaş: |